• ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib


DÜNYA AZƏRBAYCANLILARININ I QURULTAYI NÜMAYƏNDƏLƏRİNİN BÜTÜN DÜNYA AZƏRBAYCANLILARINA MÜRACİƏTİ


 

  Ə­ziz həm­və­tən­lər!

  Biz - dün­ya azər­bay­can­lı­la­rı­nın 2001-ci il no­yab­rın 9-10-da Azər­bay­can Res­pub­li­ka­sı­nın pay­tax­tı Ba­kı şə­hə­rin­də ke­çi­ri­lən I qu­rul­ta­yı­nın iş­ti­rak­çı­la­rı si­zə mü­ra­ciət edə­rək bil­di­ri­rik ki, hər bir xal­qın mil­li var­lı­ğı­nın əsas şərt­lə­rin­dən bi­ri onun həm­rəy­li­yi, et­nik-si­ya­si mü­tə­şək­kil­li­yi­dir. Ta­rix dö­nə-dö­nə sü­but et­miş­dir ki, həm­rəy­lik­dən, et­nik-si­ya­si mü­tə­şə­kil­lik­dən məh­rum olan xalq­lar tez-gec güc­lü mil­lət­lə­rin tə­si­ri al­tı­na dü­şə­rək as­si­mil­ya­si­ya olu­nur və öz mil­li si­ma­sı­nı iti­rir.

  Müa­sir dün­ya­nın qa­baq­cıl xalq­la­rın­dan, mil­lət­lə­rin­dən bi­ri ol­maq üçün­sə güc­lü mil­li əzm, si­ya­si ira­də nü­ma­yiş et­dir­mək, bir mil­lət ki­mi bey­nəl­xalq nü­fuz qa­zan­maq la­zım gə­lir. Odur ki, həm öz ta­ri­xi və­tə­nin­də - Azər­bay­can­da ya­şa­yan, həm də bu və ya di­gər sə­bəb­dən dün­ya­nın müx­tə­lif öl­kə­lə­ri­nə sə­pə­lən­miş azər­bay­can­lı­lar xal­qı­mı­zın, mil­lə­ti­mi­zin gə­lə­cə­yi na­mi­nə möh­kəm həm­rəy­lik və mü­tə­şək­kil­lik nü­ma­yiş et­dir­mə­li­dir.

  A­zər­bay­can xal­qı­nın ta­ri­xi qə­dim, mə­də­niy­yə­ti isə zən­gin­dir. Onun Ni­za­mi, Nə­si­mi, Fü­zu­li, Mir­zə Fə­tə­li Axun­dov, Hü­seyn Ca­vid, Sə­məd Vur­ğun ki­mi bö­yük mü­tə­fək­kir­lə­ri mən­sub ol­duq­la­rı xal­qın is­te­da­dı­nı ta­ri­xin ay­rı-ay­rı dövr­lə­rin­də bü­tün dün­ya­ya nü­ma­yiş et­dir­miş­lər. Azər­bay­can­lı­lar XX əs­rin əv­vəl­lə­rin­də qə­dim və ta­ri­xi döv­lət­çi­lik ənə­nə­si­nə söy­kə­nə­rək, Şərq­də ilk de­mok­ra­tik döv­lət - Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti ya­rat­mış­dır. XX əs­rin so­nun­da müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sı da hə­min möh­tə­şəm döv­lət­çi­lik təc­rü­bə­si əsa­sın­da ya­ran­mış və ta­ri­xən azər­bay­can­lı­la­ra xas olan döv­lət­çi­lik ənə­nə­lə­ri­ni müa­sir şə­rait­də bü­tün dün­ya­da sü­but et­miş­dir.

  Dün­ya azər­bay­can­lı­la­rı­nın ha­ra­da məs­kun­laş­ma­la­rın­dan ası­lı ol­ma­ya­raq, ən mü­hüm, ən mü­qəd­dəs və­zi­fə­lə­rin­dən bi­ri Azər­bay­can xal­qı­nın ta­ri­xi nai­liy­yə­ti, bü­tün dün­ya azər­bay­can­lı­la­rı­nın mə­nə­vi-si­ya­si ira­də­si­nin nə­ti­cə­si olan müs­tə­qil döv­lət­çi­li­yi qo­ru­yub sax­la­maq­dan, mil­li döv­lə­ti­mi­zin dün­ya bir­li­yin­də özü­nə­məx­sus yer tut­ma­sı­na ça­lış­maq­dan iba­rət­dir. Unut­maq ol­maz ki, müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin möv­cud­lu­ğu, onun de­mok­ra­tik, dün­yə­vi, hü­qu­qi döv­lət qu­ru­cu­lu­ğu yo­lu ilə inam­la irə­li­lə­mə­si yal­nız Azər­bay­can Res­pub­li­ka­sı və­tən­daş­la­rı­nın de­yil, bü­tün dün­ya azər­bay­can­lı­la­rı­nın mil­li müs­tə­qil­lik və döv­lət­çi­lik tə­fək­kü­rü­nün in­ki­şa­fı­na, on­la­rın həm­rəy­li­yi­nə tə­kan ve­rir, mə­də­ni bir et­nos ki­mi Azər­bay­can xal­qı­na bey­nəl­xalq nü­fuz gə­ti­rir.

  Dün­ya­nın müx­tə­lif öl­kə­lə­ri­nə sə­pə­lən­miş azər­bay­can­lı­la­rın mə­də­ni-si­ya­si bir­li­yi, həm­rəy­li­yi müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sı­nın və bü­tün dün­ya azər­bay­can­lı­la­rı­nın mə­na­fe­yi­nə uy­ğun­dur və onun əsas stra­te­ji məq­səd­lə­rin­dən bi­ri­dir. Ona gö­rə də və­tən­dən ay­rı düş­müş hər bir azər­bay­can­lı əmin ol­ma­lı­dır ki, onun nü­fu­zu­nu, şə­rə­fi­ni qo­ru­ma­ğa hə­mi­şə ha­zır olan bir döv­lət - Azər­bay­can Res­pub­li­ka­sı var­dır. Azər­bay­can döv­lə­ti Azər­bay­can xal­qı­nın ta­ri­xən dün­ya mə­də­niy­yə­ti­nə ver­di­yi zən­gin mad­di, mə­nə­vi-əx­la­qi, ideo­lo­ji sər­vət­lə­rin, Azər­bay­can adı­nın eti­bar­lı mü­da­fiə­çi­si və sa­hi­bi­dir.

  Yer üzə­rin­də möv­cud olan mil­yon­lar­la azər­bay­can­lı­nın əsas ün­siy­yət va­si­tə­si olan Azər­bay­can di­li - Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət di­li­dir. Odur ki, azər­bay­can­çı­lıq ama­lı və müs­tə­qil döv­lət­çi­lik ət­ra­fın­da ya­ra­nan mil­li bir­lik, mil­li həm­rəy­lik ha­ra­da ya­şa­ma­sın­dan ası­lı ol­ma­ya­raq, hər bir azər­bay­can­lı­nın mə­na­fe­yi­nə tam uy­ğun­dur. İn­di hər bir dün­ya azər­bay­can­lı­sı­nın üz tut­ma­ğa, sev­gi­si­ni, mə­həb­bə­ti­ni bil­dir­mə­yə Azər­bay­can adın­da doğ­ma, mü­qəd­dəs bir ocaq, sö­zü­nü de­mə­yə, qay­ğı­la­rı­nı, dərd­lə­ri­ni bö­lüş­mə­yə is­ti bir yurd var.

  Hər bir azər­bay­can­lı bu oca­ğa ərklə üz tut­du­ğu ki­mi, ey­ni za­man­da mə­su­liy­yət­lə dərk et­mə­li­dir ki, və­tən sev­gi­si­ni iş­də sü­but et­mək, və­tə­nin prob­lem­lə­rin­dən xə­bər­dar ol­maq, bun­la­rı ara­dan qal­dır­maq üçün yol­lar ara­maq, və­tən­lə nə­fəs al­maq, onun təəs­sü­bü­nü çək­mək və qay­ğı­la­rı ilə ya­şa­maq la­zım­dır. Dün­ya Azər­bay­can­lı­la­rı­nın I Qu­rul­ta­yı məhz bu da­nıl­maz hə­qi­qə­ti, ta­ri­xi zə­ru­rə­ti əya­ni ifa­də et­di.

­  A­zər­bay­can Res­pub­li­ka­sı­nın və­tən­daş­la­rı olan qar­daş və ba­cı­la­rı­mız ki­mi, və­tən­dən kə­nar­da ya­şa­yan dün­ya azər­bay­can­lı­la­rı­nın da öz öl­kə­si, və­tən­da­şı ol­du­ğu öz döv­lə­ti var­dır. Biz hə­rə­miz bir öl­kə­nin və­tən­da­şı­yıq. La­kin bi­zim ha­mı­mı­zı azər­bay­can­lı ol­maq ki­mi bö­yük bir mə­su­liy­yət­li hiss, amal bir­ləş­di­rir. Və­tən­daş­lıq bor­cu bi­zi ya­şa­dı­ğı­mız öl­kə qar­şı­sın­da han­sı mə­su­liy­yə­tə sövq edir­sə, mil­li mən­sub­luq his­si, azər­bay­can­çı­lıq ama­lı bi­zim hər bi­ri­mi­zi müs­tə­qil Azər­bay­can döv­lə­ti, ata-ba­ba yur­du qar­şı­sın­da ey­ni mə­su­liy­yə­tə sövq edir. Odur ki, azər­bay­can­lı adı­nı biz həm öz öl­kə­miz qar­şı­sın­da, həm də müs­tə­qil Azər­bay­can qar­şı­sın­da la­yi­qin­cə doğ­rult­ma­lı­yıq.

  Elə bu məq­səd­lə də biz həm müs­tə­qil Azər­bay­can döv­lə­ti ət­ra­fın­da, həm də öz ara­mız­da sıx bir­ləş­mə­yə, təş­ki­lat­lan­ma­ğa ça­lış­ma­lı, mü­tə­şək­kil qüv­və­yə çev­ril­mə­li­yik. Bu­gün­kü qu­rul­tay Azər­bay­can dias­po­ru­nun ya­ran­ma­sı və mü­tə­şək­kil bir qüv­və­yə çev­ril­mə­si mər­hə­lə­si­nin baş­lan­ğı­cı­nı qoy­du.

  Bu gün dün­ya­nın hər ye­rin­də ya­şa­yan azər­bay­can­lı­lar müx­tə­lif dövr­lər­də mü­ha­ci­rət et­miş in­san­la­rın öv­lad­la­rı­nı, nə­sil­lə­ri­ni və Azər­bay­can­dan kə­nar­da ya­şa­yan di­gər soy­daş­la­rı­mı­zı təm­sil edir. Soy­daş­la­rı­mı­zın ək­sə­riy­yə­ti öz­gə mil­lət­lər içə­ri­sin­də azər­bay­can­çı­lı­ğı, mil­li xü­su­siy­yət­lə­ri­mi­zi, adət-ənə­nə­lə­ri­mi­zi, di­li­mi­zi qo­ru­yub-sax­la­ya bil­miş və öv­lad­la­rı­na ötür­müş­lər. Am­ma bir hə­qi­qət qeyd olun­ma­lı­dır ki, ay­rı-ay­rı cəhd­lə­rə bax­ma­ya­raq, uzun bir ta­ri­xi əha­tə edən dövr ər­zin­də dün­ya azər­bay­can­lı­la­rı ya­şa­dıq­la­rı döv­lət­lər­də bir-bi­ri ilə bir­lik nü­ma­yiş et­di­rə bil­mə­miş, təş­ki­lat­lan­ma­mış, ic­ma­lar, dias­por şək­lin­də təm­sil olun­ma­mış, da­ğı­nıq şə­kil­də ya­şa­mış­lar. Bu da söz­süz ki, mil­li əla­qə­lə­rin və mü­va­fiq ola­raq mil­li var­lı­ğın zəif­lə­mə­si­nə şə­rait ya­rat­mış­dır.

  On il əv­vəl müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sı­nın ya­ran­ma­sı bü­töv­lük­də Azər­bay­can xal­qı­nın, o cüm­lə­dən dün­ya azər­bay­can­lı­la­rı­nın ta­le­yin­də dö­nüş nöq­tə­si ol­muş­dur. Bü­tün dün­ya azər­bay­can­lı­la­rı­nı ta­ri­xi və­tə­nin, Azər­bay­can xal­qı­nın ay­rıl­maz his­sə­si he­sab edən Azər­bay­can döv­lə­ti və onun pre­zi­den­ti cə­nab Hey­dər Əli­yev dün­ya azər­bay­can­lı­la­rı­nın mil­li bir­lik və həm­rəy­lik prob­le­mi­ni döv­lət si­ya­sə­ti sə­viy­yə­si­nə qal­dır­mış, Azər­bay­can dias­po­ru­nun for­ma­laş­dı­rıl­ma­sı, dün­ya azər­bay­can­lı­la­rı­nın bir-bi­ri ilə və və­tən­lə əla­qə­lə­ri­nin ya­ra­dıl­ma­sı və möh­kəm­lən­di­ril­mə­si mə­sə­lə­lə­ri­ni bi­la­va­si­tə gün­də­mə gə­tir­miş­dir.

  Bu gün dün­ya azər­bay­can­lı­la­rı­nın əsl mil­li özü­nü­dərk və ümum­mil­li ide­ya - azər­bay­can­çı­lıq, müs­tə­qil döv­lət­çi­lik və mil­li mə­nə­vi də­yər­lər ət­ra­fın­da bir­ləş­mə­si pro­se­si baş­lan­mış­dır.

  Azər­bay­can Res­pub­li­ka­sı­nın müs­tə­qil­li­yi­nin və döv­lət­çi­li­yi­nin möh­kəm­lən­di­ril­mə­si, onun möv­qe­yi­nin dün­ya müs­tə­vi­sin­də güc­lən­di­ril­mə­si, er­mə­ni tə­ca­vü­zü­nə mə­ruz qal­mış Azər­bay­can xal­qı­nın haqq sə­si­nin dün­ya­ya çat­dırı­l­ma­sı, Dağ­lıq Qa­ra­bağ prob­le­mi­nin əda­lət­li həl­li­nə na­il olun­ma­sı və di­gər ümum­mil­li mə­sə­lə­lə­rin həl­li dün­ya­da ya­şa­yan bü­tün soy­daş­la­rı­mı­zın bir­li­yi­ni və həm­rəy­li­yi­ni da­ha zə­ru­ri edir. Bun­dan baş­qa, dün­ya azər­bay­can­lı­la­rı­nın bir­li­yi, həm­rəy­li­yi on­la­rın ya­şa­dı­ğı öl­kə­lər­də və bü­tün dün­ya­da güc­lü və mo­no­lit bir qüv­və ki­mi çı­xış et­mə­lə­ri­nə, öz mil­li və və­tən­daş haq­la­rı­nı da­ha dol­ğun qo­ru­ma­la­rı­na da əhə­miy­yət­li tə­sir gös­tə­rə bi­lər.

  Ə­ziz həm­və­tən­lə­ri­miz!

  A­zər­bay­can ad­lı müs­tə­qil döv­lə­tin var­lı­ğı bi­zim ən bö­yük ta­ri­xi sər­və­ti­miz, XX yü­zil­lik­də bü­tün azər­bay­can­lı­la­rın qa­zan­dı­ğı ən bö­yük nai­liy­yət­dir. Xal­qı­mız nəin­ki ata-ba­ba­la­rı­mı­zın yo­lu­nu da­vam et­di­rə­rək müs­tə­qil döv­lət­çi­li­yi­mi­zi bər­pa et­miş, həm­çi­nin on il ər­zin­də onu qo­ru­ya­raq hər­tərəf­li möh­kəm­lən­dir­miş, iq­ti­sa­di, hü­qu­qi, si­ya­si, mə­nə­vi ba­xım­dan in­ki­şaf et­dir­miş­dir.

  Bu gün dün­ya bir­li­yi­nə da­xil olan müs­tə­qil, su­ve­ren Azər­bay­can Res­pub­li­ka­sı mil­lə­ti­mi­zin dün­ya­da ye­ga­nə döv­lə­ti olub bü­tün dün­ya azər­bay­can­lı­la­rı­nın həm mə­nə­vi pə­na­hı, həm də mə­bəd­ga­hı­dır. Odur ki, hər bir azər­bay­can­lı ta­ri­xi və­tə­nin, Azər­bay­can döv­lə­ti­nin ta­le­yin­də iş­ti­rak et­mə­li, onun müs­tə­qil­li­yi, in­ki­şa­fı yo­lun­da dur­ma­dan ça­lış­ma­lı, fəa­liy­yət gös­tər­mə­li­dir.

  A­zad, fi­ra­van, qüd­rət­li Azər­bay­can Res­pub­li­ka­sı bü­tün dün­ya azər­bay­can­lı­la­rı üçün ca­zi­bə mər­kə­zi­dir. Hər bir azər­bay­can­lı onu da bil­mə­li­dir ki, onun ar­xa­sın­da Azər­bay­can Res­pub­li­ka­sı ki­mi azad, müs­tə­qil döv­lət du­rur. Azər­bay­ca­nı öz­lə­ri­nin ta­ri­xi və­tə­ni he­sab edən in­san­lar Azər­bay­can döv­lət­çi­li­yi ide­ya­la­rı ət­ra­fın­da bir­ləş­mə­li, ümum­mil­li mə­sə­lə­lər­də sar­sıl­maz həm­rəy­lik nü­ma­yiş et­dir­mə­li­dir­lər. Xa­ri­ci öl­kə­lər­də təş­ki­lat­lan­ma pro­se­si­nin ilk mər­hə­lə­si­ni ya­şa­yan azər­bay­can­lı ic­ma­la­rı­nın, mə­də­niy­yət mər­kəz­lə­ri­nin və dost­luq cə­miy­yət­lə­ri­nin im­kan­la­rın­dan ge­niş is­ti­fa­də olun­ma­lı­dır.

  Ya­xın-uzaq öl­kə­lə­rin ta­ri­xi əya­ni şə­kil­də sü­but edir ki, mü­tə­şək­kil ic­ma­lar ha­lın­da dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də ya­şa­yan, məq­səd­yön­lü fəa­liy­yət gös­tə­rən soy­daş­lar öz öl­kə­lə­ri­nə bö­yük kö­mək gös­tə­rir, ya­şa­dıq­la­rı öl­kə­lər­lə ta­ri­xi və­tən ara­sın­da mü­na­si­bət­lər­də güc­lü amil ki­mi çı­xış edir­lər. Bu sa­hə­də bi­zim is­ti­fa­də olun­ma­mış zən­gin po­ten­sia­lı­mız var­dır və bu po­ten­sial müt­ləq hə­rə­kə­tə gə­ti­ril­mə­li­dir.

  Müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sı­nın 20 fa­iz əra­zi­si iş­ğal al­tın­da­dır. Bir mil­yo­na­dək soy­da­şı­mız öz doğ­ma yur­dun­dan di­dər­gin dü­şə­rək ağır qaç­qın hə­ya­tı ya­şa­maq­da­dır. Qa­ra­bağ tor­pa­ğı mü­qəd­dəs və­tə­ni­mi­zin sa­də­cə ola­raq bir par­ça­sı de­yil, ey­ni za­man­da mil­li mə­də­niy­yə­ti­mi­zin in­ci­lə­ri­ni ya­şa­dan mü­hüm mə­də­ni-ta­ri­xi böl­gə­dir. Bu əra­zi­də cəm­lə­şən na­dir mə­də­niy­yət, ta­ri­xi abi­də­lə­ri­miz, tək­rar­sız tə­biət in­ci­lə­ri­miz er­mə­ni iş­ğal­çı­la­rı tə­rə­fin­dən vəh­şi­cə­si­nə da­ğı­dı­lır, məhv edi­lir.

  Hər bir azər­bay­can­lı xal­qı­mı­za qar­şı er­mə­ni tə­ca­vü­zü və Dağ­lıq Qa­ra­bağ prob­le­mi­nin əda­lət­li həl­li yo­lun­da haqq sə­si­ni ən yük­sək bey­nəl­xalq kür­sü­lər­də ucalt­ma­lı, yo­rul­ma­dan ça­lış­ma­lı, ya­şa­dı­ğı döv­lə­tin par­la­men­ti­nə, hö­ku­mə­ti­nə, ic­ti­maiy­yə­ti­nə hə­qi­qə­ti çat­dır­ma­lı­dır. Yal­nız bü­tün Azər­bay­can xal­qı­nın bir­gə sə­yi ilə mü­na­qi­şə­nin əda­lət­li və bey­nəl­xalq hü­quq prin­sip­lə­ri əsa­sın­da həl­li­nə na­il ol­maq olar.

  Bu gün Azər­bay­can dias­po­ru­nun for­ma­laş­ma­sı, tə­şək­kül tap­ma­sı bi­la­va­si­tə Azər­bay­can döv­lə­ti və onun Pre­zi­den­ti cə­nab Hey­dər Əli­yev tə­rə­fin­dən döv­lət sə­viy­yə­sin­də hə­ya­ta ke­çi­ri­lir. 1991-ci il­dən baş­la­ya­raq ilk də­fə onun tə­şəb­bü­sü ilə Nax­çı­van­da, son­ra isə bü­tün Azər­bay­can miq­ya­sın­da hər il 31 de­kabr - Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik Gü­nü ki­mi xü­su­si qeyd edi­lir. Bu bay­ram ərə­fə­sin­də bü­tün dün­ya azər­bay­can­lı­la­rı üçün xü­su­si təd­bir­lər təş­kil olu­nur, qə­bul­lar ke­çi­ri­lir və öl­kə baş­çı­sı­nın mü­ra­ciə­ti səs­lən­di­ri­lir.

  1994-cü il­dən baş­la­ya­raq xa­ri­ci öl­kə­lə­rə sə­fər­lər za­ma­nı - Fran­sa­da, Bö­yük Bri­ta­ni­ya­da, Tür­ki­yə­də, ABŞ-da, Al­ma­ni­ya­da, Ru­si­ya­da, Uk­ray­na­da, Pol­şa­da, Ru­mı­ni­ya­da, Bel­çi­ka­da, Nor­veç­də, Bol­qa­rıs­tan­da və bir çox di­gər öl­kə­lər­də ya­şa­yan soy­daş­la­rı­mız­la ma­raq­la­nan, gö­rüş­lər ke­çi­rən Azər­bay­can Pre­zi­den­ti cə­nab Hey­dər Əli­yev xa­ric­də ya­şa­yan həm­və­tən­lə­ri­mi­zi da­im mil­li ide­ya ət­ra­fın­da bir­ləş­mə­yə, təş­ki­lat­lan­ma­ğa, ic­ma­lar, mil­li-mə­də­ni cə­miy­yət­lər ya­rat­ma­ğa səs­lə­yir. İna­nı­rıq ki, 1993-cü il­dən baş­la­ya­raq bu gü­nə qə­dər da­vam edən ar­dı­cıl, məq­səd­yön­lü, get­dik­cə ge­niş­lə­nən mil­li dias­por hə­rə­ka­tı Dün­ya Azər­bay­can­lı­la­rı­nın I Qu­rul­ta­yın­dan son­ra da­ha da güc­lə­nə­cək, bu hə­rə­ka­tın ger­çək nə­ti­cə­lə­ri, təş­ki­lat­lan­ma sə­viy­yə­si yük­sə­lə­cək­dir.

  Ə­ziz soy­daş­la­rı­mız!

  Dün­ya azər­bay­can­lı­la­rı­nın qar­şı­sın­da du­ran ta­ri­xi və­zi­fə­lər hər bir azər­bay­can­lı­nı ta­ri­xi və­tə­ni - müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sı ilə fəxr et­mək, onun hə­ya­tın­da ya­xın­dan iş­ti­rak et­mək, sıx əla­qə sax­la­maq­la ya­na­şı, ya­şa­dı­ğı öl­kə­də azər­bay­can­çı­lı­ğı eh­ti­va edən mil­li də­yər­lə­ri qo­ru­maq, ta­nıt­maq, ya­şat­maq, in­ki­şaf et­dir­mək ki­mi mə­su­liy­yə­tə səs­lə­yir. Bu, hər şey­dən əv­vəl, Azər­bay­can di­li­nin qo­run­ma­sı, ya­şa­dıl­ma­sı, soy­daş­la­rı­mız ara­sın­da təb­liğ olun­ma­sı­na aid­dir. Dün­ya azər­bay­can­lı­la­rı bu­na ya­şa­dıq­la­rı əra­zi­lər­də mək­təb­lər, təh­sil və tər­bi­yə ocaq­la­rı, mə­də­niy­yət mər­kəz­lə­ri aç­maq­la na­il ola bi­lər­lər.

  Bun­dan baş­qa, ha­ra­da ya­şa­ma­sın­dan ası­lı ol­ma­ya­raq, sağ­lam mil­li adət və ənə­nə­lə­rin, mə­də­ni də­yər­lə­rin qo­ru­nub sax­la­nıl­ma­sı, ye­ni nə­sil­lə­rə ötü­rül­mə­si dün­ya azər­bay­can­lı­la­rı­nın mə­nə­vi bor­cu­dur. Qu­rul­ta­yın ge­di­şin­dən və öl­kə Pre­zi­den­ti cə­nab Hey­dər Əli­ye­vin nit­qin­dən də gö­rün­dü ki, müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sı bu sa­hə­də dün­ya azər­bay­can­lı­la­rı­na hər cür yar­dım gös­tər­mə­yə bun­dan son­ra da ha­zır­dır.

  Dün­ya Azər­bay­can­lı­la­rı­nın I Qu­rul­ta­yı sü­but et­di ki, hər bir xalq, mil­lət yal­nız mü­tə­şək­kil olan­da, bir­lik nü­ma­yiş et­di­rən­də, həm­rəy olan­da güc­lü­dür. Ümu­mi məq­səd­lər ət­ra­fın­da bir­ləş­mək, təş­ki­lat­lan­maq, ya­şa­dı­ğı döv­lət­də ic­ma­lar, qu­rum­lar, cə­miy­yət­lər şək­lin­də bir-bi­ri­lə sıx tə­mas qur­maq, si­ya­si və mə­də­ni hə­yat­da fə­al iş­ti­rak et­mək dün­ya azər­bay­can­lı­la­rı­nın bun­dan son­ra­kı fəa­liy­yə­tin­də ən üm­də mə­sə­lə ol­ma­lı­dır. Həm ta­ri­xi və­tən­lə, həm də öz­lə­ri ara­sın­da qı­rıl­maz əla­qə­lər ya­rat­maq xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın və bü­töv­lük­də Azər­bay­can dias­po­ru­nun qar­şı­sın­da du­ran ta­ri­xi və­zi­fə­lər­dir.

  Ha­ra­da ya­şa­ma­sın­dan, han­sı öl­kə­nin və­tən­da­şı ol­ma­sın­dan ası­lı ol­ma­ya­raq, bü­tün dün­ya azər­bay­can­lı­la­rı va­hid bir xal­qı, bir mil­lə­ti, bir və­tə­ni təm­sil edir­lər.

  Ə­ziz həm­və­tən­lə­ri­miz!

  Gə­lin ümum­mil­li ide­ya - müs­tə­qil Azər­bay­can döv­lət­çi­li­yi, va­hid mil­li-mə­nə­vi də­yər­lər, azər­bay­can­çı­lıq ide­ya­sı ət­ra­fın­da da­ha da sıx bir­lə­şək!

  Ya­şa­sın dün­ya azər­bay­can­lı­la­rı­nın sar­sıl­maz həm­rəy­li­yi və bir­li­yi!

 

                                                                                      Mü­ra­ciət Dün­ya Azər­bay­can­lı­la­rı­nın I Qu­rul­ta­yın­da ­qə­bul olun­muş­dur.

                                                                                                                                                 Ba­kı şə­hə­ri, 10 no­yabr 2001-ci il.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved