• Soydaşımız Çexiya çempionu olubSoydaşımız Çexiya çempionu olub
  • Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti veribÜmumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti verib
  • Misir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıbMisir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıb
  • Soydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edibSoydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edib
  • Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilibBirləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib


İsveç Azərbaycanlıları Konqresinin təsis qurultayı


İsveç Krallığında fəaliyyət göstərən bir neçə diaspor təşkilatı Azərbaycan həqiqətlərini, tarixini və mədəniyyətini yaşadıqları ölkənin ictimaiyyətinə çatdırmaq, cəmiyyətlər arasında əlaqələrini inkişaf etdirmək, güclərini səfərbər etmək, fəaliyyətlərini koordinasiya etmək və mövcud olan problemləri həll etmək məqsədilə 2009-cu ilin 29 iyun tarixində İsveç Azərbaycanlıları Konqresinin yaranması üçün Təşkilat Komitəsi təsis etmişlər. Təşkilat Komitəsinin işi nəticəsində 5 iyun 2010-cu il tarixində Stokholm şəhərinin „Radisson Blu Royal Viking“ otelində 15 diaspor təşkilatının iştirakı ilə İsveç Azərbaycanlıları Konqresinin təsis Qurultayı keçirilmişdir. Qurultayda Azərbaycan Respublikasının İsveç Krallığındakı Fövqəladə və Səlahiyyətli səfiri R.Ibrahimov, Türkiyə və Gürcüstan səfirliklərinin nümayəndələri, İsveç Türk Federasiyasının nümayəndə heyəti, İsveç Krallığının Milli Azlıqlarla İş üzrə dövlət qurumunun məsulu iştirak etmişlər. Konqresin yaranması ilə əlaqədar Azərbaycan Respublikasının İsveç Krallığındakı Fövqəladə və Səlahiyyətli səfiri Rafael İbrahimov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Qərbi Avropa şöbəsinin müdiri İlham Məmmədov, İsveç Türk Federasiyasının sədri Həsən Dölək, İsveç Krallığının Milli Azlıqlarla İş üzrə dövlət qurumunun məsulu Janne Holstrom çıxış edərək, öz təbriklərini Konqres iştirakçılarına çatdırmışdırlar. Qurultayın sonunda keçirilən seçkilərin nəticəsində İsveç Azərbaycanlıları Konqresinin İdarə Heyəti aşağıdakı kimi müəyyən edilmişdir:

 

 

1.      Emil Mirzəyev (sədr)

2.      Elyar Məhərrəmov

3.      Qabil Nəsirov

4.      Aslan Arablui

5.      Leyla Kiani

6.      Arzu Rüstəmova

7.      Gülnarə Qasımova

8.      Nadir Hollenbrand

9.      Eldar Qaradağlı

10.   Namiq Hacıyev

11.   Mehman Cabbarov

 

MEDİATEKA
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved