• ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib


ERMƏNİSTANIN AZƏRBAYCANA QARŞI TƏCAVÜZÜNÜN ARADAN QALDIRILMASI MƏSƏLƏLƏRİ KOMİSSİYASININ SƏDRİ, AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİ SƏDRİNİN MÜAVİNİ ZİYAFƏT ƏSGƏROVUN ÇIXIŞI


     Zati-aliləri, möhtərəm cənab Prezident!

      Hörmətli qurultay nümayəndələri!

Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması məsələləri komissiyasının dünən və bu gün keçirilən iclaslarının nəticəsi olaraq aşağıdakıları bildirməyi zəruri hesab edirəm:

    Möhtərəm Prezidentimizin 2001-ci il 23 may tarixli sərəncamı ilə keçirilə Dünya Azərbaycanlılarının I Qurultayı respublikamızın tarixində çox mühüm, əlamətdar bir hadisədir. Bu qurultay bir tərəfdən bu yaxınlarda müstəqilliyimizin 10 illiyini qeyd etdiyimiz yubiley günlərinə təsadüf edir, digər tərəfdən ölkəmizi tarixində ilk səfə olaraq biz, dünyanın 36 ölkəsindən gəlmiş soydaşlarımızla yüksək həmrəylik və birlik nümayiş etdiririk.

      Müstəqil Azərbaycan dövləti dünya Azərbaycanlılarının güvənc yeridir. Eyni zamanda hesab edirəm ki, bu gün dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı doğma respublikamızın demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyəti formalaşması istiqamətində qətiyyəti addımlarının fəal təbliğatçısına çevrilməsi, azərbaycançılıq ideyasının gerçəkləşməsi yolunda konkret fəaliyyət göstərməli, dövlətimizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi sahəsində öz qüvvəsini əsirgəməməlidir.

       Möhtərəm Prezident!

        Hörmətli qurultay nümayəndələri!

       Sizə hesabat verərək, bildirmək istəyirəm ki, Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılması ilə əlaqədar müzakirələr aparılarkən, məsələyə məhz sadaladığımız prinsiplər prizmasından yanaşılmışdır.

       Komissiyanın iclasında torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi, Dağlıq Qarabağ probleminin tarixi, mahiyyəti və həll edilməsi yolunda möhtərəm Prezidentimizin yorulmaz fəaliyyəti barədə geniş məlumat verilmişdir. Qeyd olunmuşdur ki, problemlə bağlı danışıqlar ağır və çətin gedir. Üstəlik Azərbaycan tərəfinin öz haqlı mövqeyini müdafiə etməsi bir sıra ciddi çətinliklərlə bağlıdır. Ermənistan tərəfinin əlində təzyiq vasitələri kimi işğal olunmuş torpaqlar var. O, Azərbaycan ərazisinin bir hissəsinin qoparmağa, özünə birləşdirməyə və ya Dağlıq Qarabağ üçün müstəqillik statusuna nail olmağa çalışır. Digər tərəfdən isə, beynəlxalq birliyin bitərəf mövqe tutmasını, BMT və ATƏT kimi mötəbər təşkilatların öz qətnamə və qərarlarını həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsini, dünyanın onlarla ölkəsinə yayılmış erməni diasporunun məqsədyönlü lobbiçilik fəaliyyətini də danışıqlar prosesində Azərbaycan prezidentinin vəziyyətini çətinləşdirən amillər sırasına əlavə etmək lazımdır.

     Çıxışlar zamanı Avstriya, türkiyə Fransa, Kanada, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Böyük Britaniya, Rusiya, Ukrayna və digər ölkələrdən olan soydaşlarımız belə bir fikri xüsusilə vurğulamışlar ki, Azərbaycan dövlətinin gələcəyi, millətimizin rifahı və tərəqqisinin, cəmiyyətimizin demokratik və dünyəvilik əmsalının yüksəlməsinin, Azərbaycan Respublikasının müstəqilliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması ilə nə dərəcədə sıx bağlı olduğunu Prezidentimiz hamıdan yaxşı bilir. Elə buna görə də xalqımız kimi xaricdə yaşayan soydaşlarımız da bu mürəkkəb düyünlü münaqişənin Azərbaycanın dövlətçilik və milli maraqları çərçivəsində həllini yalnız Heydər Əliyevlə bağlayır, onun bu münaqişəni həll edəcəyinə inandığı üçün Prezidentimizi bütünlüklə dəstəkləyirlər.

      Soydaşlarımız eyni zamanda, problemin həllinə kömək məqsədilə bir sıra təkliflər də irəli sürdülər. İcazənizlə onları sizin nəzərinizə çatdırıram:

  1. Dünya Azərbaycanlılarının daha çox məlumatlandırılması, həmçinin onların dünya ictimaiyyəti arasında səmərəli təbliğat aparmaları və Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması işinə mühüm kömək məqsədi ilə Azərbaycanın son 200 il ərzində itirdiyi ərazilərə dair atlas, arxitektura abidələri, maddi-mədəni abidələrimizə dair reyestr, erməni terrorunun xronologiyasına dair faktını materialları əks etdirən məlumat kitabçaları, qaçqın və köçkün insanlara qarşı vəhşiliklər törədilən zorakılıq faktlarına dair foto-albomun hazırlanıb nəşr edilməsi və yayılması çox faydalı olardı.

 

  1. Münaqişənin səbəbləri, tarixi kökləri və xarakterini əks etdirən kitabların, dövri nəşrlərin xarici dillərdə çap olunub yayılması işi təmin edilməli, uydurma “erməni soyqırımı” məsələsinə münasibətdə Azərbaycan diasporunun türk və yəhudi diasporu ilə əlaqələndirilmiş fəaliyyəti və birgə işi təmin edilməli, beynəlxalq institutlarla, araşdırma və tədqiqat mərkəzləri və problemlə daha sıx məşğul olan dairələrlə müntəzəm informasiya təminatı yaradılmalı, dünya azərbaycanlılarının yaşadıqları ölkələrdə fəaliyyət göstərən səfirliklər, beynəlxalq təşkilatların qərargahları, dövlət və hökumət orqanlarının yerləşdikləri idarələrin qarşısında lazımi vaxtlarda piket, mitinq və yığıncaqlar keçirilməli, dünya azərbaycanlılarının yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrində müntəzəm olaraq Azərbaycan haqqında məlumatların, Azərbaycan mənafeyini müdafiə və təbliğ edən materialların dərc olunması təşkil edilməlidir.

 

  1. Azərbaycan diasporu nümayəndələrinin yaşadıqları ölkənin Ermənistanın hərbi təcavüzü ilə bağlı mövqelərinə təsir göstərmək məqsədi ilə soydaşlarımızın bu ölkələrin siyasətinə və hakimiyyət dairələrinə fəal təsir imkanları artırılmalı, soydaşlarımız arasındakı ayrı-ayrı nüfuzlu şəxslərin fəaliyyəti genişləndirilməlidir.

  1. Ayrı-ayrılıqda fəaliyyət göstərən Azərbaycan diasporunun vahid federasiyada, vahid bir mərkəzdə birləşməsi zəruri hesab olunur.

 

  1. Xaricdə fəaliyyət göstərən diasporların fəaliyyətini əlaqələndirən orqanın olması məqsədəuyğun olardı. 

 

Diqqətinizə görə sağ olun.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved