• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


İNSAN HÜQUQLARI VƏ BEYNƏLXALQ ƏLAQƏLƏR KOMİSSİYASININ SƏDRİ, AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRİ FİKRƏT MƏMMƏDOVUN ÇIXIŞI


     Möhtərəm cənab Prezident!

     Hörmətli qurultay iştirakçıları!

   Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmləndiyi, beynəlxalq əlaqələrinin genişləndiyi şəraitdə xaricdə yaşayan soydaşlarımızla işin daha da təkmilləşdirilməsi, onun əsas məqsəd və prinsiplərinin hərtərəfli müəyyən edilməsi dövlət siyasətimizin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.

    Bu baxımdan Dünya Azərbaycanlılarının I Qurultayının İnsan hüquqları və beynəlxalq əlaqələr komissiyasında müzakirə edilən məsələlər də xüsusi əhəmiyyət kəsb edir. 

    Müxtəlif dövlətlərdən olan soydaşlarımızın, ictimai xadimlərin və mütəxəssislərin iştirak etdiyi komissiyada insan hüquqlarının təmin edilməsi, o cümlədən, xaricdə yaşayan həmvətənlərimizin hüquq və azadlıqlarının dəstəklənməsi, beynəlxalq əlaqələrin inkşafında diasporamızın rolu, onun milli dövlətçilik  və azərbaycançılıq ideyası ətrafında təşkilatlanması üsulları , mövcud problemləri geniş müzakirə olunmuşdur.

    Komissiyada insan hüquq  və azadlıqlarının təmin edilməsinin Azərbaycan dövlətinin ali məqsədi kimi bəyan olunaraq daim diqqət mərkəzində saxlanılması, insan hüquqlarının müdafiəsinə yönəlmiş hərtərəfli demokratik islahatların aparılması və dövlətimizin  beynəlxalq nüfuzunun artması məmnuniyyətlə qeyd edilmişdir.

    Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin genişlənməsi insan hüquqlarının təmin edilməsinə diqqətin artırılması xaricdəki soydaşlarımızın himayə edilməsi işinin canlanmasına  da səbəb olmuşdur.

    Komissiyada bu sahədə bir çox tədbirlərin həyata keçirildiyi, o cümlədən xaricdə yaşayan soydaşlarımızın himayəsinin dövlət siyasətinin prioritet istiqamətini təşkil etməsi xüsusi vurğulanmışdır.

    Dövlət müstəqilliyimizin sarsılmaz və dönməz xarakter alması, hərtərəfli mütərəqqi islahatlar  aparılaraq demokratik, hüquqi dünyəvi dövlətin bərqərar olunması, nəhayət ölkəmizin böyük beynəlxalq nüfuz qazanması xaricdə yaşayan soydaşlarımızın da qəlbində hədsiz qürur və iftixar hissi doğurur, onların ana torpağa , milli-mənəvi dəyərlərimizə bağlılığını artırır.

    Möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin fədakar əməyi və səyi nəticəsində ölkəmizdə sabitlik, davamlı inkşaf , tərəqqi təşəkkül tapmış və bununla da diasporumuzun azərbaycançılıq ideyası, müstəqil Azərbaycan dövlətçiliyi ətrafında mili birliyə, milli həmrəyliyə doğru yönəldilməsi üçün möhkəm zəmin yaranmışdır.

   Bu yolda ilk addımı da Azərbaycan diasporunun formalaşmasına xüsusi diqqət yetirən möhtərəm Prezidentimiz atmışdır. Xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşərək problem və qayğıları ilə maraqlanan cənab Prezident onları Azərbaycanın ictimai-siyasi , iqtisadi və mədəni həyatında fəal iştiraka dəvət etmiş, bu işin təşkilinə səfirliklərimizi birbaşa cəlb etmişdir.

    Faktiki olaraq 1993-cü ildən etibarən formalaşmağa başlanan Azərbaycan diasporu görülmüş məqsədyönlü tədbirlər nəticəsində əlaqələndirilmiş , diplomatik nümayəndəliklərimizin bu sahədə işi ardıcıl və sistemli xarakter almışdır.

    Dövlət başçısının sərəncamı ilə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının  keçirilməsi də soydaşlarımızın milli birliyi və həmrəyliyinin təmin olunması , Azərbaycan diasporunun formalaşması və inkşafı yolunda ən əlamətdar hadisədir.

   İnsan hüquqları və beynəlxalq əlaqələr komissiyasında aparılan müzakirələr zamanı nümayəndələr bütün dünyada yaşayan soydaşlarımızı azərbaycançılıq, vətənçilik  və milli həmrəylik naminə səfərbər etdiyinə, onlara xüsusi diqqət yetirdiyinə görə ümumilli lider – Azərbaycan Respublikasının Prezidentinin cənab Heydər Əliyevin dərin minnətdarlıqlarının çardırılmasını xahiş etmişlər.

    Bu gün kifayət qədər güclü intellektual və sosial –iqtisadi potensialı olan Azərbaycan diasporunun imkanlarından geniş və səmərəli istifadə etməklə dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə, o cümlədən erməni təcavüzünə, Ermənistan- Azərbaycan , Dağlıq Qarabağ münaqişəsinin həllinə, qaçqın və məcburi köçkünlərimizin problemlərinə cəlb etmək, dövlətimizə qarşı yönəlmiş ideoloji-siyasi hücum və təzyiqləri neytrallaşdırmaq üçün zəruri tədebirlər görülür və bu sahədə fəaliyyət əlaqələndirilir.

    Həmçinin Azərbaycan diasporunun lobbi quruculuğunun həyata keçirilməsi, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında yaxından iştirak etməsi, digər diasporlarla işgüzar əlaqələr qurması sahəsində səylər gücləndirilir.

   Dünyanın 70-dən çox ölkəsinin səpələnmiş soydaşlarımızla əlaqələrin gücləndirilməsi, diasporumuzun milli birlik ideyası, azərbaycançılıq məfkurəsi altında təşkilatlanması, onların qüvvələrinin səfərbər edilməsi üçün qarşıda bir sıra vacib məsələlər də dayanır.

     Diasporumuzun təşkilatlanması yolunda ən böyük problemlərdən biri soydaşlarımızın ölkəmizlə əlaqələrinin zəif olması , Azərbaycan icmalarının fəaliyyəti, problem və çətinlikləri barədə dolğun informasiyanın yetərincə olmamasıdır.

    Azərbaycan diasporunun təşkilat və cəmiyyətləri arasında əlaqələrin zəifliyi də onların mütəşəkkilliyinə mane olur, diasporumuzun çevikliyi və təsirliyini azaldır.

    Komissiyada aparılan müzakirələr zamanı Azərbaycan diasporu ilə işin daha da təkmilləşdirilməsi məqsədilə diplomatik və konsulluq xidmətlərinin genişləndirilməsi, soydaşlarımızın ölkəmizlə əlaqələrinin yaxşılaşdırılması və gediş-gəlişin sadələşdirilməsi, onların milli birliyə və həmrəyliyə, milli dövlətçiliyimizin və xalqımızın tərəqqisi naminə daha mütəşəkkil yönəldilməsi üçün hərtərəfli məlumatlandırılmasının zərurililiyi qeyd edilmişdir.

    Qaldırılmış məsələlər barədə Komissiyada ətraflı müzakirələr keçirilmiş, diasporun formalaşması üzrə fikir mübadiləsi aparılmış, həmçinin komissiya üzvlərinə insan hüquqları və tarixi keçmişimizlə bağlı ədəbiyyat paylanmışdır.

    Bütün dünyada millətimizin  mədəniyyətinin , dilinin, milli adət-ənənələrinin qorunması, inkşaf etdirilməsi və təbliği hər bir soydaşımızın dövlət müstəqilliyimizin əbədiliyi, dönməzliyi, inkşafı, ərazi bütövlüyümüzün bərpası və qorunması uğrunda fədakarlıqla çalışması , azərbaycançılıq, milli birlik və həmrəylik ideyaları ətrafında sıx birləşməsi zamanın tələbidir.

      Diqqətinizə görə sağ olun.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved