• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


ELM VƏ TƏHSİL KOMİSSİYASININ SƏDRİ, AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRİ MİSİR MƏRDANOVUN ÇIXIŞI


  Hörmətli cənab Prezident!

  Hörmətli qurultay nümayəndələri!

  Xanımlar və cənablar!

  Müstəqil Azərbaycan hazırda özünün şanlı, şərəfli tarixinin ən yaddaqalan günlərindən birini yaşayır.Tarixin və taleyin hokum ilə Yer kürəsinin müxtəlif ölkələrinə səpələnmiş 50 milyonluq soydaşımızın nəzər-diqqəti artıq ikinci gündür ki, bütün dünya azərbaycanlılarının tarixi Vətəni, ata-baba yurdu, doğma Azərbaycanın paytaxtı Bakı şəhərinə yönəlib, bütün həmvətənlilərimizin qəlbi milli iftixar  mənbəyimiz , ümid yerimiz, son pənahımız Azərbaycan Respublikası ilə döyünür. Çünki bu günlər – noyabr ayının 9-u və 10-da yeni minilliyin , yeni əsrin başlanğıcında , ilk ilində bütün dünya azərbaycanlılarının ümumilli lideri, xalqımızın ləyaqətli oğlu, bir qərinəyə yaxın müddətdə doğma Azərbaycanımıza rəhbərlik missiyasını qüdrətli çiyinlərində uğurla daşıyan möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin böyük fəaliyyəti sayəsində milli tariximizin salnaməsinə yeni parlaq səhifə yazılır. Milli tariximizdə ilk dəfə keçirilən bütün Dünya Azərbaycanlılarının I Qurultayının , bu qurultayda 10 il öncə Naxçıvanda əsası qoyulan “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü “  nün ölkəmizdə bayram günü kimi təsis edilməsinin də müəllifi, memarı möhtərəm Prezidentimiz  cənab Heydər Əliyevdir.

  Bu həqiqəti Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə Ulu Tanrının himayəsi, xalqımızın iradəsi ilə ən böyük, ən dahi azərbaycanlı Heydər Əliyev dühası yazdı və bu tarixi hadisə həmişə Zati-alilərinin adı ilə bağlı qalacaqdır.

  Hörmətli qurultay iştirakçıları!

 Bu möhtəşəm qurultayımızın məhz noyabrın  9-da öz işinə başlaması, möhtərəm Prezidentimizin burada dərin məzmunlu, parlaq nitq söyləməsi  son dərəcədə  dəyərli, tarixi hadisədir.Burada ilk baxışda simvolik xarakter daşıyan əslində tarixi mahiyyət kəsb edən bir məqama da diqqətinizi cəlb etmək istərdim. Bildiyiniz kimi, üçrəngli milli bayrağımız dünya azərbaycalılarının  birlik, bərabərlik, həmrəylik rəmzidir. Bu bayraq düz 83 il əvvəl , 1918-ci il   noyabrın 9-da ilk dəfə Bakıda Azərbaycan Parlamentində  qəbul edilib. 70 il sonra isə yenə noyabrın 17-də məhz möhtərə Heydər Əliyevin  təşəbbüsü ilə Naxçıvanda dövlət səviyyəsində bərpa edilib. Hesab edirəm ki, qurultayın məhz həmin müqəddəs gündə , milli bayrağın yaranması günündə keçirilməsi heç də təsadüfi olmayıb,Zati-aliləri cənab Heydər Əliyevin müdrik, uzaqgörən siyasətinin , onun yenilməz məntiqinin, dərin zəkasının, yüksək intellektinin nəticəsində mümkün olub.

  Hörmətli qurultay nümayəndələri!

  Məlumat üçün bildirirəm ki, Elm və təhsil komissiyasının Bakı Dövlət Universitetində keçirilən dünənki və bugünkü iclaslarında 24 ölkəni təmsil edən 103 nəfər nümayəndə, eləcə də. çoxsaylı qonaqlar, elm xadimləri, təhsil işçiləri, görkəmli ziyalılar iştirak edirdi.İkigünlük iclaslarda 27 qurultay nümayəndəsi çıxış etdi, müzakirələrdə isə 22 nəfər iştirak etdi.Müzakirələrə başlamazdan əvvəl, komissiyada iştirak edən qurultay nümayəndələrinə Azərbaycan Respublikasında elm və təhsil sahəsindəki mövcud durum , aparılan islahatlar, qarşıya çıxan çətinliklər, problemlər, bu məsələlərin həllində dünya azərbaycanlılarının təşkilatlanması prosesinin gücləndirilməsi, müxtəlif ölkələrdə Azərbaycan diasporunun formalaşması və vahid güc mərkəzinə çevrilməsinin  zəruriliyi və əhəmiyyəti sistem halında  açıqlandı, komissiyanın iclaslarında iştirak edən qurultay nümayəndələri və qonaqlar geniş məlumatlandırıldı.

  Çıxışlar və müzakirələr başlanarkən mən sizə məlumat vermək istəyirəm ki, istisnasız olaraq bütün çıxışlarda qurultayın keçirilməsi böyük tarixi hadisə kimi dəyərləndirildi, bu tarixi işin memarı və qurucusu cənab Heydər Əliyevin müstəsna  xidmətləri qeyd olunmaqla  qurultaydakı tarixi nitqinin dünya azərbaycanlıları tərəfindən diqqətlə öyrənilməsi , orada  irəli sürülən fikir və müddəaların həyata keçirilməsi yolunda qarşımızda ümumilli vəzifələrin durduğu  xüsusi vurğulandı.Müzakirələrdə bu da  dönə-dönə xatırladıldı ki,  möhtərəm Azərbaycan Prezidenti dünya azərbaycanlılarının  milli birliyi uğrunda müqəddəs mübarizəsini  müstəqil Azərbaycan Respublikasının dövlət siyasəti səviyyəsinə  qaldırmaqla milli tariximizdə analoqu olmayan fövqəladə əhəmiyyətli, beynəlxalq miqyaslı işin möhkəm təməlini qoymuş, əsaslarını yaratmışdır.Çıxış edənlər əminlik ifadə etdilər ki, bu qlobal işləri tənzimləmək məqsədilə müvafiq dövlət qurumunun yaradılması haqda Zati-alilərinin qurultayda söylədiyi fikri tezliklə reallaşdıracaqdır. Komissiya iclaslarında belə bir konstruktiv təklif səsləndi ki, dünya azərbaycanlılarının milli birliyi təkcə siyasi ıhımiyyət kəsb etmir, həm də tarixi Azərbaycanda, Qafqaz regionunda, ümumən dünyada siyasi-ideoloji harmoniya, sülh, əmin-amanlıq yaratmaq prosesində fəal iştirak etmək üçün geniş imkanlar yaradır. Bu mənada Azərbaycan, bütövlükdə region ölkələri üçün real təhlekə mənbəyi olan, Vətənimizin bir hissəsini işğal etmiş Ermənistanın işğalçılıq siyasətini pisləyən, Azərbaycanın haqq işini dünyaya çatdırmaq məqsədilə beynəlxalq təşkilatlara ünvanlanmış müraciətin qəbul edilməsi çox faydalı və əhəmiyyətli olardı. Komissiyada çıxış edənlər belə bir həqiqəti bir daha təsdiqlədilər ki, onlar ölkə Prezidentinin – dünya azərbaycanlılarının lideri Heydər Əliyevin daxili və xarici siyasət kursunu tamamilə bəyənir və müdafiə edirlər. dünya azərbaycanlılarının müxtəlif ölkələrdəki “Azərbaycan diasporu” və yeni-yeni formalaşmaqda olan “Azərbaycan lobbisi” həmişə, hər zaman Azərbaycanın yanındadır, Azərbaycan Prezidenti möhtərəm Heydər Əliyevlə bir yerdədir, həmişə də onunla olacaqdır.

  Möhtərəm cənab Prezident!

  Hörmətli qurultay nümayəndələri!

  Elm və təhsil komissiyasında ümumi təkliflərlə yanaşı, elm və təhsilin inkişafı, xüsusən xaricdə yaşayan soydaşlarımızın təhsili ilə bağlı konkret təklifləri də diqqətinizə çatdırmağı özümə borc bilirəm.

  Təklif edilir ki, bu gün Kiyev şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına İnstitutda təhsil almaq üçün Azərbaycandan hər il 10 nəfər azərbaycanlı gəncin göndərilməsi vacibdir.

  Fransadakı Azərbaycan diasporunun nümayəndəsi təklif edir ki, Parisdəki Şərq Dilləri İnstitutunda son illər Azərbaycan dili şöbəsinin işinin gücləndirilməsi üçün dövlət səviyyəsində səviyyəsində tədbirlərin görülməsinə ehtiyac var.

 Eyni zamanda təklif olundu və arzu edilir ki, dünya azərbaycanlarının kompakt halda yaşadıqları ölkə, region və şəhərlərdə fəaliyyət göstərən, təlim ana dilində olan məktəblərə, xüsusən Gürcüstanda, Dağıstanda, Rusiyada olan Azərbaycan məktəblərinə, eləcə də MDB, Baltikyanı dövlətlərdə və digər ölkələrdə fəaliyyət göstərən “Bazar günü” məktəblərinə Azərbaycan hökumətinin proqram-metodik ədəbiyyatla, dərsliklərlə təminatı gücləndirilməli, soydaşlarımızın balalarının dil, tarix, və mədəniyyətlə bağlı ədəbiyyatla təminatı intensivləşdirilməlidir. Qeyd edilməlidir ki, möhtərəm Prezidentimizin səyi və qayğısı sayəsində ümumtəhsil məktəbləri üçün milli tarix və ümumdünya earix dərsliklərinin yaradılması, “Azərbaycan tarixi” dərsliklərinin elektron versiyasının hazırlanması xaricdə yaşayan soydaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Arzu olunur ki, dil, ədəbiyyat və milliklə bağlı digər tədris fənləri üzrə də dərsliklərin elektron versiyası hazırlansın. Bütün bunlar xaricdə, Vətəndən uzaqda yaşayan azərbaycanlıların “məsafədən təhsil” formasında milli dil, tarix və ədəbiyyatla yaxından tanış olmağa, özlərinin qeyd etdiyi kimi “ev dili”, “ailə dili” adlandırdığı Azərbaycan dilini mənimsəməyə kömək edər. azərbaycanda latın qrafikalı əlifbaya keçildi, bu məsələdə ölkə Prezidentinin fərmanlarını çıxış edənlərin hər biri yüksək qiymətləndirdilər.

   Təklif olunur ki, Gürcüstan da, Dağıstanda, Qazaxıstanda, və digər ölkələrdə fəaliyyət göstərən məktəblərdə tədris prosesini davam və inkşaf etdirmək məqsədilə ali pedaqoji məktəblərdə  hər il  həmin  ölkələrdən müqavilə əsasında dövlət hesabına müəyyən kvota çərçivəsində pedaqoji kadr hazırlığına dövlət səviyyəsində imkan yaradılması faydalı olardı.

   Bununla yanaşı nümayəndələr  təklif edirlər ki, Bakı Dövlət Universitetinin qəbul planında müsabiqədən kənar hər il ümumi qəbulun 5 faizi həcmində xaricdə yaşayan azərbaycanlılardan dövlət hesabına tələbə qəbul edilsin, onların təqaüd məsələsinin də dövlət tərəfindən həll edilməsinə baxılsın.

  Təklif olunur ki, xaricdə yaşayan görkəmli elm adamlarının elmi fəaliyyəti Azərbaycan elmi ilə əlaqələndirilməli, birgə elmi araşdırmalara üstünlük verilməli, elm və təhsil sahəsində  informasiya mübadiləsi yaradılmalı, yeni texnologiyaların, xüsusən kompüterləşmə sahəsində yeniliklərin Azərbayacana gətirilməsində Azərbaycan diasporlari ilə sıx əlaqələrin qurulması daha yaxşı olardı.

   Təklif olunur ki, elm və təhsil yönümlü  işləri əlaqələndirmək məqsədilə Koordinasiya Şurası yaradılmalı, Şuranın elmi-nəzəri jurnalı və aylıq bülleteni təsis edilməlidir. Arzu edilir ki, bu Şura xaricdə yaşayan soydaşlarımızın məsələləri ilə məşğul olacaq dövlət qurumunun nəzdində yardılsa daha yaxşı olardı.

   Çıxış edənlərə təklif olunur ki, Azərbaycanın neft strategiyası ilə bağlı neft-kimya sahəsi üzrə beynəlxalq konfransların keçirilməsi  və bu konfranslara xaricdə  fəaliyyət göstərən soydaşlarımızın dəvət olunnması daha yaxşı olardı.

   Eyni zamanda Gürcüstandan dəvət olunmuş soydaşlarımız təklif edirlər ki, Gürcüstanda  Azərbaycan MEA-nın Folklar Mərkəzinin filial yaradılsa, bizim gələcək işlərimizə çox böyük xeyir verərdi.

  Xaricdə yaşayan aərbaycanlı alimlərin elmi əsərlərinin biblioqrafiyasının hazırlanması, məşhur alimlərin elmi fəaliyyətini əks etdirən ensiklopediya yaradılması arzu olundu. Dünya azərbaycanlılarının qurultayının beş ildən bir keçirilməsi haqqında da qurultaya xahiş edilməsi təklif edildi.

   Qurultayın Elm və təhsil komissiyasının iştirakçıları təkidlə tələb  və xahiş etdilər ki,  qurultayın yekun sənədlərində, qətnaməsində bu möhtəşəm  və tarixi tədbirin təşkilində, dünya azərbaycanlılarının bir araya gətirilməsində möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin müstəsna rolu və xidmətləri mütləq qeyd edilməlidir.

   Möhtərəm cənab Prezident!

   Hörmətli qurultay nümayəndələri!

 Çıxışımın sonunda bölgənin bütün iştirakçıları adından bugünkü qurulatyın belə yüksək səviyyədə keçirilməsinə   imkan  yaratmış, azərbaycanlı olması ilə həmişə fəxr edən möhtərəm cənab Prezidentimiz Heydər Əliyevə olan dərin hörmət və ehtiramımızı bir daha bildirir, bütün həyatını Azərbaycana , azərbaycançılığa həsr etmiş, bu gün bütün dünya azərbaycanlılarını bir araya gətirən . öz dərin məzmunlu məzmunlu, parlaq nitqi ilə dünən hamımızı kövrəldən, eyni zamanda gələcəyimizə böyük ümidlər verən dünyanın ən böyük azərbaycanlısı Heydər Əliyevə eşq olsun deməklə bitirmək istəyirəm.

VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved