• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


PARİS BEYNƏLXALQ AKADEMİYASININ ƏMƏKDAŞI, FİLOLOGİYA ELMLƏRİ DOKTORU ŞİRİN MƏLİKOVANIN ÇIXIŞI


 

  -Hörmətli cənab prezident!

   Əziz qurultay iştirakçıları!

   Bu gün mən Fransadan gəlmiş, aralarında Azərbaycanın tarixində mühüm rol oynamış ailələrin üzvləri olan Azərbaycan nümayəndə heyəti adından danışmağı özümə böyük şərəf bilirəm.

   Mən anam İren Melikoffun adından, təəssüflər olsun ki, o, bu gün bizimlə burada ola bilmədi, - demək istəyirəm ki, bir neçə ildə daha da gözəlləşmiş və müasirləşmiş Bakıda olmağımızdan çox şadıq.

   Xəzərin sahillərinə bir daha gəlməyimizə şərait yaratdıqlarına görə mən bu forumun təşkilatçılarına ,Azərbaycanın hakimiyyət dairələrinə  nümayəndə heyətimiz adından səmimi təşəkkürümü bildirmək istəyirəm.

    İlk dəfə olaraq Azərbaycan diasporunu bir yerə toplamışdır.Müxtəlif vaxtlarda Azərbaycanı tərk edərək dünyanın dörd tərəfinə səpələnsək də, biz hamımız ürəyimizin bir guşəsində bu torpağa  bağlılığımızı saxlayaraq, bu gün buraya gəlmişik.

    Bəziləri yenicə digərləri isə məsələn, mənim ailəm kimi, çoxdan gediblər.Buna baxmayaraq, bu ölkəyə bağlılıq hissi nəsildən –nəsilə ötürülübdür.Sübut kimi deyə bilərəm ki, Melikoff nəslindən üç nəfər- anamın virtual varlığı , mən və qızım buradayıq.

    Biz bu gün Azərbaycanın müstəqilliyinin on illiyini qeyd edirik. On ildə hansı yol keçilib? Biz hamımız dəyişən, hər gün iqtisadi, siyasi və sosial inkşafda olan bir ölkəni, öz müstəqilliyi uğrunda mübarizə aparmış, özünün və xalqının maraqlarını qorumaq üçün suverenliyini bərpa etmiş  bir ölkəni kəşf edirik.

    Prezident Heydər Əliyevin rəhbərliyi altında bu ölkə demokratik strukturlar yaratmış, yeni Konstitusiya qəbul etmiş, bir sıra islahatlar həyata keçirmiş və sabitliyə nail olmuşdur. O, yavaş-yavaş  dünya səhnəsində öz yerini tutur. Azərbaycanın nə olduğunu və burada baş verənləri Qərb dünyasında sübut etməyə cəhd etdiyimiz vaxtlar artıq arxada qalmışdır. İndi assosiasiya və təşkilatlar təşəbbüsü ələ almış, parlament qrupları müntəzəm olaraq mübadilələr aparırlar. İqtisadi planda Bakıda təmsil olunmuş xarici şirkət və cəmiyyətlərin sayına nəzər salmağımız kifayətdir.Azərbaycan eyni zamanda inkşaf prosesini öz üzərinə götürmüşdür.Bu zaman onun özünəməxsusluğu, ənənələri, mənəvi dəyərləri, bənzərsiz mədəni irsi və iqtisadi, həmçinin siyasi, hüquqi və sosial sahələrdə beynəlxalq mübadilələr sayəsində tərəfdaş dövlət statusuna doğru keçidi təmin edən müasirliyi nəzərə alınmalıdır.

    Bütün dünya son illərdə Xəzər dənizinin ehtiyatlarının işlənilməsi üzrə layihələrin və görülən işlərin, Azərbaycanın beynəlxalq strukturlara iqtisadi əməkdaşlıqda öhdəliyinin şahidi olmuşdur.

    Yollar ayrıcında Azərbaycan Avropaya açılmağı seçdi.Öz müstəqilliyinə qovuşduqdan on il sonra Azərbaycanın Avropa Şurasına daxil olması onun əməkdaşlıq, sabitlik, həmçinin sülh yaratmaqda maraqlı dövlət olmaq iradəsini göstərir.

    Hazırki vəziyyətdə əgər üstündən sükutla keçilməsi mümkün olmayan bir məsələ varsa, o da qonşu Ermənistanla olan münaqişədir. Ümid etmək lazımdır ki, bu münaqişə tezliklə danışıqlar vasitəsilə, sülh yolu ilə həll ediləcəkdir.Azərbaycan beynəlxalq hüququn prinsiplərinə uyğun şərtlər əsasında münaqişənin həllinə nail olmaq üçün bütün səylərini cəmləşdirməlidir. 11 sentyabr hadisələrindən sonra yaranmış vəziyyət bizə göstərir ki, Əfaqanıstandakı coğrafi-strateji oyunlar hansılardır və silahların işə düşməsi Mərkəzi Asiya və Xəzər dənizi bölgəsində neçə ağır nəticələrə səbəb ola bilər.

    Azərbaycan yaxşı baca düşür ki, Qafqazda sabitlik və təhlükəsizlik Ermənistanla münaqişənin həllindən asılıdır. Bu baxımdan onun Avropa Şurasına daxil olması nəzərə çarpan  faktdır.

    Belə ki, münaqişənin həlli yalnız qarşıduran tərəflərin təmasları nəticəsində tapıla  bilər. Çünki bu tərəflər indi yalnız sülhə və hüquqa əsaslanan eyni bir təşkilatın üzvləridir.

    Biz bütün ümidlərimizi rəhbərlərin müdrikliyinə bağlayırıq  və inanırıq ki, Azərbaycan xalqı özünün layiq olduğu yaxşı yaşamaq hüququna malikdir. Buna görə də biz buraya , Bakıya, Azərbaycana bağlılığımızı, həmişə onunla olduğumuzu ifadə etmək və hansısa bir ölkədə yaşamağımızdan asılı olmayaraq, danılmaz reallıq olan azəri mənliyimizi sübut etmək üçün gəlmişik.

    Bu yolda hər birinizə uğurlar , qurultayımızın işinə konstruktivlik və işgüzarlıq arzulayıram.

  Diqqətinizə görə çox sağ olun!

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved