• Diaspor rəhbəri Misir parlamentində görüş keçiribDiaspor rəhbəri Misir parlamentində görüş keçirib
  • Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülübSoydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülüb
  • Moskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilibMoskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
  • Ulu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunubUlu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunub
  • Misirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıbMisirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıb


AZƏRBAYCAN RESPUBLIKASI VƏTƏNDAŞLIĞININ BƏRPA EDILMƏSI PROSEDURLARI NECƏDİR


Azərbaycan Respublikasının vətəndaşlığına bərpa («Azərbaycan Respublikasinin vətəndaşliği haqqinda» Azərbaycan Respublikasinin Qanunu. Maddə 15)
Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin vəsatəti ilə o, bu qanunun 14-cü maddəsinin ikinci hissəsində sadalanmış məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilə bilər.
Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödəyir.
Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilməsi ilə bağlı tələb olunan sənədlər
•    Ərizə-anket (tərcümeyi-hal)
•    Azərbaycan Respublikası Prezidenti adına ərizə
•    4 ədəd fotoşəkil (3x4 sm ölçüdə)
•    Şəxsiyyəti təsdiq edən sənədin surəti
•    Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi barədə sənəd
•    Ailə tərkibi haqqında arayış
•    QİÇS müayinəsindən keçməsi və sağlamlıq haqqında arayış (vətəndaşlığı bərpa olunmaq üçün müraciət edən şəxs respublikanı tərk etməyibsə bu sənəd tələb olunmur)
•    Dövlət rüsumunun ödənilməsi barədə sənəd
Azərbaycan Respublikası vətəndaşlığına bərpa barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış vəsatətləri Azərbaycan Respublikasının ərazisində yaşayan şəxslər Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan şəxslər isə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və ya konsulluq idarələrinə təqdim edirlər. (Azərbaycan Respublikasinin vətəndaşliği məsələlərinə baxilmasi və onlarin həlli qaydalari haqqinda»
Əsasnamə)
Azərbaycan Respublikası vətəndaşlığına bərpa barədə Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəliklərinə və konsulluq idarələrinə daxil olmuş sənədlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilir.
 

VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved