• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


DÜNYA AZƏRBAYCANLILARININ I QURULTAYI NÜMAYƏNDƏLƏRİNİN ERMƏNİSTAN-AZƏRBAYCAN , DAĞLIQ QARABAĞ PROBLEMİ İLƏ ƏLAQƏDAR DÜNYA İCTİMAİYYƏTİNƏ, BEYNƏLXALQ TƏŞKİLATLARA, XARİCİ ÖLKƏLƏRİN HÖKUMƏT RƏHBƏRLƏRİNƏ VƏ PARLAMENTLƏRİNƏ MÜRACİƏTİ


 

  Hör­mət­li xa­nım­lar və cə­nab­lar!

  Dün­ya Azər­bay­can­lı­la­rı­nın I Qu­rul­ta­yı­nın Azər­bay­can Res­pub­li­ka­sı­nın pay­tax­tı Ba­kı şə­hə­rin­də top­lan­mış nü­ma­yən­də­lə­ri bö­yük inam his­si ilə Si­zə mü­ra­ciət edir­lər.

  Mə­lum ol­du­ğu ki­mi, XX əs­rin son­la­rın­da bir qrup er­mə­ni se­pa­rat­çı­la­rı­nın fəa­liy­yə­ti nə­ti­cə­sin­də dün­ya­nın si­ya­si lek­si­ko­nu­na ye­ni bir an­la­yış da­xil ol­du: "Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si". Azər­bay­can mə­də­niy­yə­ti­nin bö­yük dü­ha­la­rı­nın və­tə­ni olan Dağ­lıq Qa­ra­bağ Azər­bay­can xal­qı­nın bu gün də ya­şa­dı­ğı ol­duq­ca bö­yük fa­ciə­nin və hu­ma­ni­tar fə­la­kə­tin rəm­zi­nə çev­ril­di. İn­di Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si İs­rail-Fə­ləs­tin mü­na­qi­şə­sin­dən son­ra ən uzun sü­rən mü­na­qi­şə ki­mi ta­nı­nır.

  Dağ­lıq Qa­ra­bağ ət­ra­fın­da Er­mə­nis­tan-Azər­bay­can mü­na­qi­şə­si, əs­lin­də, Er­mə­nis­ta­nın Azər­bay­ca­na qar­şı aş­kar əra­zi id­dia­la­rı, za­man-za­man hə­ya­ta ke­çi­ri­lən qəsb­kar­lıq plan­la­rı­nın növ­bə­ti mər­hə­lə­si­nin baş­lan­ma­sı idi.

­  A­zər­bay­can­lı­la­ra qar­şı mün­tə­zəm ye­ri­di­lən bəd­nam soy­qı­rı­mı, de­por­ta­si­ya və iş­ğal si­ya­sə­ti­nin yüz il­lər­lə öl­çü­lən uzun ta­ri­xi var­dır. XIX əs­rin əv­vəl­lə­rin­dən eti­ba­rən ta­ri­xi Azər­bay­can tor­paq­la­rın­da er­mə­ni­lər küt­lə­vi şə­kil­də məs­kun­laş­dı­rıl­ma­ğa baş­lan­mış, azər­bay­can­lı­la­rın öz qə­dim tor­paq­la­rın­dan, ata-ba­ba yurd­la­rın­dan qo­vul­ma­sı pro­se­si məq­səd­yön­lü şə­kil­də hə­ya­ta ke­çi­ril­miş­dir. Bəd­nam "Bö­yük Er­mə­nis­tan" ide­ya­sı­nı ger­çək­ləş­dir­mək üçün sax­ta ideo­lo­ji te­zis­lər for­ma­laş­dı­rıl­mış, bu məq­sə­di real­laş­dır­maq üçün ter­ror­çu təş­ki­lat­lar ya­ra­dıl­mış­dır. Er­mə­ni əha­li­si türk və Azər­bay­can xal­qı­na qar­şı da­im mil­lət­çi­lik, şo­vi­nizm ru­hun­da tər­bi­yə olun­muş­dur.

  So­vet ha­ki­miy­yə­ti il­lə­rin­də da­vam et­di­ri­lən de­por­ta­si­ya və soy­qı­rı­mı si­ya­sə­ti ta­ri­xi Azər­bay­can tor­paq­la­rı­nın - Göy­çə, Zən­gə­zur və baş­qa əra­zi­lə­rin zor­la Er­mə­nis­ta­na ve­ril­mə­si, yüz min­lər­lə azər­bay­can­lı­nın doğ­ma tor­paq­la­rın­dan çı­xa­rıl­ma­sı ilə nə­ti­cə­lən­miş­dir. So­vet im­pe­ri­ya­sı­nın da­ğıl­dı­ğı dövr­də er­mə­ni qəsb­kar­la­rı hə­min plan­la­rın hə­ya­ta ke­çi­ril­mə­si üçün ya­ran­mış əl­ve­riş­li şə­rait­dən is­ti­fa­də et­di­lər.

  Mü­na­qi­şə­nin il­kin mər­hə­lə­sin­də Er­mə­nis­ta­nın azər­bay­can­lı­lar­dan et­nik tə­miz­lən­mə­si çox qı­sa müd­dət­də ba­şa çat­dı­rıl­dı. Et­nik tə­miz­lə­mə mü­da­fiə­siz in­san­la­ra qar­şı küt­lə­vi zo­ra­kı­lıq və qətl­lər­lə mü­şai­yət olu­nur­du.

  1988-ci ilin fev­ra­lın­dan eti­ba­rən SSRİ rəh­bər­li­yi­nin əda­lət­siz möv­qe­yi və tə­ca­vüz­ka­rı şir­nik­lən­dir­mə si­ya­sə­ti Er­mə­nis­ta­nın, ha­be­lə Azər­bay­ca­nın Dağ­lıq Qa­ra­bağ Mux­tar Vi­la­yə­ti rəh­bər­lə­ri­nin mil­lət­çi-şo­vi­nist təb­li­ğa­tı­na və yer­li azər­bay­can­lı əha­li­yə qar­şı Kons­ti­tu­si­ya­ya zidd hə­rə­kət­lə­ri­nə rə­vac ver­di. Bu, Er­mə­nis­ta­nın Azər­bay­ca­na qar­şı ge­niş­miq­yas­lı hər­bi-si­ya­si tə­ca­vü­zü­nün baş­lan­ğı­cı idi.

  SSRİ rəh­bər­li­yi Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü­nün ko­bud şə­kil­də po­zul­ma­sı­na, Dağ­lıq Qa­ra­ba­ğın Azər­bay­can­dan qo­pa­rıl­ma­sı­na yö­nəl­dil­miş məq­səd­yön­lü si­ya­sə­tə qar­şı çıx­ma­ğa cə­sa­rət edən Azər­bay­can xal­qı­na qar­şı açıq-aş­kar zo­ra­kı­lıq yo­lu­nu seç­di. So­vet Or­du­su­nun bö­yük kon­tin­gen­ti­nin, xü­su­si tə­yi­nat­lı böl­mə­lə­rin və da­xi­li qo­şun­la­rın 1990-ci il yan­va­rın 20-də Ba­kı­nı iş­ğal et­mə­si gö­rün­mə­miş qəd­dar­lıq və vəh­şi­lik­lər­lə mü­şa­yiət edil­di. Er­mə­nis­ta­nın qəsb­kar­lıq plan­la­rı­na qar­şı çıx­ma­ğa cə­sa­rət et­miş Azər­bay­can xal­qı­nın ina­mı­nı və ira­də­si­ni qır­maq, so­vet hərb ma­şı­nı­nın gü­cü­nü nü­ma­yiş et­dir­mək məq­sə­di ilə tö­rə­di­lən 20 Yan­var fa­ciə­si to­ta­li­tar re­ji­min Azər­bay­can xal­qı­na qar­şı dəh­şət­li ci­na­yə­ti idi.

  Mər­kə­zin dəs­tə­yin­dən son­ra da­ha da az­ğın­la­şan Er­mə­nis­tan Azər­bay­ca­nın Dağ­lıq Qa­ra­bağ re­gio­nun­da Kons­ti­tu­si­ya­ya və bey­nəl­xalq hü­quq nor­ma­la­rı­na zidd ha­ki­miy­yət struk­tur­la­rı ya­ra­da­raq, se­pa­rat­çı, oyun­caq "Dağ­lıq Qa­ra­bağ Res­pub­li­ka­sı"­nı elan et­di. Dağ­lıq Qa­ra­bağ Mux­tar Vi­la­yə­tin­də və onun ət­ra­fın­da yer­lə­şən so­vet qo­şun­la­rı­nın bü­tün si­lah­la­rı qa­nun­suz ola­raq əs­lin­də Er­mə­nis­tan or­du­su­nun bir his­sə­si olan və "özü­nü­mü­da­fiə qüv­və­lə­ri" ad­lan­dı­rı­lan er­mə­ni si­lah­lı dəs­tə­lə­ri­nin sə­rən­ca­mı­na ve­ril­di. Azər­bay­ca­na qar­şı si­lah­lı tə­ca­vü­zü hə­ya­ta ke­çir­mək üçün əmə­liy­yat mey­da­nı ya­ra­dıl­dı, Er­mə­nis­tan Azər­bay­ca­na qar­şı hər­bi tə­ca­vüz mər­hə­lə­si­nə qə­dəm qoy­du.

  1992-ci ilin fev­ra­lın­da Azər­bay­ca­nın qə­dim Xo­ca­lı şə­hə­rin­də qo­ca­lar, qa­dın­lar və uşaq­lar da da­xil ol­maq­la min nə­fə­rə ya­xın dinc sa­kin er­mə­ni­lər tə­rə­fin­dən vəh­şi­cə­si­nə qət­lə ye­ti­ril­di. Xo­ca­lı soy­qı­rı­mı XX əsr ta­ri­xi­nə ən dəh­şət­li fa­ciə­lər­dən bi­ri ki­mi da­xil ol­du. Elə hə­min ilin ma­yın­da Şu­şa şə­hə­ri­nin iş­ğa­lı ilə Dağ­lıq Qa­ra­bağ­da et­nik tə­miz­lə­mə əmə­liy­ya­tı ba­şa çat­dı­rıl­dı. 1992-ci il­də er­mə­ni tə­ca­vü­zü Dağ­lıq Qa­ra­ba­ğın in­zi­ba­ti hü­dud­la­rın­dan kə­na­ra çı­xa­raq Azər­bay­ca­nın qa­lan his­sə­si­nə ya­yıl­ma­ğa baş­la­dı. 1992-ci ilin ma­yın­da La­çın ra­yo­nu iş­ğal olun­du.

­  A­zər­bay­ca­nın və Er­mə­nis­ta­nın Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı­na üzv ol­ma­sı ilə Dağ­lıq Qa­ra­bağ prob­le­mi re­gio­nal müs­tə­vi­dən çı­xa­raq, ən gər­gin bey­nəl­xalq mü­na­qi­şə ocaq­la­rın­dan bi­ri­nə çev­ril­di. Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı­nın Təh­lü­kə­siz­lik Şu­ra­sı 1993-cü il ər­zin­də Dağ­lıq Qa­ra­bağ­la bağ­lı 822, 853, 874 və 884 nöm­rə­li qət­na­mə­lə­ri­ni qə­bul et­di. Hə­min qət­na­mə­lər­də Azər­bay­ca­nın su­ve­ren­li­yi­nə, əra­zi bü­töv­lü­yü­nə və sər­həd­lə­ri­nin to­xu­nul­maz­lı­ğı­na hör­mət ifa­də edi­lə­rək, sər­həd­lə­rin də­yiş­di­ril­mə­si üçün zor iş­lə­dil­mə­si­nin yol­ve­ril­məz­li­yi təs­diq edil­di.

  Təh­lü­kə­siz­lik Şu­ra­sı öz qət­na­mə­lə­rin­də si­lah­lı əmə­liy­yat­la­ra və düş­mən­çi­lik hə­rə­kət­lə­ri­nə son qo­yul­ma­sı­nı, er­mə­ni si­lah­lı qüv­və­lə­ri­nin Azər­bay­ca­nın iş­ğal olun­muş ra­yon­la­rın­dan dər­hal, ta­ma­mi­lə və qeyd-şərt­siz çı­xa­rıl­ma­sı­nı tə­ləb et­di. Er­mə­nis­tan Res­pub­li­ka­sı isə Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın tə­ləb­lə­ri­nə mə­həl qoy­ma­ya­raq, Azər­bay­can əra­zi­si­ni hə­lə də iş­ğal al­tın­da sax­la­maq­da və ora­da öz hər­bi qüv­və­lə­ri­ni ar­tır­maq­da da­vam edir.

  A­zər­bay­can Res­pub­li­ka­sı­na qar­şı tə­ca­vüz nə­ti­cə­sin­də 17 min kvad­rat ki­lo­metr­dən çox tor­paq, yə­ni öl­kə əra­zi­si­nin təq­ri­bən 20 fai­zi iş­ğal edil­miş­dir. 18 min nə­fər­dən çox adam hə­lak ol­muş, 50 min­dən çox adam ya­ra­lan­mış və ya əlil ol­muş­dur. Yüz­lər­lə ya­şa­yış mən­tə­qə­si, iq­ti­sa­di ob­yekt, mək­təb, tibb müəs­si­sə­si və sa­ir da­ğı­dıl­mış və ya ta­lan edil­miş­dir. Azər­bay­ca­nın iş­ğal olun­muş əra­zi­lə­rin­dən di­dər­gin dü­şən məc­bu­ri köç­kün­lə­rin və Er­mə­nis­tan­dan gə­lən qaç­qın­la­rın sa­yı bir mil­yon nə­fər­dən çox­dur. Sək­kiz mil­yon əha­li­si olan bir öl­kə­də bu rə­qəm dün­ya­nın ox­şar və­ziy­yət­də olan re­gion­la­rı ilə mü­qa­yi­sə­də çox yük­sək gös­tə­ri­ci­dir və Azər­bay­ca­nın ne­cə bö­yük bir hu­ma­ni­tar fə­la­kət­lə üz­ləş­di­yin­dən xə­bər ve­rir.

  Bü­tün bu il­lər ər­zin­də Er­mə­nis­tan- Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin dinc yol­la ni­zam­lan­ma­sı üçün xey­li səy­lər gös­tə­ril­miş­dir. ATƏT-in bu məq­səd­lə ya­ra­dıl­mış xü­su­si tə­si­sa­tı olan Minsk Qru­pu­nun bu is­ti­qa­mət­də apar­dı­ğı iş, Azər­bay­can və Er­mə­nis­tan pre­zi­dent­lə­ri­nin bir­ba­şa gö­rüş­lə­ri hə­lə konk­ret nə­ti­cə ver­mə­miş­dir. ATƏT-in Lis­sa­bon sam­mi­ti mü­na­qi­şə­ni Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü çər­çi­və­sin­də həll et­mə­yi qə­ra­ra al­sa da, Er­mə­nis­tan Res­pub­li­ka­sı bu nü­fuz­lu təş­ki­la­tın tə­ləb­lə­ri­nə mə­həl qoy­mur. Ək­si­nə, Azər­bay­ca­nın iş­ğal olun­muş əra­zi­lə­rin­də özü­nün si­lah­lı qüv­və­lə­ri­ni və dö­yüş tex­ni­ka­sı­nı kə­miy­yət və key­fiy­yət­cə ar­tır­maq­da da­vam edir.

  Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin acı təc­rü­bə­si gös­tə­rir ki, va­si­tə­çi­lə­rin qə­tiy­yət­siz­li­yi, qey­ri-prin­si­pial möv­qe­yi və iş­ğal­çı ilə tə­ca­vü­zə mə­ruz qal­mış tə­rəf ara­sın­da ta­raz­lıq ya­rat­maq cəhd­lə­ri tə­ca­vüz­ka­rın əməl­lə­ri­ni nəin­ki şir­nik­lən­dir­mək de­mək­dir, həm də bü­tün Qaf­qaz re­gio­nun­da əmin-aman­lıq və sa­bit­lik üçün təh­lü­kə­dir.

  Bu il sent­yab­rın 11-də Ame­ri­ka Bir­ləş­miş Ştat­la­rın­da baş ver­miş dəh­şət­li ter­ror akt­la­rın­dan son­ra dün­ya­da ya­ran­mış ye­ni si­ya­si və­ziy­yət, dün­ya ha­di­sə­lə­ri­nə ye­ni kon­tekstdən ba­xış da Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin tez­lik­lə ni­za­ma sa­lın­ma­sı­nı zə­ru­ri edir və bu­nun üçün əla­və im­kan­lar ya­ra­dır. Dağ­lıq Qa­ra­bağ­da tüğ­yan edən tə­ca­vüz­kar er­mə­ni se­pa­rat­çı­lı­ğı tək­cə Azər­bay­can üçün, Qaf­qaz re­gio­nu üçün de­yil, bü­tün dün­ya üçün təh­lü­kə­li nə­ti­cə­lə­rə gə­ti­rib çı­xa­ra bi­lər. Çün­ki bey­nəl­xalq ter­ro­riz­mi qi­da­lan­dı­ran əsas mən­bə­lər­dən, onun baş­lı­ca kom­po­nent­lə­rin­dən bi­ri məhz tə­ca­vüz­kar se­pa­rat­çı­lıq­dır.

  A­zər­bay­can xal­qı sülh­se­vər xalq­dır. Mil­liy­yə­tin­dən, ir­qin­dən, di­lin­dən və di­nin­dən ası­lı ol­ma­ya­raq, bü­tün xalq­la­rın nü­ma­yən­də­lə­ri Azər­bay­can­da hə­mi­şə bö­yük sə­mi­miy­yət, meh­ri­ban­lıq və dost­luq şə­rai­tin­də ya­şa­mış­lar. Xal­qı­mı­zın ta­ri­xi onun yük­sək to­le­rant­lı­ğı və sülh­se­vər­li­yi fakt­la­rı ilə zən­gin­dir. Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin dinc yol­la tən­zim­lən­mə­si mə­sə­lə­sin­də də Azər­bay­can xal­qı bö­yük səbr və təm­kin nü­ma­yiş et­di­rir, möh­kəm və əda­lət­li sül­hün bər­qə­rar ol­ma­sı və re­gion­da təh­lü­kə­siz­lik üçün tə­mi­nat ya­ra­dıl­ma­sı yo­lun­da yo­rul­ma­dan səy­lər gös­tə­rir.

  La­kin bü­gün­kü real­lıq on­dan iba­rət­dir ki, Er­mə­nis­ta­nın tə­ca­vü­zü­nün nə­ti­cə­lə­ri Azər­bay­can üçün əsl mil­li fa­ciə­yə çev­ril­miş­dir. Bu gün Azər­bay­can­da mü­ha­ri­bə get­mir, la­kin Er­mə­nis­tan­la dai­mi sülh də bər­qə­rar edil­mə­miş­dir. "Nə mü­ha­ri­bə, nə də sülh" və­ziy­yə­ti - Azər­bay­can tor­paq­la­rı­nın iş­ğal al­tın­da qal­ma­sı, ça­dır dü­şər­gə­lə­ri, min­lər­lə qo­ca­nın, qa­dı­nın və uşa­ğın mə­şəq­qə­ti, bəd­bəxt­li­yi, çox­say­lı it­ki­lər isə mə­yus­luq ya­ra­dır.

  Dün­ya Azər­bay­can­lı­la­rı­nın I Qu­rul­ta­yı­nın iş­ti­rak­çı­la­rı bü­tün dün­ya ic­ti­maiy­yə­ti­nə, bey­nəl­xalq təş­ki­lat­la­rın rəh­bər­lə­ri­nə, ay­rı-ay­rı öl­kə­lə­rin döv­lət, hö­ku­mət və par­la­ment rəh­bər­lə­ri­nə, üzv­lə­ri­nə, bü­tün sülh­se­vər in­san­la­ra mü­ra­ciət edə­rək, Azər­bay­can xal­qı­nın haqq işi­nin mü­da­fiə olun­ma­sı, re­gion­da, həm­çi­nin dün­ya­da sülh və əmin-aman­lıq üçün təh­lü­kə tö­rə­dən Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin dinc yol­la, bey­nəl­xalq hü­quq və əda­lət prin­sip­lə­ri­nə uy­ğun ni­za­ma sa­lın­ma­sı üçün da­vam­lı səy­lər gös­tər­mə­yə ça­ğı­rır.

  Si­zi ta­ri­xən re­gion­da öz po­zu­cu­luq fəa­liy­yə­ti ilə prob­lem­lər ya­rat­mış da­va­kar er­mə­ni mil­lət­çi­lə­ri­nin, dün­ya­nın bir çox öl­kə­sin­də fəa­liy­yət gös­tə­rən er­mə­ni dias­po­ru və lob­bi­si­nin heç bir hü­qu­qi və mən­ti­qi əsa­sa söy­kən­mə­yən id­dia­la­rı­nın, ar­qu­ment­siz tə­ləb­lə­ri­nin əsl ma­hiy­yə­ti­nə bə­ləd ol­maq üçün prob­lem­lə da­ha ya­xın­dan ta­nış ol­ma­ğa, tə­ca­vüz­kar Er­mə­nis­tan­la iş­ğa­la mə­ruz qal­mış Azər­bay­ca­na fərq­li mü­na­si­bət nü­ma­yiş et­dir­mə­yə səs­lə­yi­rik.

  Ümid edi­rik ki, dün­ya­da sül­hün və əmin-aman­lı­ğın bər­qə­rar ol­ma­sı, xalq­la­rın dinc­lik və təh­lü­kə­siz­lik şə­rai­tin­də ya­şa­ma­sı üçün sə­mə­rə­li fəa­liy­yət gös­tə­rən bey­nəl­xalq təş­ki­lat­lar, ay­rı-ay­rı döv­lət­lər və dün­ya ic­ti­maiy­yə­ti sə­si­mi­zə səs ve­rə­cək, Qaf­qaz re­gio­nun­da­kı bu təh­lü­kə oca­ğı­nın ləğv edil­mə­si, mü­na­qi­şə­nin qar­şı­lıq­lı komp­ro­mis­lər əsa­sın­da, bey­nəl­xalq hü­qu­qun ha­mı­lıq­la qə­bul edil­miş nor­ma­la­rı­na uy­ğun ni­za­ma sa­lın­ma­sı üçün bü­tün po­ten­sial im­kan­lar­dan is­ti­fa­də edə­cək­lər.

  Si­zə əv­vəl­cə­dən öz də­rin min­nət­dar­lı­ğı­mı­zı bil­di­ri­rik.

 

                                                                                               Mü­ra­ciət Dün­ya Azər­bay­can­lı­la­rı­nın I Qu­rul­ta­yın­da ­qə­bul olun­muş­dur. 

                                                                                                                                                        Ba­kı şə­hə­ri, 10 no­yabr 2001-ci il.

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved