• Soydaşımız Çexiya çempionu olubSoydaşımız Çexiya çempionu olub
  • Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti veribÜmumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti verib
  • Misir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıbMisir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıb
  • Soydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edibSoydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edib
  • Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilibBirləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib


09 Noyabr 2009 - cu il tarixində Macarıstanda


Tədbir Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun və Macarıstan Elmlər Akademiyası Dünya İqtisadiyyatı İnstitutunun, eləcə də Azərbaycan Parlamentindəki Macarıstan-Azərbaycan dostluq qrupunun iştirakı ilə baş tutub.

Elmi forumun əsas mövzuları iqtisadiyyat, hüquq və siyasət məsələləri olub. Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov deyib ki, konfrans səfirliyin Budapeştdə keçirdiyi illik elmi forumlar silsiləsindən sayca dördüncü olsa da, macarıstanlı və azərbaycanlı iqtisadçı alimlərin iştirak etdiyi ilk forumdur. Həsənov səfirliyin təşəbbüsü ilə əvvəllər keçirilmiş "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" silsiləsindən konfranslar barədə məlumat verib. Səfir qeyd edib ki, budəfəki konfrans əvvəllər təklif edilmiş ideyaların inteqrasiya olunması, müzakirə edilən məsələlərin formatının və mövzu dairəsinin genişlənməsi baxımından öncəkilərdən fərqlənir. O. Azərbaycan səfirliyinin çap etdirdiyi kitabları və kitabçaları konfrans iştirakçılarına təqdim edib.

Milli Məclisin deputatı Xanhüseyn Kazımlı milli iqtisadiyyatın inkişafında Azərbaycanın uğurlarını əks etdirən statistik rəqəmlər səsləndirib. "O deyib ki, bizim əsas siyasi məqsədimiz Azərbaycan cəmiyyətində sosial sabitliyin təmin edilməsidir. Ölkədə xarici iş adamlarının investisiya fəaliyyəti üçün əlverişli şərait yaradılıb, əcnəbi sərmayədarların işi üçün zəruri sosial-hüquqi baza təmin edilib. Millət vəkili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif səviyyəli beynəlxalq müzakirələri zamanı Macarıstan hökumətinin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib və bunun üçün macar xalqına minnətdarlığını bildirib"

Budapeştdə "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" mövzusunda IV elmi konfrans başa çatmışdır :

 

Noyabrın 17-dən 19-dək Budapeştdə "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" silsiləsindən növbəti beynəlxalq elmi konfransın ikinci hissəsi keçirilmişdir. Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil edilmiş elmi forum səfirliyimizin böyük konfrans salonunda keçirilmişdir. Hatırladım ki, konfransın iqtisadiyyat, hüquq, siyasət məsələlərinə həsr edilmiş birinci hissəsi noyabrın 3-4-də baş tutmuşdur. Konfransın ikinci hissəsinin əsas mövzuları isə ədəbiyyat, linqvistika, tarix, arxeologiya və etnoqrafiya məsələləri idi. Konfransın işində dünyanın 10 ölkəsindən alimlər iştirak etmişdir.

Tədbiri Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov açmışdir. O, giriş sözündə "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" silsiləsindən səfirliyin təşəbbüsü ilə keçirilmiş əvvəlki elmi konfranslar barədə məlumat verərək qeyd etmişdir ki, forum iştirakçılarının sayının ilbəil artması Macarıstan cəmiyyətində Azərbaycana marağın artmasına dəlalət edir. Səfir iki macar aliminə - Dyurd Xazai və İştvan Vaşariyə xatirə hədiyyələri təqdim edərək bildirmişdir ki, onlar həmin mükafata Macarıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə verdikləri böyük töhfəyə görə layiq görülmüşlər.

Macarıstanın xarici işlər naziri Peter Balajın konfrans iştirakçılarına təbrik məktubu oxunmuşdur. Məktubda deyilir: "Sevinclə qeyd edə bilərəm ki, qarşılıqlı səylər sayəsində ikitərəfli münasibətlərimiz getdikcə dərinləşir. Bu, təkcə siyasi dialoqun səviyyəsində deyil, maarif, elm, mədəniyyət kimi sahələrdə də əməkdaşlığın intensivliyinin artmasında təzahür edir. Azərbaycan mədəniyyətinin nadir dəyərləri, o cümlədən onun memarlığını, ədəbiyyatını, xalq musiqisini, xalq ənənələrini və dil irsini nəzərə alsaq, qarşımızda elə bir əlvan mənzərə açılar ki, Azərbaycan xalqı haqlı olaraq onunla fəxr edə bilər".

Konfransın ikinci hissəsinin işində Azərbaycanın tanınmış alimləri Yaqub Mahmudov, Nailə Vəlixanlı, Maisə Rəhimova, Zaur Həsənov, Səfər Aşurov, İlyas Babayev, Xeyirbəy Qasımov, Səttar Məcidov, İradə Səfərova, Aysel Kərimova, Ələkbər Ələkbərov iştirak etmişlər.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved