• 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib


QURULTAYIN REDAKSİYA KOMİSSİYASININ SƏDRİ ƏLİ HƏSƏNOVUN ÇIXIŞI


 

   Möhtərəm cənab Prezident!

   Hörmətli qurulatay nümayəndələri!

  Qurultayın sizə paylanmış hesabat məruzəsi, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin dinlənilmiş nitqi, nümayənadə heyəti rəhbərlərinin çıxışları, komissiya sədrlərinin məlumatları qurultayda səslənmiş digər təklif və tövsiyələr Redaksiya Komissiyasında öyrənilmiş, ümumiləşdirilmiş və diqqətinizə təqdim olunmaq üçün bir neçə sənəd hazırlanmışdır.İlk olaraq biz qurultayın qətnaməsini qəbul etməliyik.

  Qətnamədə iki gün ərzində dinlənilən məruzə və çıxışlar, Redaksiya komissiyasına daxil olan təkliflər nəzərə alınmışdır.Düşünürəm ki, siz bu sənədlə yaxından tanış olmusunuz. Ona görə də güman edirəm ki, bu sənədi əsas kimi qəbul etmək olar.(Qəbul olunur).

  Demək, burada bir çox əlavə təkliflər səsləndi və redaksiya heyətinə çıxışların gedişi zamanı əlavə təkliflər də daxil olubdur.Yəqin ki, yenə təkliflər olacaqdır. Sizə paylanmış layihə üzərində yazılı şəkildə iş də apara bilərsiniz,  o layihələri bizə qaytara bilərsiniz və bundan sonra Redaksiya Komissiyasına əgər belə bir səlahiyyət verilsə ki, bu sənədi sona çatdırsın, lazımi  səviyyəyə gətirsin və ondan sonra  qurultayın adından biz bunu bütün qurultay iştirakçılarına  paylayaq, biz bu işi apara bilərik. Bu şəkildə bunu səsə qoymaq olar ki, Redaksiya Komissiyasına bundan sonra səslənmişbütü təkliflər də təqdim olunsun, ümumiləşdirilsin və Redaksiya Komissiyası bu sənədi sona çatdırsın. (Qəbul olunur).

 Qurultayın sizə paylanan Redaksiya Komissiyası tərəfindən hazırlanmış ikinci layihəsi dünya azərbaycanlılarına müraciətdən ibarətdir. Bu sənəd sizə paylanıbdır.Əgər kiminsə prinsipial əlavə və düzəlişi olacaqsa, həmin o layihənin üzərində yazılı şəkildə yenə öz təkliflərinizi yazın və biz bunu sonra sizdən yığaq. Redaksiya Komissiyası həmin təkliflər  də nəzərə alınmaqla bu müraciəti də sona çatdırsın və qurultayın adından  bütün dünya azərbaycanlılarına göndərsin. Mən güman edirəm ki, bunu bu şəkildə səsə qoymaq olar. (Qəbul olunur).

  Hörmətli nümayəndələr!

  Qurultayın  üçüncü müraciəti, üçüncü sənədi Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin ədalətli həllinə yardım etmələri üçün dünya ölkələri ictimaiyyətinə , dövlət və parlament rəhbərlərinə , beynəlxalq təşkilatların rəhbərlərinə müraciətidir.Bu müraciət də sizə paylanıbdır.Onun üzərində də sizin əlavə, düzəliş və təkliflərinizi, tövsiyələrinizi yazılı şəkildə Redaksiya Komissiyasına  təqdim edin və Redaksiya Komissiyası hesab edir ki, bunu da, əlavə və düzəlişlər də nəzərə alınmaqla ümumi şəkildə səsə qoymaq olar. (Qəbul olunur).

  Qurultay nümayəndələrinin adından Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab Heydər Əliyevə müraciət hazırlanmışdır.Müraciətin mətni sizdə var. Buna əlavə və dəyişikliklər, tövsiyələr, burada səslənmiş digər tövsiyələr də nəzərə alınmaqla Redaksiya Komissiyası belə hesab edir ki, bunu da sona çatdırıb Azərbaycan Respubliaksının Prezidenti möhtərəm Heydər Əliyevə ünvanlamaq lazımdır. Bu şəkildə bunu səsə qoymaq olar. ( Qəbul olunur).

  Hörmətli qurultay nümayəndələri!

  Dünən qurultayda belə bir təklif səsləndi ki, Amerikada törədilmiş 11 sentyabr qanlı terror aktı ilə bağlı qurultayın xüsusi bir müraciəti qəbul olunsun. Redaksiya Komissiyası  həmin müraciətin mətnini hazırlayıb. Bu mətni  biz sizə çatdırıb paylaya bilmədik. Ona görə də icazənizlə həmin mətni mən sizə səsləndirim. (Müraciətin mətni əlavə olunur).

  Bu müraciətə də kimin əlavə düzəlişi  və təklifi olacaqsa, onları da yazılı şəkildə təqdim edin.Güman edirəm ki, bunu da əsas kimi Redaksiya Komissiyası təklif edir ki, qəbul etmək olar. (Qəbul olhunur).

  Hörmətli qurultay nümayəndələri!

  Qurultay Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasını yaratmalıdır.Şuranın 103 nəfər üzvü ilə sizə təqdim edilən siyahıdakı adamlardan ibarət təşkil edilməsi Təşkilat Komissiyası tərəfindən təklif edilir. Bu adamların Əlaqələndirmə Şurasına seçilməsi məsələsini və 101 nəfərdən ibarət seçilməsini Redaksiya Komissiyası təklif edir ki, birlikdə səsə qoymaq olar. (Qəbul olunur).

  Redaksiya komissiyası belə hesab edir ki, Əlaqələndirmə Şurasını bir daha yenidən burada xüsusi bir iclasa toplamamaq üçün elə bu zalda hamının iştirakı ilə Əlaqələndirmə  Şurasının İdarə Heyətini seçmək olar.Təklif olunur ki, İdarə Heyəti 23 nəfərdən ibarət təşkil olunsun və bu İdarə Heyətinin siyahısı sizə paylanmadığına görə icazənizləd həmin o siyahını mən sizə səsləndirim.(Əlaqələndirmə Şurasının İdarə Heyətinin siyahısı əlavə olunur). Redaksiya Komissiyası təklif edir ki, bunları birlikdə səs qoymaq olar. (Qəbul edilir).

  İdarə Heyətinin üzvləri tənəffüs zamanı səhnənin arxasındakı otağa yığışsınlar və orada özlərinin sədr və sədrin müavinlərini seçmək üçün birinci iclaslarını keçirəcəklər. Diqqətinizə görə sağ olun.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved