• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


GƏNCLƏR VƏ İDMAN MƏSƏLƏLƏRİ KOMİSSİYASININ SƏDRİ, AZƏRBAYCAN RESPUBLİKASININ GƏNCLƏR,İDMAN VƏ TURİZM NAZİRİ ƏBÜLFƏZ QARAYEVİN ÇIXIŞI


        Möhtərəm cənab Prezident!

        Əziz həmvətənlər!

        Hörmətli qonaqlar!

       Dünya Azərbaycanlılarının I Qurultayının müstəqil Azərbaycan Respublikasında keçirilməsi hər birimizin qəlbində haqlı qürur və iftixar hissi doğurur.

    Əlamətdar haldır ki, qurultay Azərbaycanın dövlət müstəqilliyinin onuncu ildönümünə qeyd olunması ilə eyni vaxta təsadüf edir. Ötən illər ərzində respublikamızın müstəqilliyi möhkəmlənmiş, onun dönməz, sarsılmaz və əbədi olması təmin edilmişdir. Ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar olmuş, iqtisadi sistemdə əsaslı islahatlar aparılmış, vahid komandanlıq altında nizamlı ordu yaradılmışdır.

    Möhtərəm Prezidentimizin bu gün də təsiri altında olduğumuz çıxışında müstəqillik illərində əldə etdiyimiz uğurlar, qarşılaşdığımız problemlər dərindən təhlil olunmuş, dünya azərbaycanlılarının həmrəyliyini möhkəmləndirmək üçün həm Azərbaycan dövlətinin, həm də xaricdəki həmvətənlərimizin qarşısında duran vəzifələr dəqiq müəyyənləşdirilmişdir.

        Hörmətli qurultay iştirakçıalrı!

    Sədri olduğum Gənclik və idman komissiyasının iclası milli Olimpiya Komitəsinin inzibati binasında keçirilmişdir. Komissiyada çıxış edən natiqlər qurultayın əhəmiyyətini yüksək qiymətləndirmiş ilk dəfə təşkil olunan bu mötəbər tədbirin perspektivdə böyük işlərə təkan verəcəyini vurğulamışlar.

      Komissiya iclasında qeyd olunmuşdur ki son illər respublikamızda uşaq və gənclərin fiziki və intellektual inkişafına, mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsinə, istedadlı yeniyetmələrin aşkar edilməsinə, milli dəyərlərimizin, adət-ənənələrimizin qorunmasına, narkomaniya ilə mübarizəyə yönəlmiş çoxlu tədbirlər həyata keçirilmişdir.

     Azərbaycan Respublikasının Prezidenti hörmətli cənab Heydər Əliyevin şəxsi təşəbbüsü ilə gənclərin iki Ümumrespublika forumunun keçirilməsi Azərbaycan Gəncləri Gününün təsis edilməsi, gənclər siyasətinin normativ hüquqi bazasının təkmilləşdirilməsi, müxtəlif sahələr üzrə dövlət proqramlarının hazırlanıb həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Respublikada fəaliyyət göstərən uşaq və gənclər təşkilatları ilə sıx əlaqələr qurmuş, onların proqram və layihələrin həyata keçirilməsinə, yeni təşkilatların formalaşması üçün köməklik göstərilmişdir.

    1995-ci ildə konfederativ qurum kimi yaradılmış Gənclər Təşkilatlarının Milli Şurası 1996-cı ildə dünya Türk Gəncləri Birliyinə, 2000-ci ildə isə Avropa qitəsində ən nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatı olan Avropa Gənclər Forumuna üzv seçilmişdir.

    Komissiya iclasında iştirak edən Olimpiya, dünya və Avropa çempionları qeyd etmişlər ki, son illər ölkəmizdə bədən tərbiyəsinin kütləvililiyinin artırılması, idmanın inkişaf etdirilməsi, onun maddi-texniki abzasının möhkəmləndirilməsi sahəsində ciddi irəliləyişlər baş vermişdir. Keçid dövrünün çətinliklərinə baxmayaraq, ölkəmizdə nüfuzlu beynəlxalq yarışların, o cümlədən dünya çempionatlarının keçirilməsinə, müasir tələblərə uyğun yeni idman obyektlərinin tikilib istifadəyə verilməsi ənənəvi hal almışdır. 1997-ci ildən bəri millət vəkili İlham Əliyevin rəhbərliyi altında Milli Olimpiya Komitəsinin həyata keçirdiyi məqsədyönlü tədbirlərin nəticəsində idmançılarımızın Sidney Olimpiyadasında misilsiz uğurlar əldə edərək, respublikamızı 199 ölkə arasında 34-cü yerə çıxarmışdır.

    Son üç ildə Azərbaycan idmançıları 500-dəfədən artıq Azərbaycan bayrağını beynəlxalq yarışlarda ucaltmışlar.

     İdmançılarımızın bu nailiyyətləri harada yaşamalarından asılı olmayaraq, bütün azərbaycanlıları sevindirmiş, onların haqlı iftixar hissinə səbəb olmuşdur.

    Komissiyada dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızla  əlaqələrin daha da genişlənməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində xaricdəki Azərbaycan icmalarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılmış, müxtəlif  məsələlər üzrə tövsiyələr və təkliflər səslənmişdir. O cümlədən gənclərimizin Azərbaycandan kənarda təhsil almalarında, ixtisaslarını artırmalarına xaricdə yaşayan həmvətənlərimiz öz imkanları daxilində kömək göstərməli, onlara mənəvi dayaq olmalıdırlar.

   Dünyanın ayrı-ayrı  bölgələrində yaşayan azərbaycanlı uşaq və gənclərin öz Vətənlərinin təbiəti, Azərbaycan xalqının adət və ənənələri, məişəti ilə yaxından tanış olmaları üçün onların Azərbaycana səfərləri təşkil olunmalı, yay istirahət düşərgələrində dincəlmələri üçün aidiyyəti təşkilatlar tərəfindən tədbirlər həyata keçirilməlidir.

     Möhtərəm Prezidentimizin milli- mənəvi dəyərlərimizin qorunması ilə bağlı bəyanatının , Azərbaycan dilinin tətbiqi və inkişafı ilə bağlı fərmanının əhəmiyyətini yüksək qiymətləndirən natiqlər təklif etmişlər ki, xarici ölkələrdə yaşayan azərbaycanlı uşaq və gənclərin doğma dilimizi, Vətənimizin tarixini, mədəniyyətini dərindən öyrənə bilmələri üçün həmin ölkələrdə xüsusi məktəblərin, dərnəklərin və ya kursların təşkil olunmasına təşəbbüs göstərilməli, bu sahədə əməli addımlar atılmalıdır.

   Dünya azərbaycanlı gənclərinin bir-biri ilə əlaqələrinin qurulması və inkişaf etdirilməsi, görülən işlər haqqında məlumatların yayılması məqsəd ilə internet şəbəkəsində xüsusi saytın yaradılması haqqında da fikirlər səslənmişdir.

    Bəzi natiqlər tərəfindən irəli sürülən Dünya azərbaycanlılarının  idman oyunlarının keçirilməsi haqqında təklif iclas iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır.

  Qeyd olunmuşdur ki, ayrı-ayrı ölkələrdə keçirilən gənclik tədbirlərində, görüşlərdə, seminarlarda, konfranslarda, festival və müsabiqələrdə, idman yarışlarında xarici ölkələrdə yaşayan azərbaycanlı gənclər fəal iştirak edərək, Azərbaycan xalqını layiqincə təmsil etməlidirlər.

    Komissiya iclasının iştirakçıları yalnız gənclər siyasəti və idmanla bağlı məsələləri müzakirə etməklə  kifayətlənməmiş, ümummilli problemlərimizi də diqqət mərkəzində saxlayaraq, onların həlli yollarına dair fikir mübadiləsi aparmışlar. Müharibə şəraitində yaşayan ölkəmiz haqqında, əzəli torpaqlarımız olan Dağlıq Qarabağın və ətraf rayonların Ermənistan tərəfindən işğalı, bunun nəticəsində qaçqın və məcburi köçkün düşmüş bir milyondan çox insanın  vəziyyəti barədə dünya ictimaiyyətinə düzgün məlumatların çatdırılmasında həmvətənlərimizin, o cümlədən gənclərin daha çox fəallıq göstərmələri vacib hesab olunmuşdur.

     Çıxış edən natiqlərin bir çoxu Dünya Azərbaycanlılarının Qurultayının hər üç ildən bir keçirilməsini təklif etmişdir. Eyni zamanda yaxın illərdə Ümumdünya Azərbaycan Gənclərinin Konqresinin keçirilməsi  fikrini də dəstəkləmişlər.

    Komissiya iclasının iştirakçıları xaricdəki Azərbaycan icmalarının iştirakçıları xaricdəki Azərbaycan icmalarının fəaliyyətini əlaqələndirmək üçün xüsusi orqanın yaradılması haqqında möhtərəm Prezidentimizin çıxışında səslənmiş müddəanı böyük məmnunluq və dərin minnətdarlıq hissi ilə qarşılamışlar.

       Komissiya  iclasının iştirakçıları bu gün səhər paytaxtımızdakı müxtəlif idman obyektləri ilə tanış olmuş, gənclər təşkilatlarında görüşlər keçirmişlər.

       Hörmətli qurultay iştirakçıları!

     Bütün dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində iştirakçısı olduğumuz bu möhtəşəm tədbirin müstəsna rol oynayacağı şübhəsizdir. Komissiyanın iştirakçıları ümid bəsləyirlər ki, həmvətənlərimiz qurultayın qərarlarının həyata keçirilməsi üçün səylərini əsirgəməyəcək, daha yaxşı təşkilatlanaraq yaşadıqları ölkələrin ictimai-siyasi və mədəni həyatında fəal iştirak edəcək, Azərbaycan Respublikasının  problemlərinin həllinə və beynəlxalq aləmdəki mövqelərinin gücləndirilməsinə öz töhfələrini verəcəklər. Bu nəcib və şərəfli işdə hər birinizə uğurlar arzulayırıq.

       Diqqətinizə görə sağ olun.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved