• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


RUSİYA FEDERASİYASININ ƏMƏKDAR HƏKİMİ, SANKT-PETERBURQDA, ÇOXPROFİLLİ ÜMUMTERAPİYA VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ KLİNİKASININ DİREKTORU, PROFESSOR RAHİB ABBASOVUN ÇIXIŞI


 

- Hörmətli cənab Prezident!

Əziz həmvətənlərim!

Xanımlar və cənablar!

Müdrik Prezidentimiz cənab Heydər Əliyevin təşəbbüsü ilə doğma Vətənimiz Azərbaycanda, gözəl, qədim paytaxtımız Bakı şəhərində çağırılmış bu möhtəşəm toplantını – Dünya Azərbaycanlılarının I Qurultayını Sankt-Peterburqda yaşayan azərbaycanlılar adından ürəkdən salamlayır, bu böyük tarixi hadisə münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm.

Qurultayımız Azərbaycanın dövlət müstəqilliyinin 10 illik yubileyinin qeyd edilməsi ilə bir vaxtda keçirilir. Dövlət müstəqilliyimiz xalqımızın ən böyük milli nailiyyətidir. Biz bir millət olaraq on ildir ki, öz müstəqil dövlətimizlə, öz üçrəngli bayrağımızla fəxr edirik. Eyni zamanda, böyük məsuliyyətlə və həyəcanla qeyd etmək istəyirəm ki, biz bu mötəbər məclisə Vətənimiz, millətimiz, müstəqilliyimiz qarşısında hesabat verməyə yığışmışıq. Bu gözəl Vətənimiz üçün, müstəqil dövlətimiz üçün nə etmişik, nə edirik və nələr etməliyik? Ümidvaram ki, qurultayımızda bu zəruri suallar ətraflı müzakirə olunacaq, öz cavabını tapacaqdır.

Əziz həmvətənlər!

Xalqımız hazırda özünün keşməkeşli tarixi mərhələsini yaşayır. Azərbaycan özünün ərazi bütövlüyünün təmin edilməsi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, bir milyon qaçqının doğma yurd-yuvasına qaytarılması, keçid dövrünün sosial-iqtisadi çətinlikləri kimi problemlərlə üz-üzədir. Lakin mən qəti əminəm ki, bu problemlər də öz həllini tapacaqdır. Çünki hazırda Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasi xətt, dövlətimizin beynəlxalq nüfuzunun getdikcə artması bu nikbinliyə əsas verir.

Bu gün hər birimizin ali məqsədi Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasından ibarətdir. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bu müqəddəs amal uğrunda səfərbər olmalı, doğma Vətəni və xalqı qarşısında özünün övladlıq borcunu yerinə yetirməlidir. Bunun üçün ilk növbədə Azərbaycan diasporu savadlı şəkildə təşkilatlanmalı və müstəqil Azərbaycan ətrafında mütəşəkkil birliyə nail olmalıdır. Nəzərinizə çatdırıram ki, Rusiya Federasiyasında son bir neçə ildə bu istiqamətdə məqsədyönlü iş gedir və ürəkaçan nəticələr əldə edilmişdir.

Diasporumuzun tarixi Ermənistanın Dağlıq Qarabağa olan təcavüzü vaxtlarından başlayır. Həmin dövrdə iki təşkilatımızın – “Azər” və “Dayaq” təşkilatlarının üzvləri, tələbələr şəhərdə nümayişlər keçirir, müxtəlif konfranslarda çıxış edir, qəzetlərə məqalələr yazır, kitablar çap etdirirlər. Biz Dağlıq Qarabağa, qaçqınlara, 20 Yanvar faciəsinə həsr edilmiş sərgilər, konfranslar təşkil edirik.

Sonralar bizim “Şərq pəncərəsi” Tədris-Mədəniyyət Mərkəzimizin nəzdində ilk məktəbimiz açıldı, rusdilli uşaqlar üçün “Azərbaycan dili” kitabı çap edildi, uşaq ansamblı və ilk qəzetimiz yarandı.

    Rusiyanın görkəmli iş adamları arasında seçilən həmyerlilərimiz Peterburq azərbaycanlılarının yeganə təşkilatına – milli-mədəni muxtariyyətinə həmişə yaxından kömək göstərirlər. Böyük şairimiz Səməd Vurğunun əmisi oğlu, şərqşünas, professor Əfrasiyab Paşayevin rəhbərlik etdiyi Ağsaqqallar Şurasında onlarca azərbaycanlı professor, akademik, mədəniyyət xadimi çalışır.

    Bizim milli-mədəni muxtariyyətin Rusiyada və Peterburqda çox böyük hörməti vardır. Prezident, qubernator seçkiləri zamanı onların qərargahları kömək üçün bizim diaspora müraciət edir və bizimlə görüşürlər.

    Hörmətli möhtərəm Prezident, qubernatorumuz Vladimir Yakovlev, bütün Peterburq əhalisi və xüsusən azərbaycanlılar indi Sizin yolunuzu gözləyirlər. Ümidvarıq ki, Siz dahi şairimiz Nizaminin heykəlinin açılışında öz gəlişinizlə bizi xoşbəxt edəcəksiniz.

    Fürsətdən istifadə edərək, Azərbaycan diasporunun həyatını və Azərbaycan Respublikasının beynəlxalq nüfuzu ilə bağlı ən vacib məsələ barədə fikrimi sizinlə bölüşmək istərdim. Bu, informasiya və təbliğat məsələsidir. Açığı etiraf etməliyik ki, biz bu sahədə əməlli-başlı uduzuruq.

Məlumdur ki, bu il sentyabrın 11-də ABŞ-da baş vermiş dəhşətli terror cinayətindən sonra dünyada yeni siyasi münasibətlər sistemi ortaya çıxmışdır. Qərb dövlətlərində, o cümlədən Rusiyada müsəlman əhaliyə qarşı bir sıra təxribat cəhdləri oldu. Belə münasibət Azərbaycan diasporundan da yan keçmir. Həmin dəhşətli terrorla bağlı Azərbaycan rəhərliyinin çevik və müdrik bəyanatları mütərəqqi ictimaiyyət tərəfindən böyük razılıqla qarşılandı. Lakin unutmaq olmaz ki, xarici ölkələrdə xalqımızın və dövlətimizin əleyhinə işləyən mənfur erməni və başqa düşmən təbliğatı, təxribatçı qüvvələr, lobbilər mövcuddur. Onlar bizim xarici informasiya işimizin zəifliyindən istifadə edərək, bu məsələdə də əks təbliğat mexanizmini işə saldılar. Halbuki, hələ neçə il əvvəl Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab Heydər Əliyev zərərli xarici dini təriqətlərin Azərbaycanda təbliğatının qadağan edən qanun imzalayaraq, hər cür təməlçiliyə, o cümlədən vəhabiliyə qarşı öz siyasi iradəsini ortaya qoymuşdur.

      Bütün bunlar, Azərbaycanın obyektiv reallığı beynəlxalq aləmə ya çatdırılmır, ya da zəif və təsadüfi şəkildə çatdırılır. Bu sahədə ölkəmizdə dövlət səviyyəsində konseptual proqram hazırlanmalı və Azərbaycan diasporu da bu işin icrasında fəal iştirak etməlidir.

      Möhtərəm Prezident, bu gün biz zəruri hesab edirik ki, Azərbaycanda diasporla bağlı rəsmi dövlət strukturunun tərkibində təbliğat və əks təbliğat departamenti yaradılmalıdır. Bu vaxtı, çoxdan çatmış məsələdir. Düşünürəm ki, belə bir struktur dövlətlə diasporun qarşılıqlı və ardıcıl əlaqələrinin yaranmasında, xaricdə Azərbaycan milli-mədəni cəmiyyətlərinin  vahid ideya ətrafında birləşdirilməsində, diasporumuzun imkanlarının milli dövlətçiliyimizin gücləndirilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi işinə cəlb olunmasında və lobbi quruculuğunda vahid bir mərkəz olaraq böyük işlər görə bilər.

      Hörmətli qurultay iştirakçıları!

      Təklif edirəm ki, baş vermiş faciə ilə əlaqədar olaraq Amerika xalqına Dünya Azərbaycanlılarının I Qurultayı adından teleqram göndərək və onlara öz fikrimizi bildirək.

      Çıxışımın sonunda milli gələcəyimiz üçün son dərəcə zəruri olan böyük tədbirin təşkilatçılarına, Azərbaycan hökumətinə, şəxsən bu işin əsl cəfakeşi, xalqımızın fədakar oğlu, müdrik rəhbərimiz möhtərəm, sevimli Heydər Əliyevə təmsil etdiyim diasporun dərin minnətdarlığını çatdırır, qurultayın işinə uğurlar arzulayıram

     Diqqətinizə görə təşəkkür edirəm.

 

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved