• Dünya çempionu ilə diaspor təşkilatında görüş keçirilibDünya çempionu ilə diaspor təşkilatında görüş keçirilib
  • Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Azərbaycan Odlar Yurdu" adlı tədbir keçirilib
  •  Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
  • Oktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündürOktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündür
  • "The Jerusalem Post" qəzetində "Ermənistan Cənubi Qafqazda yox olmaq həddinə çatmış dövlətdir" adlı məqalə dərc olunub


7 mart 2009-cu il tarixində Niderland Krallığının Amsterdam şəhərində "Benilüks Azərbaycanlıları Konqresi


7 mart 2009-cu il tarixində Niderland Krallığının Amsterdam şəhərində "Benilüks Azərbaycanlıları Konqresi"nin II Qurultayı keçirilmişdir.

Qurultayda BAK-ın 2 illik fəaliyyəti ilə bağlı filmin nümayışınan sonra Sahil Qasımov hesabat məruzəsi ilə çıxış etmişdir.

Qurultayda Azərbaycan Respublikasının Niderland Krallığındakı Fövqəladə və Səlahiyətli Səfiri Fuad İsgəndərov, Milli Məclisin üzvüləri, Azərbaycan-Lüksenburq parlamentlər arası dostluq qrupunun rəhbəri Elmira Axundova; Azərbaycan-Niderland Krallığının parlamentlər arası dostluq qrupunun rəhbəri Adil Əliyev; Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri İlham Məmmədov; Hollandiya işçi partiyasının üzvü (PVDA), Niderland Parlamentinin üzvü, Millət vəkili Söngül Akkaya; VVD partiyasının üzvü, Parlament üzvü, millət vəkili Köksal Gör; CDA partiyasından (Xristian Partiyasi) Osman Almaci; Avropa Türk Demokratlar Birliyinin Baş katibi Ahmet Suat Ari; Gazaxstanın Niderland Krallığındakı Səfirliyinin əməkdaşı, BAK-in Idare Heyyetinin uzvu, Benilüksda Azərbaycanlı Gənclərin Koordinasiya Şurasının sədri Musa Pünhan çıxış etmişlər.

Toplantıda Amsterdam şəhər meriyasının Eindhoven şəhər bələdiyyəsinin, Brabant əyalətinin, Senator Joyse Silvesterin təbrik məktubları səsləndirilmişdir

BAK-ın II Qurultayında Gazaxstanın səfiri Mainura Murzamadiyeva, Ukraynanın səfiri Vaqsiliy Korzoçenko, Gürcüstanın səfiri Maya Pançikidze və digər rəsmi nümayəndələr iştirak etmişlər. Eyni zamanda Qurultayın işinə qonaq qismində Almaniyadan, Fransadan, Rumıniyadan və İngiltərədən Azərbaycan diaspor nümayəndələri qatılmışlar.

Sonra Qurultay Benelüks Azerbaycanlıları Konqresinin təsis etdiyi və səkkiz güşəli ulduz formasında   nəfis  şəkildə platindən və  qiymətli  daşlarla bəzədilmiş  yüksək mükəfat Azərbaycanın milli-mənəvi dəyərlərinin, tariximizin və zəngin mədəniyyətimizin Beynəlxalq aləmdə təbliğində apardığı məqsədyönlü və uğurlu fəaliyyətinə görə YUNESKONUN ve İSESKONUN xoşməramlı Səfiri, millət vəkili Mehriban xanım Əliyeva təltif edilmişdir.

Eyni zamanda BAK-ın  fəaliyyətinə yaxından köməklik göstərdiklərinə görə DK-nın sədri Nazim İbrahimova,  AR-nın  Niderlandakı Səfiri Fuad İskəndərova, Millət vəkilləri Elmira Axundovaya, Adil Əliyevə, Benilüks News qəzetinin redaktoru Taleh Həsənova , kino operator Hüseyn Igdıra mükəfat təqdim edilmişdir. 

Qurultay  BAK-ın təşkilat məsələsinə baxmışdır. Elsevər Məmmədov BAK-ın sədri  seçilmişdir. Təşkilatı sabiq sədri Sahil Qasımov ise BAK-ın Fəxri sədri seçilmişdir.  

Tədbirin rəsmi hissəsindən sonra Amsterdam və Rotterdam şəhərlərində fəaliyyət göstərən "Həftə sonu" məktəblərinin şagirdləri və Azərbaycan incəsənət ustaları Azərin, Tünzalə Ağayeva, Elza Seyidcahan konsert proqramı ilə çıxış etmişlər.

     .

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved