• Dünya çempionu ilə diaspor təşkilatında görüş keçirilibDünya çempionu ilə diaspor təşkilatında görüş keçirilib
  • Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Azərbaycan Odlar Yurdu" adlı tədbir keçirilib
  •  Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
  • Oktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündürOktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündür
  • "The Jerusalem Post" qəzetində "Ermənistan Cənubi Qafqazda yox olmaq həddinə çatmış dövlətdir" adlı məqalə dərc olunub


"Xəzəryanı Ölkələrin Xarici Siyasətinin Formalaşmasında Enerjidaşıyıcılarının rolu" mövzusunda elmi-praktiki konfrans


2009-cu ilin may ayında Kanadada Beynəlxalq Əlaqələr üzrə “Munk Mərkəzi”nin “Vivian & David Campbell” konfrans zalında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunmuş “Xəzəryanı Ölkələrin Xarici Siyasətinin Formalaşmasında Enerjidaşıyıcılarının rolu” mövzusunda elmi-praktiki konfrans öz işinə başlamışdır. Konfransda Kanada, ABŞ və Azərbaycandan məruzəçilər iştirak etmişdilər.

Konfransda ilk çıxışı London İqtisadi və Siyasi Elmlər Universitetinin nümayəndəsi Aslan Amani etmişdir.  

Toronto Universitetinin təmsilçisi Dr. Lukan Vay “Sabiq Sovetlər İttifaqında sabitlik mənbələri: Azərbaycan müqayisəli perspektivdə”, həmin Universitetin daha bir alimi Dr. Robert Austinin  isə “Azərbaycanın xarici siyasətinə kənardan müşahidə perspektivləri”  mövzusunda məruzə ilə çıxış etmişdir.

Konfransda çıxış edən Stonbric Beynəlxalq Məhdud Məsuliyyətli Cəmiyyətin aparıcı məsləhətçisi Dr. Elşən Ələkbərovun məruzəsi “Xəzər hövzəsi enerji sektorunun inkişafında siyasi və kommersiya reallıqları: Rusiya, ABŞ, Avropa İttifaqı və Cin mənbə və təsir axtarışında” mövzusunda olmuşdur.

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavanşir Vəliyev “Azərbaycanın xarici siyasətinin əsas prioritetləri" mövzusunda məruzə ilə çıxış etmişdir.

Konfransdan sonra Azərbaycan Respublikasının enerji ehtiyatları və xarici siyasətinə dair fikir mübadiləsi həyata keçirilmişdir.

Dəyirmi masadan sonra Konfrans iştirakçılarına rəsmi ziyafət verilmişdir.

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved