• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


MƏDƏNİYYƏT KOMİSSİYASININ SƏDRİ, AZƏRBAYCAN RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRİ POLAD BÜLBÜLOĞLUNUN ÇIXIŞI


    Möhtərəm cənab Prezident!                                                                                                     

   Hörmətli qurultay iştirakçıları!                                                                                                                 

   Əziz qonaqlar!                                                                                                                                                             

 Bu gün biz tarixi anları yaşayırıq.Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi bəlkə də  ən çox respublikamızın mədəniyyət işçilərini sevindirib.Çünki mədəniyyət və incəsənət xadimlərimiz millətin elçisi kimi xarici ölkələrdə dövlətimizi təmsil edir və ölkədən uzaqlarda Vətən həsrəti ilə yaşayan soydaşlarımızla Azərbaycan arasında əlaqə yaradırlar.Bu gün ona görə daha çox sevinirik ki,hər yerdə bizi ən yaxın adamları kimi qarşılayan,xalqını,millətini sonsuz məhəbbətlə sevən və hər bir əməli ilə “vətən daşı” olmaq istəyən qardaşlarımız planetimizin müxtəlif nöqtələrindən doğma diyara gəliblər.Mən bu gün onlara bir daha demək istəyirəm: Ulu Azərbaycana xoş gəlmisiniz!          

   Əziz həmvətənlər!                                                                                                                                        

 Dünən və bu gün dünyanın 21 ölkəsindən gəlmiş 89 nümayəndə Mədəniyyət Komissiyasında böyük həvəslə iştirak etdi. Onlar Azərbaycan Mədəniyyətinin uğurlarından ,yaşadıqları ölkədə Azərbaycan Mədəniyyətini tanımaq üçün gördükləri işlərdən danışdılar. Biz heç bir məhdudiyyət qoymadan bu insanlara imkan yaratdıq ki, ürək sözlərini deyə bilsinlər,iradlarını,təkliflərini söyləsinlər. Almaniyadan, Fransadan, Danimarkadan,İsraildən, Rusiyadan, Gürcüstandan, Finlandiyadan, Ukraynadan, Estoniyadan və başqa dövlətlərdən gələn nümayəndələr ilk növbədə qeyd etdilər ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab Heydər Əliyevin çıxışı onlara böyük təsir bağışlayıb.

   Cənab Prezident!                                                                                                                                     

  Onlar dəfələrlə qeyd etdilər ki,Sizin çıxışınız doğrudan da dünyanın hər bir nöqtəsində yaşayan azərbaycanlı üçün əsl fəaliyyət proqramına çevrilməlidir.

  Komissiyanın iclasında qeyd edildi ki,bu gün  Azərbaycan mədəniyyətinin keşiyində ölkə Prezidenti,mədəniyyətin böyük  dostu cənab Heydər Əliyev durur.
  Fürsətdən istifadə edərək mən bu gün qurultayın bütün iştirakçılarına Azərbaycan  Mədəniyyət Nazirliyi haqqında məlumat vermək istəyirəm.Bizim sistemdə 27 dövlət teatrı,13 konsert müəssəsi,3275 klub müəssəsi,137 muzey,4313 kitabxana,61 mədəniyyət və istirahət parkı, 28 Dövlət rəsm qalereyası və sərgi salonu ,274 uşaq-musiqi, incəsənət və rəssamlıq məktəbləri fəaliyyət göstərir. Bu mədəni varidat təkcə Azərbaycanda yaşayanlar üçün deyil, sərhədlərimizdən uzaqlarda yaşayan hər bir azərbaycanlı, lazım gəldikdə bu mədəni təsisatlardan istifadə edə bilir.
  Komissiya iştirakçıları böyük razılıq hissi ilə bildirdilər ki, Azərbaycan mədəniyyətinin uğurları onları daha qəlbən sevindirir. Son illər cənab Heydər Əliyevin bilavasitə qayğısı ilə Azərbaycanın dahi ustalarının ,musiqi xadimlərinin, səhnə və kino korifeylərinin yubileyləri həm ölkəmizdə ,həm də xaricdə yüksək səviyyədə qeyd olunmuşdur.
  Prezidentin müvafiq fərmanlarına əsasən Məhəmməd Füzulinin 500 illik yubileyinin Fransada,Türkiyədə, İraqda, İranda  və Rusiyada ,Bülbülün 100 illik yubileyinin Moskvada, Tbilisidə və Ankarada, Qara Qarayevin 80 illik yubileyinin Moskvada və Parisdə , Rəşid Behbudovun 80 illik yubileyinin Moskvada, türk  xalqlarının  Ana kitabı olan “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin Fransada yüksək səviyyədə qeyd olunması Azərbaycanı bir daha yenidən dünyaya tanıtmışdır.
  Maliyyə çətinlikləri ilə üz-üzə durduğumuz bir vaxtda istedadını və ömrünü xalqına həsr edən 60 nəfərdən çox  görkəmli sənətçi və elm adamı Prezidentimizin fərmanı ilə ömürlük xüsusi təqaüdə layiq görülmüş, öz əməyini milli mədəniyyətimizin tərəqqisinə sərf edən incəsənət xadimlərimiz  “Şöhrət”  və “İstiqlal” ordenləri ilə təltif edilmişlər. Milli sərvətimiz olan Dövlət simfonik orkestrimizin,Xor kapellamızın,Opera və Balet Teatrının balet artistlərinin və Dövlət rəqs ansambılının əmək haqları yüksək səviyyədə artırılmışdır.Azərbaycanın inamlı sabahı saydığımız ən istedadlı gənc sənətçilərin adları Prezident tərəfindən təsis olunmuş “Qızıl kitab”a düşmüşdür. İndi onlara yaradıcılıqlarını inkişaf etdirmək üçün xüsusi təqaüd  verilir.Azərbaycan mədəniyyətində xidmətlərinə görə yüzlərlə teatr,kino,musiqi xadimi müxtəlif fəxri adlarla təltif edilmişdir.
  Komissiyanın iclasında biz dünyanın müxtəlif  ölkələrində fəaliyyət göstərən Azərbaycan mədəni cəmiyyətləri və mərkəzləri ilə qurulmuş əlaqələrimizi bir daha müzakirə etdik.Avropa Şurası, YUESKO ilə əlaqələrimizin möhkəmlənməsi Azərbaycan mədəniyyətinin Avropaya çıxışını təmin edir. Ayrı-ayrı dövlətlərdə keçirilən Azərbaycan mədəniyyəti günlərinin mədəni əlaqələrin qurulması üçün çox vacib vasitə olduğu dönə-dönə qeyd edildi.
  Biz bu il Moskvada ,Sankt-Peterburqda, Kiyevdə ,Ankara və İstanbulda Azərbaycan mədəniyyəti günlərini böyük uğurla keçirtdik.Bu ilin may ayında Başqırdıstan Respublikası öz milli mədəniyyətini Bakıda nümayiş etdirdi. Gələn il Bakıda Rusiyanın, Ukraynanın,Türkiyənin mədəniyyət günlərinin,Avstriyada isə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi planlaşdırılıb.Bu tədbirlər zamanı sənət ustalarımız xaricdə yaşayan soydaşlarımızla əlaqə yaradır.Ölkədən kənarda fəaliyyət göstərən mədəni cəmiyyətlərin və Azərbaycan  diasporunun üzvləri də bu tədbirlərin keçirilməsində fəal iştirak edirlər.Bütün bunlar xaricdə yaşayan həmvətənlərimizlə bizi daha da yaxınlaşdırır.
  Bu əlaqələrin möhkəmləndirilməsi üçün Mədəniyyət Nazirliyində bu cəmiyyətlərlə işləyən xüsusi qrup yaradılmışdır.
  Komissiyanın iclasında biz ayrı-ayrı ölkələrdən gəlmiş və bu ölkələrdə Azərbaycan mədəniyyətinin təbliği işini öz üzərinə götürən soydaşlarımızla gələcəkdə daha səviyyəli işbirliyi qurmaq barədə məsələləri müzakirə etdik. Müzakirələr zamanı bir daha razılıqla qeyd olundu ki, bu gün Mədəniyyət Nazirliyi ölkədən kənarda yerləşən mərkəz və cəmiyyətlərlə sıx əlaqə saxlayır. Ötən illər ərzində Rusiyada, Ukraynada, Belarusiyada, Moldovada, Qazaxıstanda, Latviya və Estoniyada  fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri bizimlə daha yaxından əməkdaşlıq etmiş, bu cəmiyyətlərə bizim tərəfimizdən mədəni, maddi –texniki, hüquqi və sosial yardımlar göstərilmişdir. Ukrayna Azərbaycanlılarının konqresi ilə Çuvaşiya və  Udmurtiyadakı soydaşlarımızla və bir sıra başqa cəmiyyət və mərkəzərlə qarşılıqlı əlaqələrimiz gündən- günə  genişlənir.Bu gün komissiyanın iclasında çox maraqlı bir fakt məlum oldu.Finlandiyada Azərbaycan cəmiyyəti var.Amma cəmiyyətin üzvləri arasında bir nəfər də azərbaycanlı yoxdur. Hamısı Azərbaycanı sevən finlərdən ibarətdir.
  Biz bu cəmiyyətlərə tariximizə və mədəniyyətimizə aid müxtəlif kitabların dilimizin öyrənilməsi üçün bədii ədəbiyyatın, milli geyimlərin, musiqi alətlərinin, audio və video materialların göndərilməsinə həmişə önəm veririk. Bu cəmiyyətlərin köməyi ilə Parisdə,Vyanada,Berlində, Xarkovda, Daşkənddə, Kalininqradda, Saranskda, Yekaterinburqda,Tümendə ,Ulyanovskda, Qrodnoda, Çimkənddə, Bişkekdə və başqa şəhərlərdə keçirdiyimiz tədbirlər burada yaşayan soydaşlarımıza böyük sevinc bəxş etmiş, başqa xalqların nümayəndələrinə Azərbaycan adında ulu bir məmləkəti daha yaxından tanıtmışdır.
  Bizim üçün çox xoş oldu ki, onların əksəriyyəti bu gün qurultay iştirakçıları sırasındadır. Yurddan kənarda yaşayan azərbaycanlılar komissiya iclasında çıxış edərək bildirdilər ki,milli mədəniyyətimizin inkişafı üçün bundan sonra da əllərindən gələni edəcəklər.Biz bir daha qeyd etdik ki, yaradıcı həmvətənlərimizin doğma torpaqlarımızdan uzaqlarda Vətən həsrəti ilə yaratdıqları hər bir mahnı, hər bir şer, musiqi və səhnə əsəri diqqətimizdən kənarda qalmayacaq. Çıxış edənlər bir sıra maraqlı təkliflər verdilər. Xaricdə yaşayan azərbaycanlı dramaturqların seminarının Bakıda  keçirilməsini, dünyanın bir çox ölkəsinə səpələnmiş, başqa  xalqların mədəniyyəti adı altında təqdim olunan tarixi əşyalarımızın ,sənət əsərlərimizin heç olmasa adının özümüzə qaytarılmasını təklif etdiər. Bunlar diqqətəlayiq təkliflərdir. Mədəniyyət Nazirliyi bu təkliflərin yerinə yetirilməsi üçün çalışacaq. Komissiyada iştirak edənlərin hər birinə interaktiv rabitəsi yaratmaq üçün vərəqələr təqdim edildi. Bundan sonra dünyanın hər bir nöqtəsində yaşayan soydaşımız yeni açılmış internet saytı ilə öz təkliflərini Mədəniyyət Nazirliyinə bildirmək imkanı əldə edəcəklər.
  Mən komissiyanın iclasında bir daha fərəhləndim ki, uzaqlarda yaşayan soydaşlarımız həqiqətən mədəniyyətimizi, incəsənətimizi çox sevirlər və onu yüksək qiymətləndirirlər. Buna cavab olaraq 40 minlik mədəniyyət işçisi adından onların hər birinə öz dərin minnətdarlığımı bildirirəm.
    Əziz dostlar!
  Qurultayımız çox məsul və fərəhli dövrdə keçirilir. Bu yaxınlarda biz müstəqil Azərbaycanımızın on illiyini təntənə ilə qeyd etdik və bunun davamı olaraq bu gün ulu Azərbaycan dünyanın hər yerindən vətən oğullarını bir yerə toplayıb, Dünya Azərbaycanlılarının  I Qurultayını keçirir. Bir gündən sonra isə müstəqil dövlətimiz öz yeni Konstitusiyasının ildönümünü qeyd edəcək.
    Hörmətli Prezidentimiz!
  Sizi və bütün qurultay iştitakçılarını ,dünyanın hər bir yerində yaşayan, qəlbi Vətən eşqi ilə döyünən azərbaycanlıları bu bayram münasibətilə ürəkdən təbrik edirəm!
  Sözümün sonunda mən bir fikri də əziz soydaşlarımıza çatdırmaq istəyirəm. Öncə hörmətli Prezidentimizin mədəniyyətə, sənət və sənətkara qayğısından danışdım. Mədəniyyət, yaradıcı insan həmişə qayğıya möhtacdır. Mən istərdim ki, bizim soydaşlarımız yaşadıqları diyarda Azərbaycan mədəniyyətinin təbliğində və inkişafında öz köməklərini əsirgəmədilər.
     Əziz dostlar!
  Dünyanın hansı nöqtəsində yaşasaq da bizim hamımızın bir Vətəni var-Ulu Azərbaycan! Biz bir övlad kimi ona borcluyuq! Ona görə də gəlin hesablamayaq ki, Vətən bizə nə edib? Biz düşünməliyik: Vətən üçün daha nə edə bilərik!


VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved