• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


DÜNYA AZƏRBAYCANLILARININ I QURULTAYI NÜMAYƏNDƏLƏRİNİN AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB HEYDƏR ƏLİYEVƏ MÜRACİƏTİ


 

  Zati-aliləri!

  Dünya Azərbaycanlılarının I Qurultayının nümayəndələri dərin minnətdarlıq duyğularıyla Sizə müraciət edirlər. Dünyanın hər tərəfindən bu tarixi məclisə yığılmış dünya azərbaycanlılarının nümayəndələri bu günkü qurultayı Sizin tarixi xidmətiniz, xalqımız, millətimiz, Vətənimiz yolunda göstərdiyiniz növbəti fədakarlıq nümunəsi hesab edir. Sizin təşəbbüsünüz sayəsində təşəkkül tapmış diaspor hərəkatı getdikcə genişlənərək, bu gün öz gerçək bəhrələrini verməkdədir.

  Bu gün müstəqil Azərbaycan Respublikasında yeridilən müdrik daxili və xarici siyasət nəticəsində dünya birliyində layiqli yerini tutmuş, beynəlxalq aləmdə tanınmış, ölkənin iqtisadi və mənəvi-intellektual imkanları dünyaya açılmış, beynəlxalq sistemə inteqrasiya olunmuşdur. Qurultay münasibətilə doğma Azərbaycana səfər müddətində tarixən az bir zaman kəsiyi - on il ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlərin bir çoxu ilə əyani şəkildə tanış olduq. Biz burada möhkəm siyasi sabitliyin, demokratik, sivil, hüquqi dövlət quruculuğunun, intensiv iqtisadi inkişafın, düşünülmüş investisiya siyasətinin bəhrələrini öz gözlərimizlə gördük. Bütün bunlar bizi sevindirir, qəlbimizdə müstəqil Azərbaycan üçün böyük iftixar və qürur hissi doğurur. Biz - dünya azərbaycanlıları Azərbaycan Respublikasının yeritdiyi rəsmi daxili və xarici siyasəti bəyənir və dəstəkləyirik.

  Möhtərəm Prezident! Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkədə aparılan iqtisadi və hüquqi islahatlar, demokratikləşmə prosesləri, Azərbaycanın Qafqazda və bütün regionda mühüm siyasi qüvvəyə, beynəlxalq iqtisadi layihələrin mərkəzinə çevrilməsi və qüdrətinin getdikcə artması Azərbaycanın dünya sivilizasiyasına inteqrasiyasının sübutudur. Bu dünya azərbaycanlılarının da mütəşəkkilliyinin və həm-rəyliyinin artmasına, onların Azərbaycan xalqına mənsubluq hissinin güclənməsinə və azərbaycançılıq ideyaları ətrafında daha sıx birləşməsinə güclü təkan verəcəkdir. Biz əmin olduğumuzu bildiririk ki, Azərbaycan Respublikası həmişə bütün dünya azərbaycanlılarının ümid və məhəbbətlə üz tutduğu müqəddəs məkan, onların layiqli təmsilçisi, beynəlxalq hüquq normalarında əks olunmuş əsas insan hüquqları və azadlıqlarının müdafiəçisi və ifadəçisi olacaqdır.

  Dünya azərbaycanlıları müstəqil Azərbaycan Respublika-sının dərdlərini, problemlərini öz dərdi kimi qəbul edir. Biz Azərbaycan torpaqlarının 20 faizinin erməni qəsbkarları tərəfindən işğalı, bir milyonadək qaçqının ağır şəraitdə yaşaması faktı ilə heç cür barışmır və buna qəti etirazımızı bildiririk.

  Erməni millətçilərinin Azərbaycan xalqına qarşı təcavüzü, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti Azərbaycan dövlətinin ardıcıl siyasi fəaliyyəti sayəsində beynəlxalq aləmə çatdırılmış, təcavüzkar erməni millətçiləri ifşa olunmuşdur. Yaxın zamanda münaqişənin ədalətli həllinə nail olunacağına da şübhə yoxdur. Bununla belə, dünya azərbaycanlıları bütün mümkün vasitələrdən istifadə etməklə Azərbaycan torpaqlarının sülh yolu ilə azad edilməsi işində öz səylərini daim artıracaqlar.

  Möhtərəm Prezident! Qurultay dünya azərbaycanlılarının fəaliyyətində yeni bir mərhələ açdı. Dünya azərbaycanlıları Azərbaycan dövlətini qəti əmin edir ki, dəfələrlə bəyan olunan və qurultayın təsbit etdiyi məqsəd və vəzifələr - ümumbəşəri dəyərləri mənimsəməklə yanaşı milli dəyərlərin qorunub-saxlanılması, Azərbaycan dilinin, adət və ənənələrin, milli mədəniyyət və incəsənətin yaşadılması, inkişaf etdirilməsi, təbliğ olunması yolunda yorulmadan çalışacaq, onların gələcək nəsillərə ötürülməsi üçün öz səylərini əsirgəməyəcəklər. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlı icmaların azərbaycançılıq ideyaları ətrafında birləşməsini, onların həmrəyliyinin möhkəmləndirilməsini, müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin genişləndirilməsini, Azərbaycan diasporunun daha mütəşəkkil qüvvəyə çevrilməsini dünya azərbaycanlıları özünün amalı, vətəndaşlıq borcu hesab edir.

  Möhtərəm Prezident! Biz - Dünya Azərbaycanlılarının I Qurultayının iştirakçıları müstəqil Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirir, onun beynəlxalq aləmdə qazandığı nüfuzundan böyük qürur və iftixar hissi duyaraq bəyan edirik ki, müstəqillik, milli birlik, həmrəylik amal-larına, ümumbəşəri vo milli dəyərlərə əsaslanan azərbaycançılıq ideyalarının bərqərar olması naminə bütün səylərimizi səfərbər edəcəyik.

                                                                                                                      Müraciət Dünya Azərbaycanlılarının I Qurultayında

                                                                                                                                                                              qəbul olunmuşdur.

                                                                                                                                                      Bakı şəhəri, 10 noyabr 2001-ci il

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved