• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


UKRAYNA ŞƏHƏRLƏRARASI İDARƏETMƏ İNSTİTUTUNUN PROREKTORU . TEXNİKA ELMLƏRİ DOKTORU, BEYNƏLXALQ KADRLAR AKADEMİYASININ AKADEMİKİ MİKAYIL ƏLƏKBƏROVUN ÇIXIŞI


    -Çox hörmətli möhtərəm cənab prezident!
   Əziz həmvətənlər!
   Hörmətli qurultay nümayəndələri!
   Bu gün Azərbaycan üçün ən əlamətdar tarixi günlərdən biridir. Onun övladları dünyanın hər yerindən yekdil şəkildə tarixi Vətənə, doğma Azərbaycanımızın paytaxtı Bakı şəhərinə toplaşmışlar.
   Bu gün ürəyi Azərbaycan üçün daim həsrət hissi ilə döyünənlərin bayramıdır.Vətən sevgisi ilə doğma torpağa dönənləri , təntənəmizin bütün iştirakçılarını bu bayram münasibətilə Ukrayna, Belarus, Moldova və Baltikyanı ölkələrdə yaşayan azərbaycanlılar adından hərarətlə salamlayır, qurultayımızın işinə ən səmimi arzu və istəklərlə uğurlar diləyirəm. Möhtərəm Prezidentimizin tarixi nitqi vətənpərvərlik duyğularımızı daha da coşdurdu, hamımızı Azərbaycanımızın yekdilliyi naminə səfərbərliyə səslədi. Biz Prezidentimizin bu çağırışını xarici ölkələrdə Azərbaycan diasporunun gələcək fəaliyyət proqramı kimi qəbul edirik.
    Hörmətli qurultay iştirakçıları!
   Kiyev şəhərində Azərbaycan diasporu üçün doğmalaşan bir ünvan –Ukrayna Beynəlxalq Kadrlar Akademiyasının Heydər  Əliyev adına  Sosial Elmlər vəBeynəlxalq Əlaqələr İnstitutu var. Bu Ukrayna dövlətinin və siyasi dairələrinin Azərbaycana, xalqımıza şəxsən möhtərəm Prezidentimizə böyük məhəbbətinin bariz nümunəsidir. Bu, xalqımızın əvəzsiz rəhbəri Heydər Əliyevin beynəlxalq nüfuzuna, müdrik siyasi zəkasına,böyük dövlətçilik təcrübəsinə verilən çox yüksək qiymətdir və biz , Ukraynada  yaşayan azərbaycanlılar bununla bağlı olaraq fəxr edirik. Eyni zamanda Prezidentimizin yüksək nüfuzuna layiq olaraq , xalqımızı onun kimi təmsil edə bilmək məsuliyyətini də aydın dərk edirik.
    Möhtərəm cənab Prezident!
   Ukraynada yaşayan azərbaycanlılar 1997-ci ilin yazında Kiyevdə sizinlə unudulmaz görüşü daim minnətdarlıqla xatırlayırlar. Sizin müdrik tövsiyyə və göstərişlərinizi rəhbər tutan soydaşlarımız elə həmin vaxtdan Ukraynanın müxtəlif vilayətlərindəki  Azərbaycan mədəni cəmiyyətlərini bir mərkəzdə birləşdirərək ,Ukrayna Azərbaycanlılar Konqresini yaratdılar. İndi Ukraynanın bütün vilayətlərində yerli qurumlarımız formalaşmışdır.
  Ukraynada 500 minə yaxın azərbaycanlı yaşayır.Onlar Ukrayna dövlətinin ictimai-siyasi ,sosial-iqtisadi, elmi-mədəni  həyatında fəal iştirak edirlər. Biz Ukraynada Azərbaycan Respublikasının və xalqımızın  beynəlxalq nüfuzunun artırılması ,Ermənistan-Azərbaycan münaqişəsi barədə obyektiv fəallığın bu ölkə ictimaiyyətinə , siyasi dairələrinə çatdırılması  istiqamətində ardıcıl işlər həyata keçiririk.
   Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün  Ukraynanın yeni təklifləri və ukraynalı müşahidəçilərin Dağlıq Qarabağda  qeyri-qanuni keçirilmiş seçkilərdə iştirakdan imtina etməsi , Azərbaycan diasporunun xidmətidir. Biz onları ora getməyə qoymadıq.
  Ukraynada Azərbaycan diasporu milli-mənəvi dəyərlərimizi:
dilimizi, dinimizi, adət-ənənələrimizi  qoruyub saxlamaqla yanaşı ,onu daim inkişaf etdirir. Məktəbyaşlı uşaqlarımız şənbə və bazar günləri məktəblərində əlifbamızı, Azərbaycan dilini və tarixini öyrənirlər. Biz dörd adda qəzet və bir radio vasitəsilə Azərbaycan həqiqətini Ukraynada yayırıq. Səməd Vurğun adına milli kitabxana ən sevimli mütaliə yerimizdir.
   Ukrayna Azərbaycanlılar Konqresinin diaspor təşkilatı olaraq başlıca məqsədi bütün dünya azərabaycanlılarının vahid birliyinə nail olmaq ,siyasi fəallığımızla , milli iradəmizlə, yekdilliyimiz və vətənpərvərliyimizlə Azərbaycanın hərtərəfli çiçəklənməsi naminə çalışmaqdır.
    Yeni əsrdə Azərbaycanın tərəqqisi və inkişafı yolunda xalqımız, hər bir  soydaşımız böyük iradə , əzmkarlıq nümayiş etdirməli, Azərbaycanlı adlı evimizin abadlığı, firəvanlığı, əmin-amanlığı üçün özünün övladlıq borcunu ödəməlidir. Biz dünya azərbaycanlılarını Vətənimizin müstəqilliyinin qorunub saxlanılması üçün səfərbər olmağa ,milli dövlətçilik ideyaları ətrafında sıx birliyə çağırırıq. Əminik ki, bu ali məclisdə qəbul olunacaq qərarlar bu andan başlayaraq ,hər bir soydaşımız üçün müstəqil, demokratik Azərbaycan dövlətinin daha da möhkəmlənməsi yolunda milli birlik hissi aşılayan həyat proqramına çevriləcəkdir.
    Əlavə etmək istəyirəm ki, Heydər Əliyevin adını daşıyan institutda 20 min tələbə təhsil alır. Mən o institutun həm professoruyam, həm də akademikiyəm.1500 nəfərlik professor-müəllim heyəti olan bu institutun 44 dövlətdə şöbələri vardır. İnstitumuzun ən yüksək, qiymətli ordeni möhtərəm cənab Heydər Əliyevə təqdim olunubdur.
    Yaşasın müstəqil Azərbaycan Respublikası!
    Yaşasın böyük Azərbaycan xalqı!
    Diqqətinizə görə təşəkkür edirəm.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved