• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


ÜMUMURUSİYA AZƏRBAYCAN KONQRESİNİN PREZİDENTİ, RUSİYA FEDERASİYASININ DÖVLƏT MÜKAFATI LAUREATI, PROFESSOR MƏMMƏD ƏLİYEVİN ÇIXIŞI


 

    -Möhtərəm cənab Prezident!
    Hörmətli nümayəndələr, qonaqlar!
    Əziz həmvətənlərim!
   İcazə verin, Ümumrusiya Azərbaycan Konqresi və Rusiyada yaşayan azərbaycanlılar adından qurultayı salamlayım, doğma Azərbaycan xalqına dərin oğul məhəbbəti duyğularımı bildirim və  tarixi Vətənimizə -Azərbaycan Respublikasına xoşbəxtlik arzulayıram.
     Bizim qurultay Azərbaycan Prezidenti hörmətli Heydər Əliyev tərəfindən çağırılmışdır. Buna görə biz ona çox təşəkkür edirik.
    Azərbaycan Respublikasının dövlət müstəqilliyinin on illiyinin qeyd olunduğu bu günlərdə Azərbaycanla qırılmaz tellərlə bağlı olduğumuzu yeni qüvvə ilə hiss etdik. Müstəqil Azərbaycan xalqımızın ən başlıca uğurudur. Ümumrusiya  Azərbaycan Konqresi bu böyük hadisəni Rusiyanın müxtəlif şəhərlərində geniş qeyd etmişdir. Belə ki, oktyabrın 8-də Moskvada Rusiyanın və Azərbaycanın görkəmli alimlərinin iştirakı ilə  dövlət müstəqilliyinin  10 illiyinə həsr edilmiş elmi  konfrans keçirilmişdir. Yaranmasından az bir vaxt keçməsinə baxmayaraq, Ümumrusiya Azərbaycan Konqresi sürətlə inkişaf etmişdir. Biz diasporun müxtəlif zümrələrinə arxalanır və ümid edirik ki, tezliklə bizim təşkilat Rusiyada güclü və nüfuzlu təşkilat olacaqdır.
    Hörmətli cənab Prezident!
    Ümumrusiya Azərbaycan konqresinin təşkil olunması və yaradılması vaxtı bizə göstərdiyiniz diqqət və dəstəyə görə Sizə təşəkkür edirik. 2000-ci ilin iyun ayında Konqresin ilk yığıncağında sizin şəxsən iştirak etməyiniz bizim üçün böyük şərəf idi. Siz yığıncaq zamanı Azərbaycan diasporuna  müraciət edərək dediniz ki, azərbaycanlılar harada yaşayırlarsa, bir-birləri ilə bağlı olmalıdırlar. Sizin bu xeyir-duanız Konqresin işinin əsas istiqamətini təşkil edir.
    Tarixi gedişin nəticəsidir ki, Rusiyada azərbaycanlıların diasporu çoxluq təşkil edir. Ümumrusiya Azərbaycan Konqresi hazırda Rusiya Federasiyasının 50 subyektində fəaliyyət göstərir,56 Azərbaycan təşkilatını birləşdirir. Qeyd etmək istərdim ki, bizim nümayəndə heyətinin tərkibində 12 akademik, 4 general,16 professor və elmlər doktoru,14 elmlər namizədi vardır. Onlar nəinki bizim diasporun  və Azərbaycan xalqının fəxridirlər, eyni zamanda Rusiyanın elmi –mədəni və işgüzar elitasının ayrılmaz hissəsidirlər.
    Azərbaycan və Rusiya xalqları arasında qədim dostluq və əməkdaşlıq əlaqələri vardır. Moskvada Azərbaycan teatrının yaradılması Ümumrusiya Konqresinin fəaliyyətinə yaxşı nümunədir. Teatr tamaşaları eyni aktyorların iştirakı ilə iki dildə verilir. Dünyada bunun bənzəri yoxdur. Bu teatrın ilk tamaşaları Moskvanın mədəni həyatında böyük bir hadisəyə  çevrilmişdir. Bu işimizdə biz Azərbaycanın mədəniyyət Nazirliyinin ,Təhsil Nazirliyinin , Milli Elmlər Akademiyasının dəstək və yardımına çox ümid edirik.
    Başqa xalqların diasporlarının təcrübəsi göstərir ki, həmvətənlərimiz hökmən vahid bir ideya ətrafında birləşməlidirlər. Milli cəmiyyətlərin bütün fəaliyyətləri bir şüar altında qurulmalıdır. “Bütöv, müstəqil və güclü Azərbaycan uğrunda! ” şüarı Vətənimizin hazırkı tarixində aparıcı ideya ola bilər.
    Şübhəsiz ki, hər bir diaspor üçün ən vacib məsələ ana dilinin qorunmasıdır. Hazırda Moskvada fəaliyyət göstərən etnomədəniyyət komponentli ümumtəhsil məktəbində 360 övladımız təhsil alır. Rusiyanın bir çox subyektlərində Azərbaycan dilini tədris edən məktəblər vardır. Lakin zəruri metodiki tövsiyyələrin və dərsliklərin çatışmazlığı səbəbindən ciddi problemlər meydana çıxır. Ümid edirik ki, belə bir mühüm məsələ Bakıda həll olunacaqdır.
     Bizim üçün böyük əhəmiyyət kəsb edən daha bir məsələ var. Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması məsələsi üzərində dayanmaq istərdim. MDB ölkələrinin çoxu öz hökumətlərinin köməyi ilə Moskvada Mədəniyyət Mərkəzləri yaratmışlar. Rusiyada yaşayan iki milyondan çox həmvətənimizin də belə bir mərkəzi olmasına haqqı vardır. Biz öz tərəfimizdən Moskvada Azərbaycan  Mədəniyyət Mərkəzi üçün bina ayrılması barədə Rusiya hökumətinə müraciət etmişik. Ümid edirik ki, Prezident cənab Heydər Əliyevin Moskvaya rəsmi səfəri zamanı bu problem öz həllini tapacaqdır.
     Kütləvi informasiyanın millətlərarası münasibətlərin işıqlandırılmasında rolu , şübhəsiz ki, böyükdür. Bununla bağlı qarşımızda çox böyük vəzifələr durur. Həmvətənlərimizin mənəvi tələblərinə cavab verə bilən rus və Azərbaycan dillərində xüsusi jurnal və qəzetimizin nəşri hazırlanır.
     Biz yaxşı bilirik ki, Azərbaycanın investisiyalarına necə böyük ehtiyacı vardır. Əgər respublikada lazımi şərait yaradılsa, onda Rusiyadakı azərbaycanlı iş adamları bu işə qoşula bilərlər.
     Biz Dağlıq Qarabağ münaqişəsinin həlli , torpaqlarımızın qaytarılması işində Azərbaycan rəhbərliyinin səyləri ilə həmrəy olduğumuzu bildiririk. Bu problemin ədalətli həll edilməsi üçün bütün imkanlarımızdan istifadə etməliyik.
     Vətənimizə qarşı erməni təcavüzünün ağır nəticələri və erməni terrorçularının qurbanları heç vaxt yadımızdan çıxmamalıdır.
     Çox ümid edirəm ki, Dünya Azərbaycanlılarının tarixi I  Qurultayı Azərbaycan diasporunun birləşməsində böyük rol oynayacaqdır.
     Çox hörmətli Heydər Əlirza oğlu!
    Burada diasporumuz müxtəlif millətlərin nümayəndələrindən ibarət heyətlə təmsil olunmuşdur. Buna görə də diasporumuzun əsas məqsədi barədə onların adından  bir neçə kəlmə deməyə icazə verməyinizi xahiş edərdim.
   Bizə elə gəlir ki, diasporumuzun əsas məqsədi Rusiyanın bütün ərazisində Azərbaycan əsilli vətəndaşlarının hüquqlarını müdafiə etməkdən, hazırda Rusiyada həmyerlilər birlikləri kimi özfəaliyyət göstərən təşkilatları Azərbaycanın hüdudlarından kənarda Vətənimizin mənafelərini qoruya biləcək peşəkar təşkilata çevirməkdən ibarətdir. Diqqətinizə görə təşəkkür edirəm.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved