• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ VƏ İNFORMASİYA MÜBADİLƏSİ KOMİSSİYASININ SƏDRİ, AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT TELERADİO VERİLİŞLƏRİ ŞİRKƏTİNİN SƏDRİ NİZAMİ XUDİYEVİN ÇIXIŞI


 

Möhtərəm cənab Prezident!

Hörmətli qurultay iştirakçıları!

Əziz qonaqlar!

Dünəndən bəri sevinc dolu həyəcanlarını yaşadığımız bu iki gün dünya azərbaycanlılarının təşkilatlanması və xalqımızın mənəvi birliyinin təntənəsi yolunda mühüm bir mərhələ kimi tarixə çevrilir.Bu parlaq tarixi yaradan , bütövlükdə müstəqilliyimizin memarı və onun qarantı olan möhtərəm Heydər Əliyevin dünən qurultayda iştirakı və proqram xarakterli çıxışı Azərbaycan diasporu anlayışına yeni məzmun, yeni ictimai çalar gətirmiş oldu. Bu çıxışı dinləyən soydaşlarımız bir daha əmin oldular ki, onların güvənc yeri sayılan müstəqil Azərbaycanın sükanı arxasında müasir dünyanın siyasi liderləri içərisində zəngin dövlətçilik təcrübəsi ,dərin zəkası, iti ağlı və möhkəm iradəsi ilə fərqlənən Heydər Əliyev kimi nəhəng bir şəxsiyyət dayanır.

Bu gün bizim ən böyük xoşbəxtliyimiz odur ki, siyasi çəkisinə görə müasir dünya siyasətçiləri arasında adı ön sırada çəkilən və çağdaş dünya siyasətinin   müəyyənləşdirilməsində rolu etiraf olunan Heydər Əliyev məhz bizim xalqımızın yetişdirməsidir.

Heydər Əliyevin bu gün əsrlərin qovşağında, müstəqilliyimizin on illiyinin qeyd olunduğu bir vaxtda ,dünya azərbaycanlılarının bu möhtəşəm qurultayını keçirməsi də onun uzaqgörənliyinin bariz bir nümunəsidir. Dünən və bu gün bizim kütləvi informasiya vasitələri və informasiya mübadiləsi bölməsinin iştirakçıları da məsələnin bu cəhətinə xüsusi diqqət yetirmişlər. Soydaşlarımız müstəqil Azərbaycanın beynəlxalq aləmdə layiqli mövqe qazanmasında, ölkəmizin iqtisadi qüdrətinin artırılmasında sülh və sabitliyə əsaslanan vətəndaş cəmiyyətinin qurulmasında, dil quruculuğu və mədəniyyət sahəsində əldə edilən nailiyyətlərdə Prezident Heydər Əliyevin misilsiz rolunu xüsusi qeyd etmişlər.

Bütün dünya informasiyalı cəmiyyətə can atır və belə bir aforizm öz həyatiliyini təstiq edir ki, indi informasiya çatmayan yer əyalətə çevrilir. Bu prosesdə fəal element olan kompüterləşmə tədricən insan həyatının bütün sahələrinə daxil olur. Bu gün kompüter təkcə servis xidməti deyil, həm də saysız-hesabsız dağınıq faktları toplayıb cəmləşdirmə və hamının istifadə edə biləcəyi vəziyyətə gətirmək imkanlarına malikdir. Bunun nəticəsidir ki, hər bir mütəxəssis 15-20 dəqiqə ərzində elmi publikasiyalardan ona lazım olan materialı əldə edə bilir.Gənc , müstəqil Azərbaycan dövləti də hazırda internet şəbəkəsində öz yerini tutur, müxtəlif saytlar açıb informasiyalar yayır. Yəni bu gün Azərbaycan müstəqil dövlət kimi özünün iqtisadi, siyasi , mədəni həyatında baş verən ən mühüm hadisələr, reallıqlar və nailiyyətlər barədə dünyanın əksər ölkələrinə lazımi məlumat çatdıra bilir və diaspor məlumatlarından geniş istifadə edir. İnternetin bu üstünlüyünü nəzərə alaraq Azərbaycanda çap olunan bir sıra qəzet və jurnallar gündəlik olaraq internetə çıxarılır. Bunu nəzərə alaraq , möhtərəm prezidentimiz Heydər Əliyevin təşəbbüsü və  göstərişi ilə bu il oktyabrın 1-dən Azərbaycan Dövlət Televiziyasının birinci proqramı 19 saat və dövlət Radiosunun iki proqramı 36 saat ,cəmi 52 saat həcmində  internetlə bütün dünyaya yayımlanır. İndi bizim dünyanın bütün qitələrində tamaşaçılarımız və dinləyicilərimiz vardır.

İnformasiya mübadiləsi sahəsində biz ilk addımı da məhz uzaqgörən prezidentimiz Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə Türkiyənin dünyanın üçdə iki hissəsinə yayımlanan TQRT kanalında “Azərbaycan bu gün”  bir saatlıq televiziya proqramı ilə açmışıq. Hər həftənin bazar günü efirə çıxan bu proqramda biz Azərbaycan haqqında həqiqətləri ,Azərbaycanın bu günü, ölkə Prezidentinin titanik fəaliyyəti və Qarabağ proqramı haqqında məlumatları bütün dünyaya yayırıq. İndi artıq Azərbaycan Televiziyası kabel televiziyası vasitəsilə Türkiyənin 90 faiz ərazisinə yayımlanır. Şübhəsiz ki, möhtərəm Prezidentimiz Heydər Əliyevin  diasporumuzun inkişafına xüsusi diqqət yetirməsi onun xarici ölkələrə səfəri zamanı xüsusən Avropa və Amerikada diasporun formalaşdırılmasına göstərdiyi kömək informasiya mübadiləsi sahəsində qarşıya bir sıra vəzifələr qoymuşdur. Bu vəzifənin həlli həm bizdən, həm də xaricdəki soydaşlarımızın səylərindən çox asılıdır. Fərəhlə deyək ki, Azərbaycan diasporu bu bu istiqamətdə son illər nəzərə çarpacaq dərəcədə canlanıb, hazırda dünyanın 12 ölkəsində Azərbaycan və oradakı xalqların dillərində televiziya və radio verilişləri yayımlanır. Qəzet və jurnallar nəşr edilir.1999-cu  ildə  isə Azərbaycan Prezidenti Los-Anceles şəhərində Azərbaycan televiziyasının açılması barədə sərəncam imzalayıb. Gün ərzində 7 saatlıq veriliş yayan bu kanalın diasporumuzun tarixində böyük nailiyyətdir. Amerikada Azərbaycan televiziyasını açmaqda əsas məqsəd millətimizi dünyaya olduğu kimi, yəni yüksək səviyyədə tanıtmaqdır. İndi bu televiziya Azərbaycan musiqisini, mədəniyyətini təbliğ etməklə yanaşı, həm də respublikanın ictimai, iqtisadi və siyasi həyatı barədə məlumat verir, önəmli hadisələr barədə operativ informasiyalar yayır.

Amerika Birləşmiş Ştatlarında televiziyadan başqa Azərbaycan radiosu da yayımlanır.”Azərbaycan İnterneyşnl”, ”Azərbaycan  Nyus Leta” və “Azərbaycan xəbərləri” adlı jurnallar dərc edilir. Almaniyada “Azad” adlanan telekanal və “Azərbaycan  radiosu” işləyir. Eləcə də Kölndə “Azərbaycan” ,”Ana dili” ,”Ulus” qəzetləri çıxır.İsveçin Malmiya şəhərində Azərbaycan televiziyasının fəaliyyəti,həmçinin “Azərbaycanın səsi” ,Araz radiolarının verilişlərini xüsusi qeyd edə bilərik.

Bundan başqa Stokholm şəhərində “Səhəng” və “Durna” jurnallarının,Lund və Stokholm Şəhərlərində “Tribuna”, ”Araz” və “Azərbaycan” qəzetlərinin nəşri dilimizin, mədəniyyətimizin və ölkəmiz haqqında həqiqətlərin yayılması sahəsində böyük işlər görür. Kanadanın Monreal şəhərində “Azər” televiziyasının açılması da diasporumuzun diqqətəlayiq uğurlarındandır. Böyük Britaniyada, Fransada, Polşada, İspaniyada, İraqda, Rusiya və Ukraynada  çıxan qəzet və jurnallar ölkələrimiz və xalqlarımız arasında əlaqələrin genişlənməsi sahəsində fəaliyyətni davam etdirir.

İndi isə mən çıxışımın sonunda bölməmizdə aparılan müzakirələr nəticəsində irəli sürülən bəzi mühüm təklifləri nəzərinizə çatdırmaq istəyirəm.

Birincisi. Azərbaycanın internetdəki saytlarının sayının artırılması arzulanır.

İkincisi. Xarici ölkələrdəki diasporu müntəzəm informasiya ilə təmin etmək üçün xüsusi analitik mərkəz yaradılması arzulanır.

Üçüncüsü. Qurultay iştirakçıları möhtərəm Prezidentimizdən Azərbaycan Dövlət Televiziyasının verilişlərinin bütün Avropaya maneəsiz yayımlanması üçün Avropa peyk sisteminə də qoşulmağa köməklik göstərilməsini xahiş edirlər.

Dördüncüsü. İnformasiya agentlikləri və aparıcı qəzetlərlə sabit əlaqə mexanizmi yaradılsın.

Beşinci. Gürcüstandakı soydaşlarımız bu ölkədə Azərbaycan dilində çıxan eyni adlı qəzetin və gürcü radiosunun Azərbaycan dilində verilişlərinin bu ölkə ərazisində geniş yayımlanmasına  köməklik göstərilməsini xahiş edirlər.

Altıncısı. Azərbaycanın televiziyası ilə Avropa ölkələrindəki diaspor televiziyaları arasında veriliş və informasiya mübadiləsinin genişləndirilməsi arzu olunur.

Yekun olaraq deyim ki, çıxış edənlərdən hər biri Azərbaycan Prezidenti Heydər Əliyevi müasir dünya proseslərinə təsir edə bilən dahi siyasətçi kimi qiymətləndirdilər və Heydər Əliyev adının hər birinin qəlbində fərəh və qürur hissi doğurduğunu bildirdilər və Azərbaycan xalqının gələcəyi naminə möhtərəm Prezidentimizə cansağlığı və uzun ömür arzuladılar .Sağ olun.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved