• 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib


DÜNYA AZƏRBAYCANLILARININ I QURULTAYININ QƏTNAMƏSİ


 

  Biz-dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də ya­şa­yan azər­bay­can­lı­la­rı təm­sil edən qu­rul­tay nü­ma­yən­də­lə­ri Dün­ya Azər­bay­can­lı­la­rı­nın I Qu­rul­ta­yı­nın müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sı­nın pay­tax­tı Ba­kı şə­hə­rin­də çağ­rıl­ma­sın­dan bö­yük qü­rur his­si ke­çi­ri­rik.

  Qu­rul­ta­yın Azər­bay­can Res­pub­li­ka­sı­nın müs­tə­qil­li­yi­nin bər­pa olun­ma­sı­nın 10-cu il­dö­nü­mü gün­lə­ri­nə tə­sa­düf et­mə­si bi­zi se­vin­di­rir.

  Bu yük­sək for­mun çağ­rıl­ma­sı qə­ra­rı, onun sə­mə­rə­li ke­çi­ril­mə­si, bü­tün dün­ya azər­bay­can­lı­la­rı­nın nü­ma­yən­də­lə­ri­nə ta­le­yük­lü mə­sə­lə­lər ət­ra­fın­da ge­niş, sər­bəst fi­kir mü­ba­di­lə­si apar­maq für­sə­ti­nin ve­ril­mə­si müs­tə­qil Azər­bay­can döv­lə­ti və onun Pre­zi­den­ti cə­nab Hey­dər Əli­ye­vin ta­ri­xi xid­mət­lə­rin­dən bi­ri ki­mi qiy­mət­lən­di­ril­mə­li­dir.

  Bu für­sə­ti bi­zə ver­dik­lə­ri­nə gö­rə Azər­bay­can döv­lə­ti və onun Pre­zi­den­ti­nə, Azər­bay­can hö­kü­mə­ti­nə , Qu­rul­ta­yın ha­zır­lan­ma­sın­da zəh­mə­ti olan bü­tün in­san­la­ra də­rin min­nət­dar­lı­ğı­mı­zı bil­di­ri­rik.

  Qu­ru­tay qeyd edir ki, XX əs­rin son onil­li­yi dün­ya­nın geo­si­ya­si xə­ri­tə­sin­də əhə­miy­yət­li də­yi­şik­lik­lə­rin baş ver­mə­si, dün­ya si­ya­sə­tin­də ye­ni üfüq­lə­rin açıl­ma­sı ilə əla­mət­dar ol­muş­dur. Bey­nəl­xalq aləm­də ge­dən qlo­bal ha­di­sə­lər nə­ti­cə­sin­də Azər­bay­can xal­qı əsr­lər­lə ar­zu­la­dı­ğı müs­tə­qil­li­yi­nə ye­ni­dən qo­vuş­muş və son il­lər ər­zin­də apa­rı­lan uzaq­gö­rən,­ məq­səd­yön­lü si­ya­sət nə­ti­cə­sin­də öz müs­tə­qil­li­yi­ni möh­kəm­lən­dir­miş­dir.

  Dün­ya mə­də­niy­yə­ti xə­zi­nə­si­nə bö­yük dü­ha­lar bəxş et­miş Azər­bay­can xal­qı ar­tıq ba­şa çat­mış XX əs­rin əv­və­lin­də öz zən­gin döv­lət­çi­lik ənə­nə­lə­ri­ni in­ki­şaf et­di­rə­rək Şərq­də ilk de­mok­ra­tik par­la­ment­li res­pub­li­ka ya­rat­mış­,əs­rin so­nun­da öz döv­lət müs­tə­qil­li­yi­ni bər­pa et­miş və XXI əs­rə Av­ro­pa xalq­la­rı ai­lə­si­nin bə­ra­bər­hü­quq­lu üz­vü ki­mi qə­dəm qoy­muş­dur­.A­zər­bay­can xal­qı in­ki­şaf et­miş müa­sir si­vi­li­za­si­ya­lı xalq­lar­la bir­gə, de­mok­ra­ti­ya­nın ha­kim ol­du­ğu cə­miy­yət­də ya­şa­maq əz­mi­nə bü­tün dün­ya­ya nü­ma­yiş et­dir­miş­dir.

  Müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sı qı­sa bir müd­dət­də əsr­lər­lə bə­ra­bər şə­rəf­li yol keç­miş­dir.­Bü­tün çə­tin­lik­lə­rə bax­ma­ya­raq xal­qı­mı­zın mi­sil­siz mil­li sər­və­ti olan müs­tə­qil­li­yin qo­ru­nub möh­kəm­lən­di­ril­mə­si, mil­li və və­tən­daş bir­li­yi­nin tə­min edil­mə­si, de­mok­ra­tik, hü­qu­qi, dün­yə­vi döv­lət qu­ru­cu­lu­ğu­nun hə­ya­ta ke­çi­ril­mə­si, ye­ni iq­di­sa­di mü­na­si­bət­lər sis­te­mi­nin ya­ra­dıl­ma­sı, öl­kə­də ic­ti­mai-si­ya­si sa­bit­li­yin bər­qə­rar edil­mə­si, əha­li­nin təh­lü­kə­siz­li­yi­nin və ri­fa­hı­nın tə­min edil­mə­si sa­hə­sin­də qa­za­nıl­mış nai­liy­yət­lər Azər­bay­ca­nın in­ten­siv in­ki­şaf döv­ru­nə qə­dəm qoy­ma­sı­na im­kan ver­miş­dir. Azər­bay­can müs­tə­qil in­ki­şaf yo­lu ilə inam­la irə­li­lə­yir və tam qə­tiy­yət­lə de­mək olar ki, heç bir qüv­və onu bu yol­dan dön­də­rə bil­məz.

  Dün­ya Azər­bay­can­lı­la­rı­nın I Qu­rul­ta­yı­nın iş­ti­rak­çı­la­rı   Azər­bay­can Res­pub­li­ka­sı­nın­,o­nun   Pre­zi­den­ti cə­nab Hey­dər Əli­ye­vin Azər­bay­ca­nın tə­rəq­qi­si, xal­qı­mı­zın fi­ra­van hə­ya­tı na­mi­nə ye­rit­di­yi xa­ri­ci və da­xi­li si­ya­sə­tin bü­tün dün­ya azər­bay­can­lı­la­rı­nın mə­na­fe­yi­nə uy­ğun gəl­di­yi­ni bil­di­rir, onu ürək­dən bə­yə­nir və dəs­tək­lə­yir.

  Qu­rul­tay if­ti­xar his­si ilə bə­yan edir ki, bu gün ha­ra­da ya­şa­ma­sın­dan ası­lı ol­ma­ya­raq bü­tün azər­bay­can­lı­lar Azər­bay­can Res­pub­li­ka­sı­nın tə­rəq­qi­si,­çi­çək­lən­mə­si na­mi­nə əl­lə­rin­dən gə­lə­ni əsir­gə­mir­lər. Azər­bay­can Res­pub­li­ka­sı­nın iq­di­sa­di, si­ya­si və mə­də­ni in­ki­şa­fı, bey­nəl­xalq mü­na­si­bət­lə­rin bə­ra­bər­hü­quq­lu üz­vü ki­mi çı­xış et­mə­si, nü­fuz­lu iq­di­sa­di və si­ya­si qu­rum­lar in­teq­ra­si­ya­sı, bə­şər si­vi­li­za­si­ya­sın­da la­yiq­li yer tut­ma­sı yo­lun­da atı­lan ad­dım­lar dün­ya azər­bay­can­lı­la­rı­nın bir­gə ma­raq­la­rı­na ca­vab ve­rir və tə­rə­fi­miz­dən dai­ma dəs­tək­lə­nə­cək­dir.

  Qu­rul­tay he­sab edir ki, bu gun Azər­bay­ca­nın de­mok­ra­tik in­ki­şa­fı­na ma­ne olan ən baş­lı­ca prob­lem­lər­dən bi­ri Dağ­lıq Qa­ra­bağ, Er­mə­nis­tan - Azər­bay­can mü­na­qi­şə­si­dir. Er­mə­nis­ta­nın Azər­bay­ca­na qar­şı tə­ca­vü­zü nə­ti­cə­sin­də tor­paq­la­rı­mı­zın 20 fai­zi­nin iş­ğa­lı, bu­nun nə­ti­cə­si ki­mi bir mil­yo­na­dək soy­da­şı­mı­zın qaç­qın-köç­kün və­ziy­yə­ti­nə düş­mə­si Azər­bay­ca­nın müs­tə­qil in­ki­şa­fı yo­lun­da cid­di ma­neə­yə çev­ri­lib.

  A­zər­bay­can xal­qı sülh­se­vər xalq­dır. O, re­gion­da və­ziy­yə­ti gər­gin­ləş­dir­mə­yə ça­lı­şan qüv­və­lə­rin bü­tün təx­ri­bat­la­rı­na təm­kin­lə, bey­nəl­xalq hü­qu­qun tə­ləb­lə­ri­nə uy­ğun ca­vab ve­rir. La­kin Azər­bay­ca­nın haqq işi­nin qə­lə­bə­si­nə hər­tə­rəf­li yar­dım ol­ma­lı­dır ki, prob­le­min sülh yo­lun­dan baş­qa həl­li­nə yer qal­ma­sın. Bu iş­də res­pub­li­ka­dan kə­nar­da ya­şa­yan soy­daş­la­rı­mı­zın da fə­al ol­ma­sı­na, ümu­miy­yət­lə on­la­rın da­ha mü­tə­şək­kil şə­kil­də təş­ki­lat­la­na­raq bu və ya di­gər mə­sə­lə­nin həl­lin­də fə­al möv­qe tut­ma­sı­na eh­ti­yac du­yu­lur.

  Azər­bay­can­lı­la­rın ay­rı-ay­rı öl­kə­lər­də mü­ha­ci­rət ta­ri­xi XX əs­rin əv­və­lin­dən baş­la­sa da, Azər­bay­can dias­po­ru­nun for­ma­laş­ma­sı işi xey­li ge­cik­miş­dir. Təəs­süf his­si ilə qeyd edil­mə­li­dir ki, onun for­ma­laş­ma­sı Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət müs­tə­qil­li­yi­ni bər­pa et­mə­sin­dən son­ra­kı il­lə­rə, da­ha də­qiq de­sək, 1993-cü il­dən son­ra­kı döv­rə tə­sa­düf edir. Məhz bu dövr­dən eti­ba­rən    Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti­nin xa­ri­ci öl­kə­lə­rə sə­fər­lə­ri za­ma­nı hə­min öl­kə­lər­də­ki Azər­bay­can ic­ma­la­rı nü­ma­yən­də­lə­ri ilə ke­çir­di­yi gö­rüş­lər­də Azər­bay­can dias­po­ru­nun for­ma­laş­ma­sı və təş­ki­lat­lan­ma­sı zə­ru­rə­ti bir və­zi­fə ki­mi qar­şı­ya qo­yul­du.

­  A­zər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin çı­xış və nitq­lə­rin­də­, im­za­la­dı­ğı sə­nəd­lər­də, hər il de­kab­rın 31-də dün­ya azər­bay­can­lı­la­rı­na mü­ra­ciət­lə­rin­də Azər­bay­can dias­po­ru­nun məq­səd və və­zi­fə­lə­ri, onun for­ma­laş­ma­sı­nın ide­ya zə­mi­ni-azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı ya­ra­dıl­mış­dır. Be­lə­lik­lə, müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sı­nın si­ma­sın­da is­ti­nad edi­lə­si möh­kəm da­yaq və azər­bay­can­çı­lıq ki­mi möh­kəm ide­ya zə­mi­ni əl­də et­mək­lə Azər­bay­can dias­po­ru­nun ya­ra­dıl­ma­sı yo­lun­da konk­ret təd­bir­lər hə­ya­ta ke­çi­ril­mə­yə baş­lan­dı.

  Dün­ya­nın in­di­ki in­ki­şaf mər­hə­lə­sin­də dias­po­run əhə­miy­yə­ti da­nıl­maz­dır. Bu ba­xım­dan Azər­bay­ca­nın da xa­ri­ci öl­kə­lər­də mü­tə­şək­kil və güc­lü dias­po­ru ol­ma­lı­dır.­ Güc­lü dias­po­run möv­cud­lu­ğu doğ­ma Və­tə­nin güc­lən­mə­si­nə xid­mət et­mək­lə bə­ra­bər, həm də dün­ya azər­bay­can­lı­la­rı ara­sın­da ge­niş əla­qə­lə­rin ya­ra­dıl­ma­sı­na, on­la­rın mil­li və və­tən­daş hü­quq­la­rı­nın qo­run­ma­sın­da səy­lə­rin bir­ləş­di­ril­mə­si­nə zə­min ya­ra­dır. Dias­po­run Və­tən­lə və bir-bi­ri ilə əla­qə­lə­ri­nin möh­kəm­li­yi dias­po­run saf­lı­ğı­na və mil­li bir­li­yi­nə xid­mət edən amil, Və­tə­nin­dən ay­rı düş­müş in­san­la­rın mil­li mə­nə­vi də­yər­lə­rə bağ­lı­lı­ğı­nı qo­ru­yub ar­tı­ran va­si­tə­dir.

  Dias­por öz və­tə­ni ilə möv­cud ol­du­ğu öl­kə­lər ara­sın­da sə­mə­rə­li dost­luq və əmək­daş­lıq mü­na­si­bət­lə­ri­nin bər­qə­rar ol­ma­sın­da müs­təs­na əhə­miy­yə­tə ma­lik­dir. Dias­por bu gün Azər­bay­can üçün çox va­cib olan lob­bi­çi­lik fəa­liy­yə­ti­nin for­ma­laş­dı­rıl­ma­sın­da və onun Azər­bay­ca­nın hə­ya­ti ma­raq­la­rı­na yö­nəl­dil­mə­sin­də də mü­hüm rol oy­na­ya bi­lər. Bu­na gö­rə də qu­ru­tay müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sı­nın dias­por­la bağ­lı xü­su­si si­ya­sət ye­rit­mə­si­ni, onun döv­lət sə­viy­yə­si­nə qal­dı­rıl­ma­sı­nı dəs­tək­lə­yir və bu is­ti­qa­mət­də iş­lə­rin da­vam et­di­ril­mə­si­ni zə­ru­ri he­sab edir.

  Dün­ya azər­bay­can­lı­la­rı­nın 2001-ci il no­yab­rın 9-10-da Azər­bay­can Res­pub­li­ka­sı­nın pay­tax­tı Ba­kı şə­hə­rin­də ke­çi­ri­lən I qu­rul­ta­yı­nın baş­lı­ca məq­səd­lə­ri ay­rı-ay­rı öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­la­rın həm­rəy­li­yi­nin möh­kəm­lən­di­ril­mə­si, müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sı ilə əla­qə­lə­ri­nin ge­niş­lən­di­ril­mə­si, on­la­rın ic­ti­mai təş­ki­lat­la­rı­nın fəa­liy­yə­ti­nin əla­qə­lən­di­ril­mə­sin­dən iba­rət­dir.

  Qu­rul­tay dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­dən gəl­miş nü­ma­yən­də­lə­rin mü­la­hi­zə­lə­ri­ni, çox­say­lı tək­lif­lə­ri­ni, e­lə­cə də azər­bay­can­lı­la­rın müa­sir dün­ya­da­kı so­sial-si­ya­si­, iq­di­sa­di, ­mə­də­ni və s. möv­qe­yi­ni, azər­bay­can­çı­lıq plat­for­ma­sı­na söy­kə­nən ma­raq­la­rı­nı,­ ta­ri­xən ya­ran­mış mə­nə­vi bir­lik eh­ti­ya­cı­nı nə­zə­rə ala­raq qə­ra­ra alır:

  1. Dün­ya azər­bay­can­lı­la­rı müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sı­nın on il ər­zin­də müx­tə­lif sa­hə­lər­də əl­də et­di­yi nai­liy­yət­lə­ri yük­sək qiy­mət­lən­di­rir, Azər­bay­can döv­lə­ti­nin da­xi­li və xa­ri­ci si­ya­sə­ti­ni tam dəs­tək­lə­yir.

  2. A­zər­bay­can­lı­la­rın müs­tə­qil Azər­bay­can döv­lə­ti ilə mə­də­ni­,ic­ti­mai-si­ya­si­,iq­ti­sa­di və s. ə­la­qə­lə­ri daha da güc­lən­di­ril­sin və bu za­man nə­zə­rə alın­sın ki, müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sı dün­ya­nın ha­ra­sın­da məs­kun­laş­ma­sın­dan ası­lı ol­ma­ya­raq, bü­tün azər­bay­can­lı­la­rın mə­nə­vi da­ya­ğı,­mil­li-mə­də­ni ma­raq­la­rı­nın ifa­də­çi­si­dir. Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü­nün qo­run­ma­sı, müs­tə­qil res­pub­li­ka­ya hər han­sı for­ma­da, da­xil­dən, ya­xud xa­ric­dən gös­tə­ri­lən tə­ca­vü­zün qar­şı­sı­nın alın­ma­sı, onun de­mok­ra­tik, dün­yə­vi, hü­qu­qi, mil­li bir döv­lət ola­raq in­ki­şaf edib möh­kəm­lən­mə­si, yal­nız res­pub­li­ka və­tən­daş­la­rı­nın de­yil, ha­be­lə dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də ya­şa­yan soy­daş­la­rı­mı­zın, hər bir azər­bay­can­lı­nın mü­qəd­dəs işi­dir.

  3. A­zər­bay­can­lı­lar məs­kun­laş­dıq­la­rı öl­kə­lə­rin ic­ti­mai-si­ya­si, iq­ti­sa­di-tə­sər­rü­fat, mə­də­ni-mə­nə­vi hə­ya­tın­da fə­al iş­ti­rak et­mək­lə ya­na­şı on­la­rın et­nik-ta­ri­xi də­yər­lə­rə, mil­li ənə­nə­lə­rə sə­da­qət na­mi­nə xü­su­si dias­por ya­rat­ma­la­rı­na, lob­bi­çi­lik fəa­liy­yə­ti ilə məş­ğul ol­ma­la­rı­na bö­yük eh­ti­yac var­dır.

  4. A­zər­bay­can di­li­nin, mil­li-əx­la­qi də­yər­lə­rin, azər­bay­can­lı­la­rın bir xalq, mil­lət ki­mi for­ma­laş­dı­ğı ta­ri­xi Və­tə­nin şə­rə­fi­ni qo­ru­maq, ha­ra­da ya­şa­ma­sın­dan as­lı ol­ma­ya­raq, hər bir Azər­bay­can ic­ma­sı­nın, hər bir azər­bay­can­lı­nın müq­qə­dəs və­zi­fə­si­dir.

  5. Müa­sir dün­ya in­teq­ra­si­ya, in­ten­siv mil­lət­lə­ra­ra­sı əla­qə­lər, qlo­bal mü­na­si­bət­lər, mil­li sər­həd­lə­ri aşıb ke­çən ha­di­sə­lər dün­ya­sı ol­du­ğun­dan müx­tə­lif öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­lar bey­nəl­xalq təş­ki­lat­lar­da təm­sil olun­ma­ğa,­mil­li ma­raq­la­rı mü­da­fiə et­mə­yə səy gös­tər­mə­li­dir­lər.

  6. A­zər­bay­can­da uzun əsr­lər bo­yu ümum­bə­şə­ri də­yər­lə­rə hör­mət­lə ya­na­şı­la­raq, yük­sək to­le­rant­lıq, dö­züm­lü­lük nü­ma­yiş et­di­ril­miş və öl­kə­də bu zə­min­də for­ma­laş­mış mil­li-mə­nə­vi mü­hit bö­yük nai­liy­yət sa­yıl­mış­dır.­Gə­lə­cək­də də bun­la­rın qo­ru­nub sax­la­nıl­ma­sı ən üm­də və­zi­fə­lər­dən bi­ri he­sab olun­ma­lı­dır.

  7. Dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də məs­kun­laş­mış azər­bay­can­lı­la­rın təş­ki­lat­lan­ma­sı­,on­la­rın hü­quq­la­rı­nın mü­da­fiə­si, mil­li-mə­nə­vi də­yər­lə­rin bir­gə qo­run­ma­sı məq­sə­di ilə xü­su­si koor­di­na­si­ya mər­kə­zi-Dün­ya Azər­bay­can­lı­la­rın Əla­qə­lən­dir­mə Şu­ra­sı ya­ra­dıl­sın.

  8. Dün­ya azər­bay­can­lı­la­rın qu­ru­tay­la­rı hər üç il­dən bir ke­çi­ril­sin.

  Qu­ru­tay əmin ol­du­ğu­nu bil­di­rir ki, müx­tə­lif öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­lar həm­rəy­lik nü­ma­yiş et­di­rə­rək Qu­ru­ta­yın qə­rar və töv­si­yə­lə­ri­nin ye­ri­nə ye­ti­ril­mə­si işin­də var qüv­və­lə­ri­ni sərf edə­cək­lər.

   

                                                                                  Qət­na­mə Dün­ya Azər­bay­can­lı­la­rı­nın  I Qu­ru­ta­yın­da qə­bul olun­muş­dur.

                                                                                                                                             Ba­kı şə­hə­ri, 10 no­yabr 2001-ci il.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved