• V Qlobal Bakı Forumu başa çatıbV Qlobal Bakı Forumu başa çatıb
  • Qlobal Bakı Forumu panel müzakirələrlə davam edibQlobal Bakı Forumu panel müzakirələrlə davam edib
  • V Qlobal Bakı Forumunda gənclərin iştirakı ilə keçən plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıbV Qlobal Bakı Forumunda gənclərin iştirakı ilə keçən plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıb
  • V Qlobal Bakı Forumunda Avropanın gələcəyinə dair müzakirələr aparılıbV Qlobal Bakı Forumunda Avropanın gələcəyinə dair müzakirələr aparılıb
  • V Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunubV Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunub


Tamara Qaziyeva


Sual:Azərbaycana gediş gəliş vizalarının alınması qaydaları necədir
 
Cavab:

 
Konsul leqallaşdırması
Ümumi müddəalar
 
Konsul le­qal­laş­dır­ma­sı sənədlərdəki və akt­lar­da­kı im­za­la­rın həqi­qi­li­yi­ni, bu sənəd və akt­la­rın kon­sul­lu­ğun yer­ləş­di­yi dövlətin qa­nun­la­rı­na uy­ğun ol­ma­sı­nı müəy­yən­ləş­dirmək və təsdiq etmək­dən ibarətdir.
Kon­sul le­qal­laş­dı­rıl­ma­sı sənədlərin və akt­la­rın bey­nəl­xalq aləmdə hü­qu­qi qüvvəsi­ni təsdiqləyir.
Azərbay­can Res­pub­li­ka­sı­nın Kon­sul ni­zam­namə­si­nin 54-cü maddəsinə uy­ğun ola­raq Azərbay­can Res­pub­li­ka­sı­nın kon­su­lu­na sənəd və akt­la­rın le­qal­laş­dı­rıl­ma­sı üzrə funk­si­ya­lar həvalə edi­lir.
Kon­sul le­qal­laş­dır­ma­sı üzrə funk­si­ya­lar:
a) xa­ri­ci ölkələrdə - Azərbay­can Res­pub­li­ka­sı­nın kon­sul­luq­la­rı;
b) Azərbay­can Res­pub­li­ka­sın­da - Azərbay­can Res­pub­li­ka­sı Xa­­rici İşlər Na­zir­li­yi­nin Kon­sul­luq İdarə­si tərəfindən həya­ta ke­çi­ri­lir.
Xa­ri­ci dövlətlərin idarələrinə, təşki­lat­la­rı­na,­ fi­zi­ki və hü­qu­qi şəxslərinə məxsus sənədlər və akt­lar, Azərbay­can Res­pub­li­ka­sı­nın qa­nun­ve­ri­ci­li­yində və ya Azərbay­can Res­pub­li­ka­sı­nın və bu sə­nəd­ləri tərtib edən idarə və təşki­lat­la­rın mənsub ol­du­ğu dövlətin iş­ti­rak et­di­yi bey­nəlxalq mü­qa­vilələrdə digər hal­lar nəzərdə tu­tul­ma­mış­dır­sa, yal­nız kon­sul le­qal­laş­dır­ma­sın­dan son­ra Azərbay­can Res­pub­li­ka­sı­nın idarə və təşki­lat­la­rı tərəfindən ba­xıl­maq üçün qəbul edi­lir.
Hü­qu­qi yar­dım haq­qın­da Azərbay­can Res­pub­li­ka­sı­nın iş­ti­rak et­di­yi beynəlxalq mü­qa­vilələrə əsasən bu mü­qa­vilələrə üzv olan xa­ri­ci dövlətlərin idarə və təşki­lat­la­rı­nın sənədləri və akt­la­rı le­qal­laş­dı­rıl­ma­dan Azər­bay­­can Res­pub­li­ka­sı əra­zi­sində ba­xıl­ma­sı üçün qəbul edi­lir.
Azərbay­can Res­pub­li­ka­sı­nın kon­sul­luq­la­rı və dip­lo­ma­tik nü­ma­yən­də­lik­lə­ri­nin kon­sul­luq şö­bə­lə­ri tərəfindən sənəd­lərin, akt­la­rın le­qal­laş­dı­rıl­ma­sı kon­sul, kon­sul­luq dairə­si­nin ha­ki­miyyət or­qan­la­rı­nın iş­ti­ra­kı ilə tərtib edil­miş və ya bu or­qan­lar­dan da­xil ol­muş sənəd və akt­la­rı le­qal­laş­dı­rır.   
 
Sənəd və akt­la­rın Azərbay­can Res­pub­li­ka­sın­da le­qal­laş­dı­rıl­ma­sı
Azərbay­can Res­pub­li­ka­sı Xa­ri­ci İşlər Na­zir­li­yi­nin Kon­sul­luq İdarə­si xa­ri­ci ölkələrin idarə və təşki­lat­la­rı­na, hü­qu­qi və fi­zi­ki şəxslərinə məxsus sənədləri həmin dövlətlərin Azər­­­­bay­can Res­pub­li­ka­sın­da­kı Səfir­liklərin­də və ya Kon­sul­luq­la­rın­da, is­tis­na hal­lar­da isə Azərbay­can Res­pub­li­ka­sın­da belə nü­mayəndəli­yi ol­ma­yan döv­lətlə­rin Xa­ri­ci İşlər Na­zir­li­yində le­qal­laş­dı­rıl­dıq­dan son­ra le­qal­laş­dı­rır.
Azərbay­can Res­pub­li­ka­sı Xa­ri­ci İşlər Na­zir­li­yi­nin Kon­sul­luq İdarə­sində xa­ri­ci dövlətlərin Azərbay­can Res­pub­li­ka­sın­da­kı Səfir­likləri­nin le­qal­laş­dır­ma­ğa səla­hiyyətli şəxsləri­nin im­za və mö­hür nü­munələri ol­ma­lı­dır.
Azərbay­can Res­pub­li­ka­sı Xarici İşlər Na­zir­li­yi­nin Kon­sul­luq İdarə­sində Azərbay­can­da səfir­likləri və kon­sul­luq­la­rı ol­ma­yan xa­ri­ci dövlətlərin Xa­ri­ci İşlər Na­zir­likləri­nin mö­hür və rəsmi sənədləri im­za­la­ma­ğa səla­hiyyətli şəxsləri­nin im­za nü­munələri ol­ma­lı­dır.
Azərbay­can Res­pub­li­ka­sı Xa­ri­ci İşlər Na­zir­li­yi­nin Kon­sul­luq İdarə­si, ey­ni za­man­da, Azərbay­can Res­pub­li­ka­sı­nın idarə və təşki­lat­la­rı­na, ­fi­zi­ki və hü­qu­qi şəxslərinə məxsus və xa­ricdə təqdim edilməsi nəzərdə tu­tul­muş sənədləri və akt­la­rı le­qal­laş­dı­rır.
Azərbay­can Res­pub­li­ka­sı Xa­ri­ci İşlər Na­zir­li­yi­nin Kon­sul­luq İdarə­sində Azərbay­can Res­pub­li­ka­sı­nın VVAQ or­qan­la­rı tərəfin­dən ve­rilən vətəndaş­lıq vəziy­yə­ti haq­qın­da şəhadətnamələr, həmçi­nin, əcnəbilərə ve­ri­lən Azərbay­can Res­pub­li­ka­sı­nın təhsil dip­lom­la­rı­nın əsli le­qal­laş­dı­rı­lır. VVAQ şəhadətnamələri və dip­lom­lar xa­ri­ci ölkələr üçün nəzərdə tu­tul­muş mü­va­fiq se­ri­ya­lı blank­lar­da tərtib edil­di­yi və hə­qi­qi­li­yi şübhə do­ğur­ma­dı­ğı təqdirdə le­qal­laş­dı­rı­lır.
Azərbay­can Res­pub­li­ka­sı Xa­ri­ci İşlər Na­zir­li­yi­nin Kon­­sul­luq İdarə­sində le­qal­laş­dı­rıl­ma­lı olan sənədlə­ri və akt­la­rı no­ta­rial qay­da­da təsdiq etmək səla­hiyyətinə ma­lik mə­sul şəxslərin mö­hür və im­za nü­munələri ol­ma­lı­dır.
   Sənədlərin le­qal­laş­dı­rıl­ma­sı üçün tu­tu­lan rü­sum­lar:
4 ma­nat- Azər­bay­can Res­pub­li­ka­sın­da;
50 ABŞ dol­la­rı - xa­ri­ci öl­kə­də;
Sə­nəd­lə­rin le­qal­laş­dı­rıl­ma­sı;
 
Əc­nə­bi­lər üçün:
Le­qal­laş­dı­rıl­ma üçün sə­fir­li­yə təq­dim olu­na­caq sə­nəd sə­la­hiy­yət­li tər­cü­mə­çi tə­rə­fin­dən Azər­bay­can di­li­nə tər­cü­mə olun­ma­lı­dır. Əri­zə­çi­lə­rə töv­si­yə olun­ma­lı­dır ki, sə­nəd­lər, həm­çi­nin:
1) No­ta­rius tə­rə­fin­dən təs­diq edil­sin;
2) Öz Xa­ri­ci İşlər Na­zir­lik­lə­ri tə­rə­fin­dən təs­diq edil­sin.
 
A­zər­bay­can və­tən­daş­la­rı üçün:
Le­qal­laş­dı­rıl­maq üçün sə­fir­li­yə təq­dim olu­na­caq sə­nəd sə­la­hiy­yət­li tər­cü­mə­çi tə­rə­fin­dən in­gi­lis di­li­nə tər­cü­mə olun­ma­lı­dır. Əri­zə­çi­yə töv­si­yə olun­ma­lı­dır ki, sə­nəd­lər, həm­çi­nin:
1) Azər­bay­can Res­pub­li­ka­sı Xa­ri­ci İşlər Na­zir­li­yi tə­rə­fin­dən təs­diq edil­sin;
2) Sə­nəd­lər və tər­cü­mə­lər çap şək­lin­də ol­sun.
 
Sə­nəd­lə­rin sor­ğu­su:
A­zər­bay­can Res­pub­li­ka­sı­nın xa­ric­də­ki və­tən­daş­la­rı və əc­nə­bi­lə­rin Azər­bay­can Res­pub­li­ka­sı­nın xa­ric­də­ki dip­lo­ma­tik nü­ma­yən­də­li­yi kon­sul­luq şö­bə­si va­si­tə­si ilə Azər­bay­can Res­pub­li­ka­sı Əd­liy­yə Na­zir­li­yi­nin Baş Ar­xiv İdarə­si­nə mü­ra­ciət et­mək və müəy­yən sə­nəd­lər üz­rə sor­ğu gön­dər­mək hü­qu­qu var­dır. Növ­bə­ti mər­hə­lə aşa­ğı­da­kı ki­mi­dir:
Ə­ri­zə­çi Azər­bay­can Res­pub­li­ka­sı­nın Kon­su­lu­na mü­ra­ciət et­mə­li və tə­ləb olu­nan hər bir sə­nəd üçün iki əri­zə an­ket­ for­ma­sı dol­dur­maq­la la­zı­mi kon­sul­luq rü­su­mu­nu ödə­mə­li­dir.
Sor­ğu Azər­bay­can Res­pub­li­ka­sı Xa­ri­ci İşlər Na­zir­li­yi­nin Kon­sul­luq İdarə­si tə­rə­fin­dən Azər­bay­can Res­pub­li­ka­sı Əd­liy­yə Na­zir­li­yi­nin Baş Ar­xiv İdarə­si­nə gön­də­ri­lir. Sorğu üz­rə ax­ta­rış bit­dik­dən son­ra Baş Ar­xiv İdarə­si tə­ləb olu­nan sə­nə­di Azər­bay­can Res­pub­li­ka­sı Xa­ri­ci İşlər Na­zir­li­yi­nin Kon­sul­luq İdarə­si­nə gön­də­rir ki, o da öz növ­bə­sin­də bu­nu sor­ğu əri­zə­si­nin ve­ril­di­yi kon­sul­luq böl­mə­si­nə gön­də­rir.
 
Və­tən­daş­lıq və­ziy­yə­ti akt­la­rı­nın döv­lət qey­diy­ya­tı:
A­zər­bay­can Res­pub­li­ka­sı­nın xa­ric­də ya­şa­yan və­tən­daş­la­rı­nın Və­tən­daş­lıq və­ziy­yə­ti akt­la­rı­nın döv­lət qey­diy­ya­tı Azər­bay­can Res­pub­li­ka­sı­nın kon­sul­luq­la­rı və dip­lo­ma­tik nü­ma­yən­də­lik­lə­ri­nin kon­sul­luq şö­bə­lə­ri tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lir.
A­zər­bay­can Res­pub­li­ka­sı­nın kon­sul­luq şö­bə­lə­ri aşa­ğı­da­kı və­tən­daş­lıq və­ziy­yə­ti akt­la­rı­nın döv­lət qey­diy­ya­tı­nı hə­ya­ta ke­çi­rir:
- Do­ğum haq­qın­da şə­ha­dət­na­mə­nin rəs­mi­ləş­di­ril­mə­si;
- Ni­ka­ha da­xil ol­ma haq­qın­da şə­ha­dət­na­mə­nin rəs­mi­ləş­di­ril­mə­si;
- Ni­ka­hın po­zul­ma­sı;
- Öv­lad­lı­ğa gö­tür­mə;
- Ata­lı­ğın müəy­yən edil­mə­si,
- Ad də­yiş­mə;
- Ölüm haq­qın­da şə­ha­dət­na­mə­nin rəsmiləşdiril­məsi.
 
Notarial aktlar:
Azər­bay­can Res­pub­li­ka­sı­nın Kon­su­lu ni­zam­na­mə­si­nin 44-cü bən­di­nə əsa­sən kon­sul aşa­ğı­da­kı no­ta­riat əmə­liy­yat­la­rı­nı apa­rır:
1) Azər­bay­can Res­pub­li­ka­sı əra­zi­sin­də olan ya­şa­yış ev­lə­ri­nin gi­rov qo­yul­ma­sı və öz­gə­nin­ki­ləş­di­ril­mə­si hal­la­rı­na aid olan mü­qa­vi­lə­lər is­tis­na ol­maq­la əqd­lə­ri (mü­qa­vi­lə­lə­ri, və­sait­lə­ri) təs­diq edir;
2) mi­ras əm­la­kın qo­run­ma­sı üçün təd­bir­lər gö­rür;
3) və­rə­sə­lik hü­qu­qu haq­qın­da şə­ha­dət­na­mə ve­rir;
4) ər-ar­va­dın ümu­mi əm­la­kın­dan pa­ya mül­kiy­yət hüququ haq­qın­da şə­ha­dət­na­mə ve­rir;
5) sə­nəd­lə­rin su­rət­lə­ri­nin və on­lar­dan çı­xa­rış­la­rın düz­gün­lü­yü­nü təs­diq edir;
6) sə­nəd­lər­də­ki im­za­nın hə­qi­qi­li­yi­ni təs­diq edir;
7) sə­nəd­lə­rin bir dil­dən baş­qa di­lə tər­cü­mə­si­nin düz­gün­lü­yü­nü təs­diq edir;
8) və­tən­da­şın sağ ol­ma­sı ­fak­tı­nı təs­diq edir;
9) və­tən­da­şın müəy­yən yer­də ol­ma­sı­ fak­tı­nı təs­diq edir;
10) və­tən­daş­la ­fo­to­şə­kil­də­ki şəx­sin ey­ni­li­yi­ni təs­diq edir;
11) sə­nəd­lə­rin təq­dim edil­mə vax­tı­nı təs­diq edir;
12) pul və­sai­ti­ni və qiy­mət­li ka­ğız­la­rı de­po­zi­tə qə­bul edir;
13) ic­ra qeyd­lə­ri apa­rır;
14) sə­nəd­lə­ri sax­la­maq üçün qə­bul edir;
15) sü­but­lar gə­ti­ril­mə­si­ni tə­min edir;
16) də­niz pro­test­lə­ri ve­rir.
Bu əmə­liy­yat­la­rın apa­rıl­ma­sı üçün qa­nun­ve­ri­ci­lik­də nə­zər­də tu­tul­muş döv­lət rü­su­mu ödə­ni­lir.
 
Vi­za­la­rın növ­lə­ri və rəs­mi­ləş­di­ril­mə­si üçün sə­nəd­lər
A­di gi­riş-çı­xış vi­za­sı:
Bu növ vi­za­nın eti­bar­lı­lıq müd­də­ti 3 aya qə­dər­dir.
Çox­də­fə­li gi­riş-çı­xış vi­za­sı:
Bu növ vi­za­nın müd­dəti 1 ilə qə­dər­dir. Əgər vi­za bu müd­dət ər­zin­də is­ti­fa­də olun­maz­sa o, eti­bar­sız he­sab edi­lir.
Çı­xış vi­za­sı:
Bu növ vi­za Azər­bay­can Res­pub­li­ka­sın­da dai­mi ya­şa­maq üçün rəs­mi ica­zə­si olan əc­nə­bi­lər üçün nə­zər­də tu­tu­lub və on­lar öl­kə­dən çıx­dıq­la­rı za­man rəs­mi­ləş­di­ri­lir.
Qa­yı­dış vi­za­sı:
 Bu növ vi­za Azər­bay­can Res­pub­li­ka­sın­da təh­sil alan və el­mi-təd­qi­qat ­fəa­liy­yət­i ilə məş­ğul olan əc­nə­bi­lə­rə on­la­rın öl­kə­ni tərk et­dik­lə­ri za­man rəs­mi­ləş­di­ri­lir. Bu vi­za­nın eti­bar­lı­lıq müd­də­ti 6 ay­dır.
A­zər­bay­can Res­pub­li­ka­sın­da qal­maq üçün vi­za müd­­də­ti­ni uzat­maq is­tə­yən əc­nə­bi­lər on­la­rın hal-ha­zır­da­kı vi­za­la­rın­da gös­tə­ri­lən müd­də­tin bit­di­yi vaxt­dan əv­vəl bu­nu et­mə­li­dir.
A­zər­bay­can Res­pub­li­ka­sı Xa­ri­ci İşlər Na­zir­li­yi­nin Kon­sul­luq İdarə­sin­dən vi­za al­maq üçün aşa­ğı­da­kı sə­nəd­lə­ri təq­dim et­mək la­zım­dır:
- Qə­bul edən tə­rə­fin də­vət mək­tu­bu;
- Dol­du­rul­muş əri­zə­ for­ma­sı;
- Pas­port və ya vi­za üçün mü­ra­ciət et­miş əc­nə­bi­lər üçün pas­por­tu əvəz edən sə­nəd;
- 3x4 öl­çü­də 2 ədəd­ fo­toşə­kil;
- Rü­sum ödə­ni­şi ilə bağlı qəbz;
 Azər­bay­can Res­pub­li­ka­sı­na gəl­mək üçün əc­nə­bi­lər Azər­bay­can Res­pub­li­ka­sı­nın dip­lo­ma­tik nü­ma­yən­də­lik və kon­sul­luq­la­rın­dan vi­za əl­də et­mə­li­dir­lər.
Azər­bay­can Res­pub­li­ka­sı­na gəl­mək üçün müx­tə­lif sə­bəb­lər­dən xa­ric­də vi­za əl­də et­mək müm­kün ol­ma­dı­ğı təq­dir­də, təy­ya­rə ilə gə­lən əc­nə­bi­lər Ba­kı­nın H.Əliyev Bey­nəl­xalq Ha­va Li­ma­nın­da, Gən­cə­nin Bey­nəl­xalq Ha­va Li­ma­nın­da və Nax­çı­va­nın Bey­nəl­xalq Ha­va Li­ma­nın­da qı­samüd­dət­li adi gi­riş-çı­xış vi­za­sı ala bi­lər­lər.
   Hər 3 ha­va li­ma­nın­da vi­za rəs­mi­ləş­di­ril­mə­si üçün aşa­ğı­da­kı sə­nəd­lər tə­ləb olu­nur:
- Rü­sum ödə­ni­şi ilə bağ­lı qəbz;
- Mü­va­fiq qay­da­da dol­du­rul­muş əri­zə­ for­ma­sı;
- 3x4 öl­çü­də 2 ədəd ­fo­toşə­kil.
A­zər­bay­can Res­pub­li­ka­sı­nın qo­şul­du­ğu iki­tə­rəf­li və çox­tə­rəf­li mü­qa­vi­lə­lə­rə əsa­sən rəs­mi nü­ma­yən­də he­yət­lə­ri­nin üzv­lə­ri, bey­nəl­xalq təd­bir­lə­rin iş­ti­rak­çı­la­rı, Av­ro­pa, Ame­ri­ka və bir çox Asi­ya öl­kə­lə­rin­dən olan şəxs­lə­rə Azər­bay­can Res­pub­li­ka­sı­na gəl­dik­lə­ri za­man Ba­kı­nın H.Əliyev Bey­nəl­xalq Ha­va Li­ma­nın­da, Gən­cə­nin Bey­nəl­xalq Ha­va Li­ma­nın­da və Nax­çı­va­nın Bey­nəl­xalq Ha­va Li­ma­nın­da vi­za rəs­mi­ləş­di­ri­lə bi­lər. Azər­bay­can Res­pub­li­ka­sı­nın gi­riş-çı­xış qay­da­la­rı­nı tən­zim­lə­yən kon­sul xid­mə­ti haq­qın­da sa­ziş­lə­ri­nin ol­ma­dı­ğı di­gər öl­kə­lər­dən olan əc­nə­bi­lə­rə isə bu ha­va li­man­la­rın­da vi­za rəs­mi­ləş­di­ril­mə­si üçün on­la­rın adı­na qə­bul edən tə­rəf­dən əv­vəl­cə­dən ha­zır­lan­mış də­vət­na­mə mək­tu­bu ol­ma­lı­dır.
Pas­port:
A­zər­bay­can Res­pub­li­ka­sın­dan kə­nar­da ya­şa­yan, təh­sil alan, mü­qa­vi­lə əsa­sın­da ça­lı­şan və kon­sul­luq qey­diy­ya­tın­dan keç­miş Azər­bay­can Res­pub­li­ka­sı və­tən­daş­la­rı ümum­və­tən­daş pas­port­la­rı­nın rəs­mi­ləş­di­ril­mə­si üçün xa­ri­ci öl­kə­lər­də­ki (MDB öl­kə­lə­ri is­tis­na ol­maq­la) Azər­bay­­can Res­pub­li­ka­sı­nın dip­lo­ma­tik nü­ma­yən­də­lik və kon­sul­luq­la­rı­na mü­ra­ciət edə bi­lər­lər. Ümum­və­tən­daş pas­port­la­rı­nın rəs­mi­ləş­di­ril­mə­si üçün tə­ləb olu­nan sə­nəd­lə­rin si­ya­hı­sı­nı mü­va­fiq AR dip­lo­ma­tik nü­ma­yən­də­lik və kon­sul­luq­la­rı­nın sayt­la­rın­dan əl­də et­mək müm­kün­dür.
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved