Diasporla İş üzrə Dövlət Komitəsi
  • Yeni sÉ™dr kollektivÉ™ tÉ™qdim olunubYeni sÉ™dr kollektivÉ™ tÉ™qdim olunub
  • "AzÉ™rbaycan Respublikası NazirlÉ™r Kabinetinin yeni tÉ™rkibi haqqında" AzÉ™rbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli SÉ™rÉ™ncamına É™lavÉ™lÉ™r edilmÉ™si barÉ™dÉ™ AzÉ™rbaycan Respublikası Prezidentinin SÉ™rÉ™ncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sÉ™dri ilÉ™ görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sÉ™dri ilÉ™ görüşüb
  • TürkiyÉ™dÉ™ki azÉ™rbaycanlılar ermÉ™ni hÉ™rbçilÉ™rinin tÉ™mas xÉ™ttindÉ™ törÉ™tdiyi tÉ™xribatı pislÉ™yibTürkiyÉ™dÉ™ki azÉ™rbaycanlılar ermÉ™ni hÉ™rbçilÉ™rinin tÉ™mas xÉ™ttindÉ™ törÉ™tdiyi tÉ™xribatı pislÉ™yib
  • Avropa azÉ™rbaycanlıları beynÉ™lxalq təşkilatlara ErmÉ™nistanın tÉ™xribatları ilÉ™ baÄŸlı bÉ™yanat ünvanlayıbAvropa azÉ™rbaycanlıları beynÉ™lxalq təşkilatlara ErmÉ™nistanın tÉ™xribatları ilÉ™ baÄŸlı bÉ™yanat ünvanlayıb


DÜNYA AZƏRBAYCANLILARININ I QURULTAYI NÜMAYƏNDƏLƏRİNİN 2001-Cİ İL SENTYABRIN 11-DƏ AMERİKA BİRLƏŞMİŞ ŞTATLARINDA TÖRƏDİLMİŞ QANLI TERROR HADİSƏSİ İLƏ BAĞLI AMERİKA XALQINA MÜRACİƏTİ


 

  Hörmətli xanımlar və cənablar!

  Dünya Azərbaycanlılarının Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən I Qurultayının nümayəndələri bildirir ki,  2001-ci ilin sentyabrın 11-də Amerikada törədilmiş terror hadisəsi  və bu hadisədə həyatını qurban vermiş insanların faciəsi dünyanın bütün tərəqqipərvər insanları kimi biz azərbaycanlıları da hiddətləndirmiş və məyus etmişdir.

  2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayına toplanmış 37 ölkənin nümayəndələri Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin  terror hadisəsindən dərhal sonra Amerika xalqına və konqresmenlərinə, Amerikanın Prezidenti cənab Corc Buşa ünvanlandığı müraciətə qoşulur, bu məsələ ilə bağlı onun prinsipial mövqeyini dəstəkləyir.

    Kütləvi insan faciəsi ilə müşayət olunan terrorizm Azərbaycan xalqına yaxşı tanışdır.1988-ci ildən başlayaraq qonşu Ermənistan və onun millətçi-separatçı qüvvələri tərəfindən dinc Azərbaycan əhalisinə qarşı yüzlərlə belə qanlı terror aktları törədilmişdir. Odur ki, Amerika Birləşmiş Ştatlarında törədilmiş terror hadisələri Azərbaycan xalqı tərəfindən daha kəskin hiddətlə qarşılanmışdır.

   Qurultay nümayəndələri 11 sentyabr terroru qurbanlarının xatirəsini dərin hüznlə yad edir və Amerika xalqına başsağlığı verir. Əminik ki, Amerika xalqının azadlıq əzmini, sülhsevər və ədalətli mövqeyini heç bir terror aktı ilə sındırmaq olmaz. Ümidvarıq ki, dünya ölkələrinin birgə səyi ilə bütün bəşəriyyət üçün ciddi təhlükə kəsb edən beynəlxalq terrorizm təhlükəsinə birdəfəlik son qoyulacaqdır.

   Sizə dərin hörmət və məhəbbətlə, dünya azərbaycanlıları”.

 

                                                                                                                                                        Müraciət Dünya Azərbaycanlılarının I Qurultayında qəbul edilmişdir.

                                                                                                                                                                                                                              Bakı şəhəri, 10 noyabr 2001-ci il

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved