• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


MANDAT KOMİSİYASININ SƏDRİ ARİF RƏHİMZADƏNİN ÇIXIŞI


   Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab Heydər Əliyev!

   Hörmətli qurultay nümayəndələri!

   Hörmətli qonaqlar, xanımlar və cənablar!

   İcazə verin, Dünya Azərbaycanlılarının I Qurultayı münasibətilə sizi səmimi qəlbdən təbrik edim, hamınıza möhkəm can sağlığı, xoşbəxtlik və səadət arzulayım.

  Qurultay əlamətdar tarixi hadisəyə-Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 10-cu ildönümünə təsadüf edir. Azərbaycan xalqının qədim dövlətçilik ənənələri vardır. Tarix boyu Şərqin bir sıra qüdrətli dövlətləri xalqımızın yaradıcılıq enerjisi və zəkası üzərində qurulub inkişaf etmişdir.

 Ötən əsrin əvvəllərində, 1918-ci ildə Azərbaycan xalqı Şərq və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmışdır. Təəssüf ki, müxtəlif səbəblər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğramış, ölkəmiz Sovetlər Birliyinin tərkibinə qatılmışdır. 70 il ərzində Azərbaycanın müstəqilliyi formal xarakter daşısa da, xalqımızın böyük şəxsiyyətlərinin səyləri nəticəsində gələcək həqiqi dövlət müstəqilliyi üçün zəmin yaradılmışdır. Mən ilk növbədə, bu şəxsiyyətlər arasında möhtərəm Heydər Əliyevin xüsusi, müstəsna rolunu qeyd etmək istərdim.

   Biz bu gün Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının on illiyindən danışsaq da, faktiki olaraq, onun ilk üç ili ölkənin tənəzzülə uğradığı bir dövr olmuşdur. Yalnız 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan möhtərəm Heydər Əliyevin titanik səyləri nəticəsində Azərbaycan böyük təhlükələrdən xilas olmuşdur.

   Ötən 8 il ərzində ölkəni dağılmaq və parçalanmaq həddinə gətirib çıxarmış dövlət və hakimiyyət böhranına son qoyuldu, vətəndaş müharibəsinin, ölkənin parçalanmasının qarşısı alındı. Ölkədə möhkəm ictimai-siyasi sabitlik yaradıldı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, iqtisadiyyatda böyük uğurlar əldə olundu, cəmiyyət və dövlət həyatının bütün sahələrində köklü dəyişikliklər baş verdi. Müstəqil dövlətimizin yeni Konstitusiyası qəbul edildi, demokratik şəraitdə prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatların üzvü oldu. Dünya azərbaycanlıları möhtərəm Heydər Əliyevin şəxsində özlərinin ümummilli liderini tapdılar.

   Dünya Azərbaycanlılarının I Qurultayı məhz belə bir şəraitdə-Azərbaycan dövlətçiliyini möhkəmlənməsi, hüquqi, demokratik dövlət quruculuğu. Ölkəmizin dünya birliyində layiqli yer tutması şəraitində keçirilir.

   Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi üçün ciddi hazırlıq işləri görülmüşdür. Təşkilat Komitəsi yaradılmış, işçi qrupları təşkil edilmiş və zəruri tədbirlər həyata keçirilmişdir. Respublikamızın bölgələrində və xarici ölkələrdəki azərbaycanlı diasporlarında Dünya Azərbaycanlılarının I Qurultayına nümayəndələr yüksək əhval-ruhiyyə, aşkarlıq, demokratiya mühitində, Azərbaycanın qazandığı  nailiyyətlərdən irəli gələn nikbinlik, müstəqil dövlətimizin inkişafı üçün hər kəsin öz məsuliyyətini və rolunu dərk etməsi şəraitində seçilmişdir.

   Dünya Azərbaycanlılarının I Qurultayında 1108 nümayəndə iştirak edir. Qurultayda dünyanın 37 ölkəsindən 415 nümayəndə qeyddən keçmişdir.  Onlardan Rusiyanı 172, ABŞ-ı 10, Kanadanı 4, Almaniyanı 17, Avstriyanı 8, Hollandiyanı 1, Belçikanı 2, İsveçrəni 1, İsveçi 9, Fransanı 14, Norveçi 5, Rumıniyanı 1, Finlandiyanı 4, Böyük Britaniyanı 9, Danimarkanı 6, Türkiyəni 12, Latviyanı 6, Litvanı 6, Estoniyanı 6, Belarusu 9, Moldovanı 6, Ukraynanı 40, Gürcüstanı 34, Özbəkistanı 12, Qırğızıstanı 5, Qazaxıstanı 10, Tacikistanı 3, Avstraliyanı 3 nəfər təmsil edir. Qurultayda Azərbaycanın bütün bölgələrindən nümayəndələr iştirak edir.

   Hörmətli soydaşlar!

   Qurultay nümayəndələrinin tərkibini respublikamızın və digər ölkələrin ictimai, siyasi, iqtisadi və mədəni həyatının müxtəlif sahələrində mühüm və fəal mövqe tutan insanlar təşkil edirlər. Nümayəndələrin hamısı Azərbaycana ürəkdən bağlı olan, onun bu gününə sevinən, Vətənimizin daha da inkişaf edib çiçəklənməsini arzulayan soydaşlarımızdır. Qurultay nümayəndələrinin tam əksəriyyətini, 905 faizə qədərini ali təhsilli ziyalılar təşkil edirlər.

   Qurultay nümayəndələrinin 220 nəfərdən çoxu akademik, elmlər doktoru və elmlər namizədidir. Nümayəndələrin 49 nəfəri təhsil, 29 nəfəri səhiyyə işçiləri səhiyyə işçiləri, 80 nəfəri yaradıcı ziyalılar, mədəniyyət və incəsənət xadimləri, 123 nəfəri gənclər və idman ictimaiyyəti nümayəndələri, 70 nəfəri yerli özünüidarə qurumlarının işçiləri, 54 nəfəri siyasi partiya və ictimai təşkilatların nümayəndələridir.

   Qurultaya qanunvericilik orqanlarından, rayon və şəhər icra hakimiyyətlərindən 300 nəfərdən çox nümayəndə seçilmişdir. Nümayəndələrin böyük bir qisminin fəxri adları və dövlət mükafatları vardır. Yaş tərkibinə görə qurultayın iştirakçıları xalqımızın bütün nəsillərini təmsil edirlər. Sevindirici haldır ki, onların böyük bir hissəsi gənc nəslin nümayəndələridir.

  Azərbaycan cəmiyyətində qadın mühüm mövqe tutur. Qadın hər bit azərbaycanlı üçün müqəddəs olan ailənin dayağını təşkil edir. Məmnuniyyət hissi ilə bildirirəm ki, qurultay nümayəndələrinin təqribən 20 faizi qadınlardır. Qurultayımızda Azərbaycan vətəndaşları olmuş, hazırda xaric ölkələrdə yaşayan başqa millətlərin də nümayəndələri-yəhudilər ruslar, ukraynalılar və digərləri iştirak edirlər.

    Hörmətli qurultay iştirakçıları!

   Qurultayın Mandat Komissiyası nəzərinizə çatdırır ki, Dünya Azərbaycanlılarının I Qurultayına seçilmiş nümayəndələr dünyada yaşayan azərbaycanlıları və respublika ictimaiyyətinin geniş təbəqələrini təmsil edirlər. Mandat komissiyası qurultay nümayəndələrinin vəkalətlərini yoxlamışdır və onlar etibarlıdır. Seçilmiş qurultay nümayəndələrinin tam səlahiyyətli olması təsdiq edilir. Diqqətinizə görə sağ olun.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved