• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


NƏVAİ ADINA DAŞKƏND OPERA VƏ BALET TEATRININ REJİSSORU FİRUDDİN SƏFƏROVUN ÇIXIŞI


 

    Möhtərəm cənab Prezident!
    Hörmətli soydaşlarımız!
    Hörmətli xanımlar və cənablar!
   Özbəkistanda və ümumən, Mərkəzi Asiyada yaşayan azərbaycanlılar adından möhtərəm Prezident Heydər Əliyev başda olmaqla ,qurultay təşkilatçılarını və bütün Azərbaycan xalqını ürəkdən salamlayıram .
   Müstəqilliyini bərpa edəndən sonra öz milli dövlətçilik ənənələrini davam etdirən Azərbaycan xalqı dünyəvi, demokratik və hüquqi dövlət qurmağa və ümumilli birlik naminə bu istiqamətdə səfərbər olunmağa başladı. Möhtərəm Heydər Əliyev dünya azərbaycanlılarına müraciətində qəti  olaraq bəyan etmişdir: ”Azərbaycanın dövlət müstəqilliyi əbədidir, heç bir qüvvə bizi bu yoldan döndərə bilməz”  Hörmətli Prezidentimiz bu fikirlə bizi həmrəyliyə və ümummilli birliyə çağırmışdır.
   Azərbaycan xalqının birliyi milli səfərbərlik ideyasının memarı cənab Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.1993-cü ildən etibarən ötən illər ərzində baş vermiş hadisələr buna sübutdur.Ermənistan-Azərbaycan müharibəsində hərbi əməliyyatlar dayandırılmış, ölkədə sabitlik bərpa edilmiş, ”Əsrin müqaviləsi” imzalanmış, beynəlxalq neft və qaz boru kəmərləri inşa olunmuş və bu iş indi də davam etdirilir. Bakı şəhərinin tikintisi və abadlaşdırılması sürətlə aparılır. ABŞ Konqresinin  1992-ci ildə Azərbaycana qarşı qəbul etdiyi 907-ci əlavənin ləğvi istiqamətində mühüm işlər görülür.
  Biz inanırıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Prezident Heydər Əliyevin rəhbərliyi altında sülh yolu ilə tənzimlənəcək, Vətənimizin ərazi bütövlüyü bərpa ediləcək, qaçqınlar öz doğma yurdlarına və ocaqlarına dönəcəklər. Azərbaycan diasporu mövcud problemin həlli üçün bu istiqamətdə bütün zəruri tədbirləri həyata keçirməlidir. Şah İsmayıl Xətai, Cavanşir və Babək kimi sərkərdələrin qəhrəmanlığı xalqımızda vətənpərvərlik ruhu yaratmış,Vətənimizin vahidliyinə və xalqımızın birliyinə aid olan ümummilli rəmzlərin yaradılmasına yardım göstərmişdir. Xalqımızın böyük ədəbi abidəsi olan “ Kitabi-Dədə Qorqud” və “Koroğlu” kimi eposlar dünya mədəniyyətinin inciləri sırasına daxil edilmişdir.
   Azərbaycan xalqı dünya mədəniyyətinə və incəsənətinə öz töhfəsini vermiş xalqlardan biridir. Nizami, Füzuli, Üzeyir Hacıbəyov, Bülbül, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif  Məlikov, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov və başqalarını bütün dünyada yaxşı tanıyırlar. Bu dahilərin böyük poetik istedadları, əsrarəngiz musiqiləri, təkraredilməz rəsm əsərləri dünyanın böyük və nüfuzlu salonlarının və muzeylərinin bəzəyidir.
    Mən artıq 25 ildir ki, Özbəkistan Opera və Balet Teatrında çalışıram. Çox xoşbəxtəm ki, teatrın səhnəsində hər dəfə alqışlarla keçən əsərlərin –Fikrət Əmirovun ”1001 gecə”,  Arif Məlikovun “Məhəbbət əfsanəsi” və “İki qəlbin dastanı” baletlərinin tamaşaya qoyulmasında mənim də əməyim olmuşdur. Mən ikiqat məmnunam ki, Özbəkistanda yaşayan çoxminli Azərbaycan diasporu bu tamaşalara həmişə böyük həvəslə baxır. Bu baletlərin təkrarsız musiqisi, onların qəlbini və ürəyini Azərbaycan xalqının qəlbi ilə birləşdirir, doğmalaşdırır.
    Bizim çoxmilyonlu  xalqımızı yalnız şüarlarla birləşdirmək mümkün deyildir. Yaşadığı və işlədiyi yerdən asılı olmayaraq, bu salonda əyləşmiş və dünyaya səpələnmiş soydaşlarımız öz dilini, mədəniyyətini və tarixini bilməli və onu təbliğ etməlidir. Evimizdə həmişə Azərbaycan dili səslənməli və bu, bizim birliyimizə xidmət etməlidir. Fərəhlə söyləmək istəyirəm ki, Mərkəzi Asiyada yaşayan azərbaycanlılar adət-ənənənələrimizə əməl edir, ədəbiyyatımızı, mədəniyyətimizi, incəsənətimizi sevir və təbliğ edirlər. Özbəklər, qazaxlar, türkmənlər, qırğızlar və taciklər bizim musiqimizi sevir və qiymətləndirirlər. Onlar Səmərqənddə keçirilmiş “Şərq təranələri” beynəlxalq musiqi festivalının qalibləri Alim Qasımovun və Simarə İmanovanın qələbəsini böyük məftunluqla və həyəcanla alqışlamışlar. Bütün bunlar Azərbaycan xalqına olan böyük məhəbbət və hörmətin ,Azərbaycan diasporunun fəaliyyəti üçün yaradılmış şəraitin təzahürüdür.
    Ağsaqqallar Şurası Azərbaycan diasporunun maliyyə vəsaiti hesabına hazırda Daşkənd şəhərinin mərkəzində Azərbaycan Mədəniyyət Mərkəzinin binasını inşa etdirir. Tikiləcək mədəniyyət mərkəzində muzey, müxtəlif  dərnəklər fəaliyyət göstərəcək, övladlarımız burada öz xalqının dilini, mədəniyyətini, tarixini, rəqsini və musiqisini öyrənəcəklər. Belə bir iş Almatıda da görülür.
    Əziz soydaşlarım!
    Möhtərəm Prezidentimiz Heydər Əliyevin dünya azərbaycanlılarına müraciəti çox aktual səslənir. Hazırda dünyada çox ciddi proseslər getməkdədir. Belə bir zamanda dünya azərbaycanlılarının birliyinə nail olmaq, onları vətənə və xalqa xidmət üçün səfərbər etmək bizim bir nömrəli müqəddəs vəzifəmiz olmalıdır.
    Mən təklif edirəm ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamələrin həyata keçirilməsi üçün bütün beynəlxalq təşkilatlara müraciət qəbul edilsin. Bu yolda qurultayımızın işinə və hər birinizə böyük uğurlar arzulayıram.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved