• Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülübSoydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülüb
  • Moskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilibMoskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
  • Ulu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunubUlu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunub
  • Misirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıbMisirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıb
  • Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edibAzərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib


AZƏRBAYCAN-İSRAİL BEYNƏLXALQ ASSOSİASiYASININ TƏSİS QURULTAYI


 

2007-ci il aprel ayının 12-də Tel-Əviv şəhərində Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsis Qurultayı keçirilmişdir. Qurultayda İsrail Baş nazirinin müavini, Strateji planlaşdırma naziri Aviqdor Liberman, Baş nazirin müavini, Nəqliyyat naziri Şaul Mofaz, Turizm naziri İsax Aranoviç bu ölkənin bir sıra tanınmış ictimai xadimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.

 

 

Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayı

 

Türkiyədən bu ölkənin İsraildəki səfiri Mehmet Tan, Mərmərə Strateji və Sosial Araşdırmalar Vəqfinin prezidenti Akkan Suverin başçılığı ilə nümayəndə heyəti Qurultayda qonaq qismində iştirak etmişdir. Qurultayda ABŞ, İsveçrə, Ukrayna, Rusiya, Moldova, Özbəkistan və digər ölkələrdəki yəhudi icmalarının nümayəndələri iştirak etmişlər.

Qurultayda İsralin 26 şəhərində yaşayan 30 minə yaxın Azərbaycandan köçmüş yəhudini təmsil edən 30 Azərbaycan icması tərəfindən seçilmiş 408 nəfər nümayəndə iştirak etmişdir.

 


Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayı

 

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Qurultayda çıxış etmişdir. Dövlət Komitəsinin sədri Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının yaradılmasını Azərbaycan diasporunun həyatında mühüm hadisə kimi qiymətləndirərək, bu təşkilatın xalqlarımız və ölkələrimiz arasında münasibətlərə böyük təkan verəcəyinə inandığı vurğulamışdır.  O, yəhudilərin Azərbaycanda 2500 ilə yaxındır ki, yaşadığını xatırladaraq, qeyd etmişdir ki, ölkəmizdəki tolerantlıq bütün digər azsaylı millətlər kimi, yəhudilərin də tamhüquqlu vətəndaş olaraq təhlükəsiz şəraitdə yaşaması üçün zəmin yaratmışdır. N.İbrahimov qeyd etmişdir ki, yəhudilər daim azərbaycanlılarla dostluq və mehribanlıq şəraitində yaşamış, ən çətin məqamlarda bir-birinə dayaq olmuşlar. O, Azərbaycanda antisemitizm meyillərinin heç vaxt mövcud olmadığını xatırladaraq, ölkəmizdə yəhudi sinaqoqlarının sərbəst fəaliyyət göstərdiyini, dövlətin daim yəhudilərə diqqətlə yanaşdığını bildirmişdir.

 


 

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə

Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycan-İsrail

Beynəlxalq Assosiasiyasının təsis qurultayında çıxış edir

 

N.İbrahimov öz nitqində Azərbaycan və Yəhudi xalqlarının tarixindəki paralellərə diqqət çəkmiş və hər iki xalqın daim deportasiyalara və soyqırımlara məruz qaldığını xatırlatmışdır: «Öz çoxəsrlik tarixi ərzində dəfələrlə soyqırım və deportasiyalara məruz qalmış Azərbaycan xalqı Yəhudi xalqının hisslərini çox yaxşı başa düşür» deyən Dövlət Komitəsinin sədri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün Yəhudi diasporunun dəstəyinə böyük ehtiyac duyulduğunu vurğulamışdır.

N.İbrahimov Yəhudi və Azərbaycan diasporları arasında əməkdaşlq təcrübəsinin artıq mövcud olduğunu söyləyərək, bu əlaqələri daha peşəkar və təkmil səviyyədə davam etdirməyin vacib olduğunu demişdir. O, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının bu istiqamətdə uğurlu fəaliyyət göstərəcəyinə əmin olduğunu qeyd etmişdir.

 


 

İsrail Baş nazirinin müavini, strateji planlaşdıma naziri

A.Liberman qurultayda təbrik nitqi söyləyir

 

İsrail Baş nazirinin müavini, Strateji planlaşdıma naziri A.Liberman isə öz çıxışında Assosiasiyanın Azərbaycan-İsrail münasibətlərinin inkişafında əhəmiyyətli rol oynayacağına inandığını söyləmişdir. O, Azərbaycanda həmişə yəhudilərə qarşı yüksək tolerantlığın olduğunu, bunu Azərbaycan xalqının müdrikliyinin, ölkə rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndirdiyini vurğulamışdır.

«II Dünya müharibəsi dövründə minlərlə yəhudi başqa ödkələrdə təhdid və təzyiqlərlə üzləşəndə məhz Azərbaycana pənah aparmışdır. Azərbaycanda bu gün yəhudi sinaqoqları, məktəbləri fəaliyyət göstərir. Biz bunu çox yüksək qiymətləndiririk» - deyə o bildirmişdir. A.Liberman iki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensialın mövcud olduğunu qeyd edərək, bu potensialdan səmərli istifadə etməyi qarşıda duran əsas vəzifə kimi  səciyyələndirmişdir.

 


 

İsrailin baş nazirinin müavini, nəqliyyat naziri Şaul Mofaz qurultayda çıxış edir

 

İsrailin Nəqliyyat naziri Şaul Mofaz Azərbaycan-İsrail Assosiasiyasının yaradılmasını qeyri-adi hadisə kimi qiymətləndirmişdir. O, İsrail əhalisinin böyük hissəsinin repatriantlardan ibarət olduğuna diqqəti çəkərək demişdir ki, Azərbaycandan köçmüş yəhudilərin bir araya gəlməsi, vahid bir təşkilatda birləşməsi və Azərbaycanın maraqlarını müdafiə etməyə çalışması onların bu ölkəyə sevgisinin təzahürüdür. Ş.Mofaz Azərbaycanın ən çətin məqamlarda Yəhudi xalqına dəstək olduğunu söyləmişdir.

 


 

İsrailin turizm naziri İsax Aranoviç Qurultayda çıxış edir

 

İsrailin Turizm naziri İsax Aranoviç Assosiasiyanın yaradılması münasibətilə qurultay iştirakçılarını təbrik etmişdir. O,  Azərbaycandan köçmüş yəhudiləri İsraillə Azərbaycan arasında  körpü adlandırmışdır. «İsraildə 80 mindən çox Azərbaycandan köçmüş yəhudi yaşayır. Onlar bizim ölkələrimizi birləşdirən körpüdür». Nazir İsralin Azərbaycanla turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd etmişdir.

Türkiyənin Mərmərə Strateji və Sosial Araşdırmalar Vəqfinin Prezidenti Akkan Suver təbrik nitqi ilə çıxış edərək təşkilatın fəaliyyətinə uğurlar arzulamışdır. O, tədbirdə İsrailin üç nazirlə təmsil olunmasını dövlətin bu qurultaya verdiyi əhəmiyyətin təzahürü kimi qiymətləndirmişdir.

 


 

Türkiyənin Mərmərə Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri

Akkan Suver təbrik nitqi ilə çıxış edir

 

Qurultayda çıxış edən digər nümayəndə və qonaqlar da Assosiasiyanın yaradılmasının əhəmiyyətini yüksək qiymətləndirmiş təşkilatın fəaliyyətinə uğurlar arzulamışlar.

Sonra təşkilati məsələlərə baxılmışdır. Assosiasiyanın proqram və nizamnaməsi təsdiq edildikdən sonra Qurultay nümayəndələrinin yekdil rəyi əsasında İsrail Parlamentinin deputatı İosif Şaqal Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının sədri seçilmişdir. Daha sonra regionlar üzrə sədr müavinləri, Rəyasət Heyətinin, İdarə heyətinin, İctimai Şura və  Ağsaqallar Şurasının üzvləri seçilmiş,  Təşkilatın nəzdində müxtəlif sahələr üzrə fəaliyyət göstərəcək 12 komitə yaradılmışdır. 

 


 

Azərbaycan-İsrail Assosiasiyasının sədri İosif Şaqal

seçkilərdən sonra Qurultay iştirakçıları qarşısında çıxış edir

 

Sonda Qurultayın qətnaməsi və iştirakçıldar adından Azərbaycan Prezidentinə və İsrail Baş nazirinə müraciət qəbul edilmişdir. (əlavə olunur).

Qurultay başa çatdıqdan sonra Azərbaycan incəsənət ustaları konsert proqramı ilə çıxış etmişlər.

 


 

Tel-Əviv şəhərində  Azərbaycan incəsənət ustaları konserti

 

 

 

 

 

Sonda Təşkilat Komitəsi adından Qurultay iştirakçılarının şərəfinə ziyafət verilmişdir.

 


 

Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsis Qurultayı iştirakçılarının şərəfinə ziyafət

 

Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayında İsrailin dövlət rəsmilərinin, bu ölkənin bir sıra tanınmış ictimai xadimlərin, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı İsrail dövlətinin bu Assosiasiyanın yaranmasına verdiyi əhəmiyyətin təzahürü olmuşdur. 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved