• Milanda keçirilən beynəlxalq rəqs müsabiqəsində soydaşımız qalib olubMilanda keçirilən beynəlxalq rəqs müsabiqəsində soydaşımız qalib olub
  • Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib


ALMANİYADAKI AZƏRBAYCAN CƏMİYYƏTLƏRİ FEDERASİYASININ SƏDRİ NÜSRƏT DİLBƏSTƏHİN ÇIXIŞI


                          Sənə qurban etməyin vaxtı çatıbsa
           
                     Səndən hansı igid əsirgəyər can?
                                Əyilib öpərəm ayaqlarından,
                                Ey ana torpağım! Ey Azərbaycan!
                                Üstünə atəşlər yağan torpağım,
                                Məhəbbət ocağım, ülfət ocağım,
                                Ey mənim xalqıma bar verən bağım,
                                Ah çəkmə, buludlar yanar ahımdan.
                                Tarix az görməyib qudurğanları,
                                Qan tutar nahaq qan axıdanları,
                                Ey mənim xalqımın vüqar qartalı,
                                Enmə öz zirvənin ucalığından,
                                Ey ana torpağım! Ey Azərbaycan!

      Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab Heydər Əliyev!
      Dünya Azərbaycanlılarının I Qurultayının möhtərəm sədri!
      Əziz soydaşlarım!
     İzn verin ,hər şeydən əvvəl Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab Heydər Əliyevi, xaricdən gələn hörmətli qonaqları, Dünya Azərbaycanlılarının I Qurultayının əziz və hörmətli nümayəndələrini, sevimli bacı və qardaşlarımı dünya azərbaycanlılarının birlik və həmrəylik məqsədi daşıyan tarixi qurultayı münasibətilə Almaniyadakı Azərbaycan Cəmiyyətləri Federasiyası adından, Hollandiyada, İsveçrədə, Lüksemburqda yaşayan azərbaycanlılar adından , şəxsən öz adımdan təbrik edim, hərarətlə salamlayım və dərin təşəkkürümü bildirim.
    Ayrıca olaraq bu qurultayın təşkilində əməyi olan bütün soydaşlarıma federasiyamız adından ən dərin təşəkkürlərimi çatdırıram. Birliyimizi və həmrəylimizi möhkəmləndirən və mətinləşdirən birinci tarixi qurultayımız münasibətilə bütün dünya azərbaycanlılarını ürəkdən təbrik edirəm.
      Möhtərəm cənab Prezident!
      Əziz soydaşlarım!
    Tariximizin hadisələrini obyektiv göz önündən keçirərək onlardan nəticə çıxarmağımız və gələcək üçün yeni vəzifələrimizi təsbit etməyimiz gərəkdir. Almaniyadakı Azərbaycan Cəmiyyətləri Federasiyasının ,eyni zamanda Hollandiya, İsveşçrə və Lüksemburqda fəaliyyət göstərən Azərbaycan Cəmiyyətlərinin əsas məqsədi demokratik prinsiplərə söykənərək, xalqımızın haqq səsini bütün dünyaya  çatdırmaqdır.
     İşğal olunmuş Azərbaycan torpaqlarının işğalçılar tərəfindən azad olunmasını və bir milyondan artıq qaçqınlarımızın geri qaytarılmalarını tələb etməkdir. Hüquqi demokratik ,dünyəvi dövlət quruculuğunda dövlətimizə və onun prezidenti cənab Heydər Əliyevə dəstək verməkdir.
      Ona görə də nail olduğumuz müstəqil Azərbaycan dövlətimizi gücləndirmək bizim ən birinci milli vəzifəmizdir.
    İnanın ki, gələcəyin güclü və qüdrətli Azərbaycanı dünya azərbaycanlılarının birliyinin və həmrəyliyinin getdikcə mətinləşən və möhkəmlənən bünövrəsi üzərində qoyulacaqdır. Almaniyadakı Azərbaycan Cəmiyyətləri Federasiyası birinci növbədə milli şüurun inkişafı ilə, lobbinin rolunun artması, diasporun güclənməsi, vətənimizin, xalqımızın və dövlətimizin qorunması ilə və güclənməsi ilə məşğuldur. Biz xalqımızın yüksələn bayrağının və Prezidentimizin yanında yer almışıq.
     Federasiyamız Azərbaycan Prezidenti cənab Heydər Əliyevi indiyə qədər dəstəkləmişdir. Bundan sonra da dəstəkləməyə davam edəcəkdir. Cənab Prezident Heydər Azərbaycanın küçə və meydanlarında silahların səsini susdurdu ,cinayətlərə son qoyuldu. Vətənimizin daxili sabitliyini pozan , dövlətimizin nüfuzuna xələl gətirən ünsürlərin millətə zidd əməllərinin qarşısını qanuni yollarla aldı. Beləliklə, məmləkətin daxili siyasi sabitliyi  getdikcə möhkəmləndi və xarici ölkələrdə də Azərbaycan dövlətinin nüfuzu, etibarı gündən-günə artdı, yüksəldi. İnanırıq ki, dünyanın ən şöhrətli siyasətçilərindən biri olan Prezidentimizin dahiyanə və məharətli  rəbərliyi altında  Azərbaycan dövlətçiliyi bundan sonra daha da möhkəmlənəcək və müstəqil Azərbaycan dünya ölkələri arasında öz layiqli yerini tutacaqdır.
     Fikrimcə bu gün xalqımıza ,onun dövlətinə və Prezidentinə müxalif olanlar, vətənimizin və xalqımızın mövqeyini beynəlxalq aləmdə qəddar düşmənlərin qarşısında zəiflətmək istəyənlər, xalqımıza xəyanət edənlərdir.
     Federasiyamız milli mənafedən uzaq olan və öz mənafeyini güdən qrupların siyasi oyuncağı və yuvası olmağa yol verməyəcəkdir. Azərbaycan lobbisinin formalaşması və vahid güc mərkəzinə çevrilməsi üçün məqsədyönlü çalışacağıq. Atalarımızın mərdliyinə və igidliyinə inanaraq, bütün ixtilaflarımızı unudub düşmənə qarşı birlikdə savaşa qadirik. Bizim fikrimizcə ,bugünkü Azərbaycan dövləti Almaniyadakı Azərbaycan Cəmiyyətləri Federasiyası məhz bu yoldadır.
       Məqsədimiz  Azərbaycan xalqının dostluq, bərabərlik və qardaşlıq anlayışı içərisində dünya xalqları ilə ,ələlxüsus Avropa ictimaiyyəti ilə əlaqələndirilməsi və bununla da xalqımızın azadlıq, demokratiya, rifah, asayiş və sülh şəraitində yaşamasına nail olmaqdır. Bu ali məqsədə çatmağımız üçün müstəqil Azərbaycanda demokratik cəmiyyət, azad bazar iqtisadiyyatı  quruculuğunu və sivil beynəlxalq aləmə qovuşmaq niyyətini alqışlayır, dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyik. Federasiyamız heç bir siyasi partiya və təşkilatlarla bağlı deyildir. Xalqımızın və dövlətimizin mənafeyini qorumaq əzmindədir. Heç bir ayrı-seçkilik, siyasi və ya məzhəb ayrılığı qoymadan Azərbaycan xalqına hörmət və sevgi bəsləyən, xalqımızı dünyaya tanıtmaq istəyən hər kəslə birlikdə çalışmağa hazırdır. Azərbaycan lobbisinin inkişafı yolu da məhz budur.
       Möhtərəm cənab Prezident!
       Əziz soydaşlarım!
       Almaniyadakı Azərbaycan Cəmiyyətləri Federasiyası 1996-cı il iyunun əvvəllərində Bonn şəhərində yaradıldı və o zaman mövcud olan müxtəlif görüşlərə görə bir müddət böyük çətinliklərlə qarşı-qarşıya qaldı.
     Təəssüflər olsun ki, bəzi öz xeyrini güdən , başıpozuq və davranışlarını bilməyən siyasi qruplar federasiyamızı əllərində siyasi oyuncağa çevirməyə çalışdılar və bu təşkilatlanma işinə əngəl oldular. Amma bütün bunlara baxmayaraq ,federasiyamız fəaliyyətini davam etdirməkdədir.
     Hazırda Almaniyanın müxtəlif şəhərlərində -Visbaden, Koblents, Berlin və Frankfurtda  altı Azərbaycan cəmiyyəti yaratmışıq. Hannover ”Xəzər” cəmiyyəti və Boxum şəhərində Azərbaycan Akademiklər Birliyi Federasiyamıza qoşulmuşdur. Hollandiya-Azərbaycan-Türk Mədəniyyət Cəmiyyəti bizimlə həmfikir olmaları barədə federasiyamıza məlumat veriblər. Berlin şəhərində təzə yaradılmış Alman-Azərbaycan Dostluq Cəmiyyəti də Federasiyamıza üzv olmuşdur. Vürtsburqdakı Azərbaycan Cəmiyyəti də Azərbaycanın mövcud problemləri ilə bağlı fəaliyyətdə  Federasiyamızla ortaq məxrəcə gəlmişdir. Vaxtın azlığını nəzərə alaraq , Federasiyamızın gördüyü çoxsaylı işləri burada sadalamaq fikrində deyiləm. Biz xalqımızın və dövlətimizin  bir çox problemləri ilə bağlı Almaniyada geniş fəaliyyət göstəririk. Ermənistanın Azərbaycana hərbi təcavüzünün  və xalqımıza qarşı törədilmiş soyqırımı faktının tanınması, torpaqlarımızın azad olunması ,Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində müntəzəm tədbirlər və aksiyalar həyata keçiririk. Avropa ölkələrinin dövlət başçılarına , parlamentlərinə, BMT-yə, ATƏT-ə, Avropa Şurasına və digər beynəlxalq təşkilatlara milli tələblərimizlə müraciətlər edirik. Bütün bu işlər barədə komissiyalarda ətraflı hesabatlar verəcəyik.
       Əziz dostlar! Bir daha hamınızı qucaqlayır, qurultayımıza və hər birinizə millət və Vətən naminə uğurlar diləyirəm.
     Yaşasın mübariz, şərəfli, qəhrəman və mərd Azərbaycan xalqımız! Birliyimiz, həmrəyliyimiz möhkəmlənsin, müstəqil Azərbaycan dövlətimiz əbədi olsun!

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved