• Azərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçiribAzərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçirib
  • İzmirdə Xocalı abidəsi ucaldılacaqİzmirdə Xocalı abidəsi ucaldılacaq
  • Soydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilibSoydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilib
  • Stokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıbStokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıb
  • Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilibLeyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilib


Azərbaycan diaspor təşkilatlarının mətbu orqanları və saytları



ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN)

internet səhifəsi

 
   “Hadisələr”, “Media mərkəz”, “Təşkilat”, “Buraxılışlar”, “Tohfələr”, “Əlaqə” böüumu saytın əsas xəbər keçidləridir. Qeyd edək ki, ABŞ Azərbaycanlıları Şəbəkəsi (US Azeris Network-USAN) bütün ABŞ-ın Azərbaycan, türk və digər diaspor və içma təşkilatları, qrup, cəmiyyət, koalisiya, şəbəkə, assosiasiya və klublarını bir arada cəmləşdirir. ABŞ Azərbaycanlıları Şəbəkəsi Azərbaycan-Amerika potensial seçicilərinin bir araya gətirilməsinə cəhd edir. USAN seçiciləri səsvermə və seçici qeydiyyatı ilə bağlı maarifləndirmək, Amerika siyasi debatında onların iştirakını təmin etmək, səsvermədə iştirakı fəallaşdırmaq və aktiv seçici potensialına çevrilmək imkanlarının artırılmasına çalışır. Bu məqsədlə saytın elə girişindəcə ABŞ-ın elektron seçici xəritəsi verilib ki, ABŞ-ın azərbaycanlı vətəndaşları bundan asanlıqla yararlana bilirlər.
 
 
Azərbaycan Mədəniyyət Mərkəzinin
internet səhifəsi
 
 
    Sayt ingilis dilində yayımlanır. Saytın məqsədi Kanada və Azərbaycan icmaları arasında körpü rolunu oynamaq, bu olkədə Azərbaycan mədəniyyəti, tarixi və ənənələrini təbliğ etmək, eyni zamanda, Kanada mədəniyyəti, ənənələri və həyat tərzini oyrənməkdir. “Kitabxana” və “Şəkil qalereyası” diqqəti cəlb edir. Azərbaycan və Albertanın təbiət gozəlliklərini əks etdirən fotolar bolumu saytı gozəgəlimli edir. Məlumatlar ancaq on səhifədə paylaşılır. Fotolar effektlidir. Sayt muxtəlif yerli qurumların, insan haqları və ekoloji sahədə ixtisaslaşmış təşkilatlarınm da məlumatlarını yayır.
 
 
 
Amerika-Azərbaycan Şurasının
internet səhifəsi
 
www.azeris.org
 
    Sayt müasir texnoloji metod və dizaynla hazırlanıb. Press-Center, Take action, Activities linkləri on səhifədə verilib ki, bu linklərə toxunmaqla zəngin və operativ məlumatlarla dolu yeni kateqoriyalara daxil olmaq mumkun olur. Ancaq ingilis dilində fəaliyyət gostərən saytda təşkilatın son illərdə gördüyü işlər, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün məlumatlar, Azərbaycan ictimai-siyasi həyatında baş verən ən önəmli xəbərlər, Azərbaycan-ABŞ əməkdaşlığı, Azərbaycanın qarşılaşdığı problemlər haqda ətraflı məqalə, analitik yazılar və şərhlər əks olunub.
 
 
Amerika-Azərbaycan Ticarət Palatasının (USACC)
internet səhifəsi
 
 
     Azərbaycan diasporunun internet məkanında ən uğurlu layihələrindən saymaq olar. Səhifə dizayn və sadəliyi ilə göz oxşayır. Müasir dizayn texnologiyalarından yararlanılıb və bu, səhifənin asan izlənməsində əhəmiyyətli rol oynayır. Haqqımızda, Azərbaycan haqda, üzvlər, xəbərlər və nəşrlər, layihə və hadisələr, mədəni mərkəz kateqoriyalarında onlarla alt-kateqoriyalar var ki, onların hər biri məlumatlarla zəngin bazadır. Azərbaycanın və Bakının gorməli və füsunkar təbiətini əks etdirən yüksək pikselli fotolar saytın görünüşünə əlavə çalar verir.
 
 
 
 
“AMOR” Rusiya Azərbaycan Gənclər Təşkilatının
rəsmi internet səhifəsi
 
 
     Uyğun rəng seçimi, mükəmməl dizayn, dolğun informasiya bazasına görə Azərbaycan diasporunun virtual aləmdə lider hesab edilən internet resurslarından biridir. Azərbaycan həqiqətlərinin Rusiya və dunya ictimaiyyətinə çatdırılmasında xüsusi yer tutur. “AMOR” Rusiya Azərbaycan Gənclər Təşkilatının məqsədi Azərbaycan mədəni irsinin, Azərbaycan milli-mədəni dəyərlərinin qorunması, sosial, bədii, təhsil təşəbbüslərin dəstəklənməsi, Rusiya cəmiyyətinin mədəni həyatına Azərbaycan gənclərinin daha yaxşı
inteqrasiyası, təhsilin inkişaf etdirilməsi, ailə və cəmiyyətin mənəvi, əxlaqi əsaslarını qorumaq, mohkəmləndirmək, dostluq, etimad və xalqlar arasında anlaşmanın təşviqidir. Sayt təşkilatın güzgüsü kimi oz vəzifəsinin öhdəsindən uğurla gəlir. 
    Saytda AMOR-un Rusiya regionları üzrə nümayəndəliklərinin fəaliyyəti interaktiv xəritə ilə verilib. Foto seçimi keyfiyyətlidir, məqalələr məzmun və informasiya yuku baxımından
dolğundur. Portalda müasir texnoloji yeniliklər tətbiq olunur. Belə ki, sosial şəbəkələrə keçidlər, o cümlədən AMOR TV və AMOR FM aktivdirfəaliyyət göstərir.

 
 
“Araz” Topluluğu Tələbə Birliyinin
internet səhifəsi
 
 
     Saytda “Azərbaycan haqqında”, “Foto qalereya”, “Qarabağ problemi”, “Araz” toplusu haqda bölümlər var. Azərbaycan haqqında informasiyalarla zəngin diaspor saytlarından biridir. Saytda Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi yer verilir. Bundan başqa, “Araz” Topluluğu Tələbə Birliyinin fəaliyyəti, həyata keçirdiyi tədbirlər də saytda müntəzəm olaraq işıqlandırılır.
 
 
 
“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin
internet səhifəsi
 
 
   Sayt üç dildə – Azərbaycan, rus və Holland dillərində yayımlanır. Sadə dizaynlıdır. Sayt, Birliyin həyata keçirdiyi bütün tədbirləri işıqlandırır, bəyanat və press-relizləri yayır. Arxiv materialları zəngindir. Sayt
Apeldorn və Harlem mətbuatında "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyi, onun fəaliyyəti barədə dərc olunan məqalələrə də öz səhifəsində yer ayırıb.
 
 
 
Avropa Azərbaycan Cəmiyyətinin
rəsmi internet səhifəsi
 
 
    Avropa Azərbaycan Cəmiyyətinin əsas məqsədi Azərbaycanı Avropada tanıtmaqdır. AAC üzvləri mütəmadi olaraq xalqımızın özünəməxsus zəngin və çoxşaxəli mədəniyyətini Avropa ictimaiyyətinə catdırmaq məqsədilə muxtəlif tədbirlər, aksiyalar, sərgilər təşkil edir. AAC Avropa və Azərbaycan arasında daha boyuk anlaşma və əməkdaşlığın inkişaf etdirilməsi, biznesin inkişafı, diplomatik münasibətlər, mədəniyyət və təhsil kimi sahələrə yönəlmiş bir şəbəkə mərkəzi kimi fəaliyyət gostərir. Bu təşkilatın internet səhifəsində oz əksini tapıb. 
    Sayt hazırlanarkən müasir dizayn texnologiyasından yararlanılıb. Layihələr, təşkilat haqqında  məlumatlar, Azərbaycanla bağlı son xəbərlər saytda yayımlanır. Bundan başqa, saytda TEAS TV də mövcuddur ki, bu linkdə təkcə təşkilatın fəaliyyəti deyil, həm də elm-mədəniyyət xadimləri ilə müsahibələr, reportajlar, debatlar da videoformatda verilib. Saytın sağ kolonunda “Xəbərlər” aktiv-banneri var. Burada Azərbaycanda, dünyada Azərbaycanla bağlı baş verən ən son məlumatlar operativ şəkildə yenilənir.
 
 
 
Avropanın Türk və Qafqaz xalqları Assosiasiyasının
informasiya portalı
 
 
2004-cu ildən aktivdirfəaliyyət göstərir. Portalın ilk səhifəsində 10-dan cox təşkilatın saytına kecid var. Sadə dizaynlı, informasiya ilə bol portaldır. Təkcə Azərbaycan diasporunu deyil, həm də Qafqaz xalqlarının diaspor təşkilatları haqqında mlumatları özündə cəmləşdirir. 
 
 
 
“AzCan” jurnalı
 
    Kanada Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi tərəfindən 2008-ci ildən Kanadada nəşr edilir. Kanadada yaşayan azərbaycanlıların diaspor fəaliyyəti, təşkilatlar tərəfindən keçirilən tədbirləri geniş işıqlandıran bu jurnaltda Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə catdırılmasına da xüsusi yer verilir. Jurnal Kanadada yaşayan soydaşlarımızın azərbaycanla bağlı əsas informasiya mənbələrindən biridir.
 
 
 
“Azerbaydjanskiy konqress” qəzeti
 
     Ümumrusiya Azərbaycan Konqresinin mətbu orqanıdır. Həftəlik ictimai-siyasi qəzetdir. 2001-ci ildən nəşr olunur. Qəzetdə azrbaycan haqqında informasiyalar, müəllif yazıları, tədqiqatlar geniş yer tutur. Bununla yanaşı, Rusiya Federasiyasında yaşayan azərbaycanlılar, diaspor təşkilatlarının, o cümlədən Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti qəzetdə geniş işıqlandırılır. Qəzet Rusiya Federasiyasında yaşayan azərbaycanlılar ucun nəzərdə tutulub. İnternet versiyası da movcuddur.
 
 
 
“Azerbaycan-Benilüks News” qəzeti
 
   Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbu orqanıdır. 2006-cı ildən Niderlandda nəşr edilir. Konqresin fəaliyyəti, kecirdiyi tədbirlər, təşkil etdiyi kampaniyalar haqqında məlumatı məhz bu qəzet Benilüks olkələrində yaşayan azərbaycanlılara catdırır. Qəzetdə Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü, xalqımızın məruz qaldığı terror və soyqırımı haqqında məlumatların yerli ictimaiyyətə catdırılmasına  da xüsusi diqqət yetirilir.
 
 
“Azerbaidjan Review” qəzeti
 
      Amerika Nyu-York Assosiasiyası tərəfindən 2007-ci ildən nəşr edilir. Rus dilində nəşr olunan bu qəzetdə yalnız Azərbaycan haqqında informasiyalara deyil, həmçinin Amerikada yaşayan azərbaycanlılar, Azərbaycandan bu ölkəyə köçmüş yəhudilərin ictimai fəaliyyəti, ABŞ-Azərbaycan münasibətlərinə dair maraqlı materiallara rast gəlmək mümkündür. “Azerbaidjan Review” qəzeti fəaliyyət göstərdiyi müddətdə fasiləsiz olaraq nəşr olunur və müəyyən oxucu kütləsi toplamağa müvəffəq olmuşdur.
 

“Azerbaijan International magazine”
(“Azərbaycan Beynəlxalq jurnalı”)
 
 
     “Azerbaijan International” müstəqil ictimai, ədəbi-bədii jurnaldır. Jurnal Sovet İttifaqının dağılması və Azərbaycanın müstəqillik əldə etməsindən qısa bir zaman sonra, 1993- cu ildə yaradılıb. Həmin vaxtdan jurnal bəzi hallarda latın və ərəb əlifbası ilə Azərbaycan dilində, bəzi məqalələr də daxil olmaqla ingilis dilində ildə dörd dəfə buraxılır. Jurnalın Los-Anceles və Bakıda ofisləri var. Jurnalın hər nömrəsi (incəsənət, musiqi, ədəbiyyat, folklor, arxitektura, arxeologiya, sağlamlıq, ətraf mühit, beynəlxalq əlaqələr, biznes, dəb və adətlər kimi sosial məsələlərlə həsr edilmiş məqalələr) təxminən 100 səhifədən ibarətdir. Jurnalın hədəf auditoriyası biznes, diplomatiya və akademik sahələrdəki beynəlxalq oxuculardır. Lakin jurnalda azərbaycanlıların özləri üçün də yeni olan mövzular və məsələlər araşdırılaraq təqdim edilir. 
      Azərbaycan ədəbiyyatı və ingilis dilində tərcümələrlə zəngin internet səhifəsinə  malikdir. Səhifə sadə dizaynlıdır. Azərbaycan və ingilis dillərində “Azərbaycan ədəbiyyatı” (Azerbaijani literature (in Azeri and English Translation)),  ““Azerbaijan International magazine” jurnalından məqalələr”  (Articles from “Azerbaijan International”,  “Azərbaycan-ərəb əlifbası” (Azeri – Arabic Alphabet),  “Azərbaycan dilini oyrən” (Learn Azeri), “Dukan” (Store/Dukan), “Haqqımızda” (About Us) bolmələri var.
 
 
 
 
“Azərbaycan Dünyası” jurnalı
 
    İstanbul Azərbaycan Kultur və Dayanışma Dərnəyi tərəfindən 2004-cu ildən nəşr edilir. Nəfis tərtibata, yüksək dizayna malik bu jurnal Azərbaycan mədəniyyətinin təbliği və Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılmasında cox mühüm rol oynayır. Azərbaycan, Türk və ingilis dilində nəşr olunur.
 
 
 
“Azərbaycan” radiosu (Almaniya)
 
     Azərbaycan Akademik Birliyi tərəfindən Almaniya Federativ Respublikasında 2002-ci ildən yayımlanır. Radioda Azərbaycan haqqında proqramlara – mədəniyyət, tarix və xəbər verilişlərinə xüsüsi əhəmiyyət verilir. Radio Almaniyada yaşayan azərbaycanlıları informasiya ilə təmin etmək, onların oz dilini, adət ənənələrini yaşatmasına yardım göstərmək məqsədinə xidmət edir.
 
 
Azərbaycan Radiosu (Danimarka)
 
 
   Hər çərşənbə, saat 22-00-dan 24-00-a kimi Arhus FM, Kanal2, Frekans 98,7MHz tezlikdə yayımlanır. Radionun yaradılmasında əsas məqsəd Azərbaycan tarixi və mədəniyyətini Danimarkada təbliğ etməkdir.
 
 
 “Azərbaycanın səsi” radiosu (Fransa)
 
 “Azərbaycan Evi” tərəfindən 2004-cu ildən Fransada yayımlanır. Burada azərbaycan haqqında ən son məlumat və xəbərləri dinləmək, milli musiqimizə qulaq asmaq mümkündür. Radioda muxtəlif mədəniyyət və əyləncəli proqramlar efirə verilir.
 
 
“Azərbaycanın səsi” radiosu (İsvecrə)
 
İsveçrə-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən 2004-cu ildən İsveçrə Konfederasiyasında yayımlanır. Radio Azərbaycanda baş verən ən son hadisələr, olkəmizin ictimai-siyasi və sosial iqtisadi həyatı ilə bağlı məlumatları İsveçrədə yaşayan azərbaycanlılara catdırır.
 

 “Azərbaycanın səsi” radiosu (Norveç)
 
2006-cı ildən Norveçdən yayımlanır. Radioda Azərbaycan mədəniyyəti, tarixi haqqında proqramlar və xəbər verilişləri efirə verilir. Norvecdə yaşayan azərbaycanlıları informasiya ilə təmin etmək, onların oz dilini, adət-ənənələrini yaşatmasına yardım gostərmək məqsədilə yaradılıb.
 
 
 “Azərbaycanın səsi” radioverilişi (Kanada)
 
Albertadakı Azərbaycan Mədəni Mərkəzi tərəfindən 2008-ci ildən Kanadada yayımlanır. Radio Azərbaycan haqqında verilişlər, mədəniyyət, tarix, incəsənət proqramları ilə zəngindir. Radionun yaradılmasında əsas məqsəd Azərbaycan tarixi və mədəniyyətini tanıtmaqdır.
 

Azərbaycan Akademik Birliyinin
internet səhifəsi
 
 
2001-ci ildə Almaniyanın Boxum şəhərində yaradılıb. Alman və Azərbaycan dillərində yayımlanır. “Aktual”, “təşkilat haqda”, “media”, “nəşrlər”, “Azərbaycan haqda” məlumatlar saytın səhifəsində ayrıca linklərdə gostərilib.
 
 
Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyətinin
saytı
 
 
   Saytda Azərbaycan haqda məlumatlar üstünlük təşkil edir. Azərbaycanla bağlı 2 tanıtım videoçarxları saytın əsas səhifəsindədir. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə, eləcə də Yeni Zelandiya əhalisinə çatdırılması digər diaspor təşkilatları kimi Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyəti
ucun də ən ondə duran vəzifələrdəndir. Cəmiyyət Vətənimizin Qarabağ dərdi barədə müxtəlif təbəqələrdən olan insanlara məlumatlar çatdırır. Xocalı soyqırımının ildönümü ilə bağlı ənənəvi olaraq müxtəlif universitetlərin tələbələrilə tədbirlər keçirilir.
 

“Azəri” Latviya Azərbaycanlıları Cəmiyyətinin
internet səhifəsi
 
 
    Sadə dizaynlıdır. İki dildə: rus və latış dilərində yayımlanır. “Azərbaycan”, “Tarix”, “Bakı”, “Simvollar”, “Bayramlar”, “Azərbaycan mədəniyyəti”, “Hadisələr” və “Xəbərlər” linkləri var. Sayt Azərbaycan mədəniyyəti və tarixini Latviyada təbliğ etməklə milli və etnik qrupların bu ölkənin mədəni həyatındakı iştirakını, yerli əhali ilə qarşılıqlı münasibətlərin inteqrasiyasını dəstəkləyir, bu ölkədə yaşayan soydaşlarımızı öz ətrafında birləşdirir. Sayt “Azəri” cəmiyyətinin orqanı olaraq, Azərbaycanın tarixi və mədəniyyəti ilə Latviya ictimaiyyətini tanış edir.
 
“Azərbaycanın Holland dostları” təşkilatının
internet səhifəsi
 
 
    Sadə dizaynlı, lakin informativ baxımndan cox zəngin bir saytdır. Bakı, Azərbaycan bölmələri ilə yanaşı Xocalı, Xarı Bulbul, Azəricə danışaq, Azərbaycan mətbəxi və digər bölmələrin aktiv olması xoş təəssurat yaradır. Saytda on səhifədə Bakı, Azərbaycanla bağlı bir necə video yerləşdirilib ki, bunlara baxmadan keçmək mümkun deyil.

Azərbaycan mətbəxi barədə  sayt

 
    4 dildə yayımlanan, Azərbaycan mətbəxi barədə böyük təbliğati iş aparan saytdır. Saytın muəllifi Güllü Cahangirdir. Saytda, “Xəmir xorəkləri”, “Duru xörəklər və şorbalar”, “Quru xörəklər”, “Plovlar və qovurmalar”, “Kabablar”, “Salatlar və qəlyanaltılar”, “Şirniyyat”, “Şərbətlər və içkilər”, “Mürəbbələr”, “Turşu və şorbalar” bolmələri nəfis tərtibatla, fotolarla oxucuların ixtiyarına verilir. 
    Bundan başqa “Ümumi məsləhətlər” bolumundə məsləhət xarakterli tovsiyələr verilir. Saytın girişində Gullu Cahangirin oxuculara muraciəti yayılıb. O, bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirir. Sonda isə “Azərbaycana xoş gəlmisiniz” ifadəsini işlədir. Mətbəx-mədəniyyət, mədəniyyət isə silahdır. Diaspor nümayəndəsi bununla təkcə Azərbaycan mətbəxini tanıtmır, həm də təbliğat aparır.
 
 
Azərbaycan-Avropa İnformasiya Mərkəzinin
internet səhifəsi
 
 
    Azərbaycan haqda ətraflı məlumatlar veriliən sadə dizaynlı saytlardan biridir. Böyük informasiya bazası var. Saytın sağ kalonunda Qarabağ problemini, Ermənistanın Azərbaycana təcavüzünü, soyqırım, toponimik soyqırımı əks etdirən 4 aktiv banner yerləşdirilib. Diaspor linkində xaricdə fəaliyyət gostərən bütün təşkilatların informasiya bazası verilib. Mədəniyyət, tarix, ədəbiyyat, musiqi bölümləri də informasiya ilə zəngindir. Bölmələrə daxil olmaqla asan axtarış aparmaq olur.
 
 
“Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzinin
internet səhifəsi
 
 
     Londondakı “Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzi Britaniyada yaşayan bir qrup azərbaycanlı ziyalı, gənc mütəxəssis və tələbənin təşəbbüsü ilə qurulmuşdur. Mərkəz tamamilə qeyri-siyasi və maddi
mənfəət güdməyən bir təşkilat kimi fəaliyyət gostərir və məqsədi Azərbaycanla Britaniya arasında mədəni, dostluq bağlarını mohkəmləndirmək, Londondakı Azərbaycan icmasına xidmət etməkdir. “Azərbaycan Evi”,  “Azərbaycan mədəniyyəti”, “Azərbaycan Musiqisi”, “Azərbaycan Kitabları” haqda xususi bolmələrlə yanaşı, “Xəbər” bolumu fəaliyyət gostərir. Saytda “Muğam Radio”ya birbaşa qoşulmaq imkanı yaradılıb. “Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzi tərəfindən həyata keçirilən müxtəlif tədbirlər, mühazirə və çıxışlar, seminarlar, görüşlər, konfranslar, sərgi, film numayişləri, konsert proqramları, təqdimatlar və s.
saytda əks olunub.
 
Azərbaycan Federasiyasi İsveçin (AFİ)
internet səhifəsi
 
 
   Dörd dildə - Azərbaycan, türk, isveç və ingilis dillərində yayımlanır. Maraqlı dizayn və məlumat bolluğu baxımından diqqəti cəlb edir. Saytın manşetini 20-yə qədər “flash” formatlı xəbər tutur. Burada İsveçdəki diasporunun fəaliyyətinə dair məlumatlara,  Azərbaycanla ən son xəbərlərə rast gəlmək mümkündür. Müasir saytlara xas “forum”, “ən çox oxunan”, “facebook” və “twitter” sosial şəbəkələrinə keçidlər də saytın dizaynı zamanı nəzərə alınıb. Məlumatların operativ yerləşdirilməsi, məzmun və mövzu baxımından rəngarəngliyi diqqəti cəlb edir.
 
 
“Azəri-Çex” Cəmiyyətinin
internet səhifəsi

 
     İki dildə – çex və Azərbaycan dillərində yayımlanır. Saytın giriş hissəsi dizayn baxımından göz oxşayır. Azərbaycan və Bakının ən gozəgəlimli yerləri, əsrarəngiz təbiətini əks etdirən fotolar “flash” formatda yayımlanır. Təşkilat və Azərbaycanla bağlı ətraflı məlumat verilən linklər movcuddur, aktivdir, daima yenilənir.
    Qeyd edək ki, təşkilat Cexiya Respublikasının muxtəlif ərazilərində mədəni proqramlar, sərgilər, Azərbaycan gecələri təşkil edir. Bu tədbirlər həmyerlilərimizin asudə vaxtının səmərəli kecməsilə yanaşı, həm də yerli vətəndaşlara və umumilikdə Cex cəmiyyətinə Vətənimizi layiqincə tanıdır. Butun bu aksiyalar əvvəlcə anons, tədbir başa catdıqdan sonra isə informasiya və fotosessiya formatında sayta daxil edilir.
 
Azərbaycanlı Tələbələr və Elmi İşciləri Birliyinin (Almaniya)
internet səhifəsi
 
 
    Sayt Azərbaycan və alman dillərində yayımlanır. “Ana səhifə”, “Berlin”, “Fotoalbom”, “Almaniya” kecidləri var. Bundan başqa təşkilat haqda 6 yarımkateqoriyalarda məlumat verilib (“Məqsəd”, "Əsasnamə, İdarə Heyəti, Yerli Bölmələr, Üzvlük, Tariximiz haqda).
 

“Baku” jurnalı
 
 
     Bakı jurnalı 2007-ci ildən Rusiyada nəşr edilən, öz oxucularını Xəzər sahilindəki qədim Odlar Yurdunun zəngin mədəniyyəti, tarixi, gözəl və mudrik ənənələri ilə tanış etməklə bərabər, həm də azərbaycanlıların muasir həyatı haqqında sohbət acan son dərəcə muasir jurnaldır. Bir neçə dildə nəşr olunur. “Bakı” jurnalı Azərbaycanın və onun paytaxtının bütün dunyada keyfiyyətcə yeni şəkildə “kəşf olunmasına”, bu xalqın ən ulvi və gözəl cəhətlərini üzə çıxarmağa calışır. “Bu jurnal böyük şəhərin vizit vərəqi, ucsuzbucaqsız dünya interyerində bu olkənin jurnal- portretidir” - bu sozləri jurnalın baş redaktoru, Leyla Əliyeva deyib.
Rubdə bir dəfə nəşr edilən “Bakı” jurnalı həm də dunyada dəbdə olan trendlər aləmində bələdcidir.
Jurnalın ingilisdilli versiyasına bu ildən start verilib (2012). 
     Dünyanın ən yaxşı dizaynerləri və foto rəssamları bu versiya ucun əmək sərf ediblər. Onlar Azərbaycanın planetimizin istənilən guşəsindəki oxucuya daha yaxın, daha doğma olmasına kömək edirlər. “Bakı” jurnalı dünyanın ən müxtəlif guşələrində yaşayan dostlarını birləşdirən beynəlmiləl nəşrdir. “Baku” jurnalının internet səhifəsi hərtərəfli göz oxşayan, mükəmməl dizaynlı, tam müasir texnoloji metodlarla möhkəmləndirilmiş virtual modeldir. 
    Əsas səhifə, jurnal, bloqlar, yolgöstərən, musiqi, video, abunə və əlaqə bölmələri ayrı-ayrılıqda alt-kateqoriyalarla müşayiət olunur. “Yolgöstərən” Azərbaycan tarixi, mədəniyyəti, musiqisi və mətbəxini yüksək zövqlə təbliğ edən xüsusi bir səhifədir. Həmin bölümə daxil olarkən ilk olaraq Bakının peyklə çəkilmiş xəritəsi göz önünə gəlir, sonra 3D texnologiyası ilə hazırlanmış yaxınlaşdırma metodu ilə sanki fusunkar, modern və dəbdəbəli Bakıya daxil olunur. Jurnalın internet saytında bütün saylarını arxivdən əldə etmək mümkündür.
 
 
“Babək” Kültür Dərnəyinin
internet səhifəsi
 
 
    Əsası İsveçin Linşoping şəhərində 1990- cı ildə qoyulmuşdur. Məlumatların informasiya yükü və dolğunluğu ilə diqqət cəlb edir. Daha çox dərnəyin fəaliyyətini işıqlandırır. Bundan əlavə, dərnəyin təşkil etdiyi tədbirlər barədə məlumatlar, anonslar və kurslar haqda məlumatlar əks olunur. Qeyd edək ki, dərnəyin məqsədi Azərbaycan mədəniyyəti kursları təşkil etmək, gənclərin mədəni şüurunu istiqamətləndirmək, bununla bağlı müxtəlif təşəbbüslər göstərməkdir.
 
 
“Benilüks” qəzeti
 
“Benilüks Azərbaycanlıları Konqresi”- nin eyni adlı qəzetidir. “Siyasət”, “İncəsənət”, “Müxtəlif”, “Tarixi sənədlər”, “Müsahibələr”, “Mədəni irsimiz” rubrikaları ilə oxucuların görüşünə gəlir. “Benilüks” qəzeti Niderland-Azərbaycan Cəmiyyəti tərəfindən Niderland Krallığında 2004-cu ildən nəşr edilir.
 
 
Benilüks Azərbaycanlıları Konqresinin
internet səhifəsi
 
 
    Azərbaycan və ingilis dilində yayımlanır. Yarandığı gündən etibarən Azərbaycan həqiqətlərini Avropada yayır, Dağlıq Qarabağ münaqişəsi barədə yaşadığı ölkələrin ictimaiyyətini məlumatlandırır və erməni lobbisinə qarşı mutəşəkkil mübarizə aparır. Haqqımızda, “Azərbaycan”, “Tərəfdaşlarımız”, “İşğal”, “Tədbirlər”,“Qəzetimiz”, “Arxiv”, “Forum”, “Qalereya”, “Qərarlar” bolumu fəaliyyət gostərir. Bundan başqa, Beniluks xəbərləri, İraq turkmənləri, Azərbaycan xəbərləri, BAK mətbuat xidmətindən xəbər bulletenləri ilə də oxuculara ətraflı məlumat verir.
 
“Birlik” jurnalı
 
“Birlik” Cəmiyyəti tərəfindən Rusiya Federasiyasında 2002-ci ildən nəşr olunur. Jurnalda Azərbaycan haqqında maraqlı məlumatlar, Qarabağ munaqişəsi ilə bağlı həqiqətləri  əks etdirən materiallara geniş yer verilir.
 
Bolqarıstan Azərbaycan Dostluq Cəmiyyətinın
internet səhifəsi
 
 
    Bolqarıstanda yaşayan azərbaycanlılar, onların cəmiyyətə inteqrasiyası, öz milli dəyərlərini qoruyub saxlaması istiqamətində həyata keçirilən tədbirlər işıqlandırılır. Saytda Bolqarıstandakı Azərbaycan diasporunun kampaniyalar, aksiyalar haqqında xəbərlərə də mütəmadi olaraq yer verilir.
 
 
“Buta” Azərbaycan-Koreya Tələbə
Təşkilatının rəsmi internet səhifəsi
 
www.buta.kr
 
    “Buta” Azərbaycan-Koreya Tələbə Təşkilatı Cənubi Koreya Respublikasında Azərbaycanın diaspora fəaliyyətini təmin etmək istiqamətində fəaliyyət gostərir. Sayt bu baxımdan oz funksiyasını uğurla yerinə yetirir. Koreya Respublikasında təhsil alan azərbaycanlı tələbələrin təşkilatlanması, soydaşlarımız
arasında milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycan xalqının tarixi, müasir həyatı, sosial iqtisadi inkişaf səviyyəsi, mədəniyyəti ilə bağlı məlumatların Koreya ictimaiyyətinə çatdırılmasını qarşısına məqsəd qoyan saytın zəngin məlumat bazası var. Fotolarla bəzədilən saytda həm Azərbaycan, həm də Koreyada təhsil haqda məlumatlar əldə etmək mümkündür.
 
 
“Caspian Khazri” Cəmiyyətinin
internet səhifəsi

 
    2006-cı ilin aprelindən fəaliyyətə başlamış “Caspian Khazri” Cəmiyyətinin internet səhifəsidir. Xatırladaq ki, “Caspian-Khazri” Cəmiyyəti 2006-cı ildə özünün böyük layihələrindən birini həyata keçirdi. Layihə çərçivəsində Boyuk Britaniyanın paytaxtı London şəhərində – Avropada analoqu olmayan ilk Azərbaycan məktəbinin fəaliyyətinə start verildi. Bu sayt, məhz həmin məktəbin fəaliyyətini əks etdirir. Sayt mükəmməl dizayn texnologiyası ilə hazırlanıb. Saytda axtarış aparmaq, linklərə daxil olmaq olduqca sadə yolla göstərilir. Böyük Britaniyada təhsil almaq istəyənlər bu sayt vasitəsilə özlərinə hər cür informasiya tapa bilərlər. Viza, konsaltinq, universitet seçimi, qarşıya çıxan suallarla bağlı istənilən cavabı almaq üçün saytın qeyd edilən bölmələrinə daxil olmaq yetərlidir.
 
 
Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin
internet səhifəsi
 
 
    Azərbaycan və dat dillərində yayımlanır. İnformasiya bolluğu diqqəti cəlb edir. Təşkilatın Azərbaycan mədəniyyətinin, tarixinin, mətbəxinin təbliği baxımından həyata keçirdiyi tədbirlər həm yazı, həm də videoformatda saytda yerləşdirilir. Keçiriləcək tədbirlərin anonsu, Azərbaycan uçun əhəmiyyətli
hadisələr, Danimarka-Azərbaycan dostluq əlaqələrinin genişlənməsi üçün atılan butun addımlar təbliğ edilir. Saytda bir cox diaspor təşkilatlarının internet səhifələrinə keçid qoyulub.
 
 
 
Danimarka Azərbaycanlıları Federasiyasının
internet səhifəsi
 
 
     Saytın on səhifəsində 17 fərqli səhifəyə kecid verilib. Bunlar Azəri, Live Radio, Tv, Humanrights, Mətbəx, Anayurd, Azəri diaspora, NOLA, DAV, Kultur, Dostlar, Bizimyol, Azerbaijan. Dk, Azerbilim, Dostluq  Evi, Vətən səhifələridir. Maraqlı yazıları, xəbər paylaşması ilə secilir. Nola qürbət yazıları başlığı ilə yayımlanır, adətən ədəbi istiqamətə üstünlük verir. Azəri Kultur Ocağı adı ilə verilən Kultur səhifəsini ayrıca bir sayt hesab etmək olar. Saytın linkləri, məlumatlar, iki dildə paylaşılması bunu deməyə əsas verir.
 
 
 
Danimarka-Azərbaycan Türk Qadınlar Birliyinin
internet səhifəsi
 
www.bizimyol.net
 
     Azərbaycan qadınlarının Danimarka və Azərbaycan ictimai-siyasi həyatında aktiv fəaliyyətini təbliğ edir. Məqsədi Danimarkada yaşayan azərbaycanlıları bir araya gətirmək, Azərbaycan haqqında həqiqətləri Danimarka ictimaiyyətinə məqsədyonlu və elmi səviyyədə catdırmaqdır. Həmçinin, Danimarkada yaşayan azərbaycanlıların millimənəvi dəyər və huquqlarının mudafiəsində, oradakı yurddaşlarımızın problemlərinin həllində yardımcı olmaq da Danimarka- Azərbaycan Turk Qadınlar Birliyinin internet saytının qarşısına qoyduğu vəzifədir.
 

Danimarka “Vətən” Cəmiyyətinin rəsmi
internet səhifəsi
 
 
    2007-ci ilin fevral ayından Danimarkanın Hillerod şəhərində fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin rəsmi internet səhifəsidir. Yalnız Azərbaycan dilində fəaliyyət göstərir. Saytda “Xəbərlər”, “Tariximiz”, “Diaspora xəbərləri”, “Fotolar”, “Muxtəlif”, “İdmancılarımız”, “Azəri qadınları”, “Bizə yazırlar”, “Azər baycan incəsənəti”, “İslam” bölmələri aktivdir. Saytın ustunluyu Dağlıq Qarabağ həqiqətləri, münaqişə təzadları, işğal faktoru və Ermənistanın Azərbaycana təcavüzü haqda ətraflı bilgi verməsindədir. Qeyd etmək yerinə düşərdi ki, Cəmiyyətin məqsədi Azərbaycanın mədəniyyətini, tarixini Danimarka əhalisinə tanıtmaqdır. 
    Həmçinin, Azərbaycan xalqının başına gətirilən bəlalar, torpaqlarımızın 20%-nin ermənilər tərəfindən işğalı, 1 milyon insanın qaçqın və məcburu köçkün həyatı yaşamaq məcburiyyətində qalması, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı BMT tərəfindən qəbul edilən 4 qətnamənin tələblərini ermənilərin yerinə yetirməməsi barədə danimarkalıların məlumatlandırması Cəmiyyətin əsas fəaliyyət istiqamətidir. Bu saytın yenilənməsində, xəbər başlıqlarında, fotoyayımlarda ozunu açıq buruzə verir.
 
 
Donetsk Vilayəti Azərbaycanlılar Konqresinin
internet səhifəsi
 
 
    Saytın vizual görünüşü xoşagəlimlidir. Rəng seçimi və məlumatların yerləşdirilməsi uyğun proporsiya ilə seçilib. Sayt üzrə naviqasiya və axtarış bölümü aktivdir. Xəbər lentində təşkilatın həyata keçirdiyi tədbirlər
haqda geniş məlumat verilir. Konqresin fəaliyyəti milli-mədəni maraqların inkişaf etdirilməsi, Ukrayna cəmiyyətinə azərbaycanlıların inteqrasiyası, Ukrayna və Azərbaycan arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi, iki olkə arasında dərin iqtisadi, siyasi və mədəni əlaqələrin inkişaf etdirilməsini özündə ehtiva edir. Eyni zamanda, soydaşlarımıza huquqi müstəvidə də dəstək verir.
 
 
“Dostluq” Azərbaycan-Ukrayna Xarkov vilayət təşkilatının
internet səhifəsi
 
 
 "Dostluq" - eto drujba” məqaləsi ilə başlayan saytın fəaliyyətində məqsəd milli adətənənələrin qorunması və inkişaf etdirilməsində buradakı azərbaycanlıların səylərinin birləşdirilməsidir. Həmçinin, Ukrayna və Azərbaycan arasındakı mədəni və iqtisadi əlaqələrin möhkəmləndirilməsi, Ukraynada yaşayan azərbaycanlıların hüquq və maraqlarının təmin olunmasında yardımcı olmaqdır. Saytda “Dostluq” Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi, "Azərbaycan inciləri" adlı rəqs qrupu, "Qarabağ" folklor ansamblı, "Natəvan" Qadınlar Klubu, "Novruz" Gənclər Klubu, Huquqi xidmət haqda geniş məlumat verilir.
 
 
Dünya Azərbaycanlılarının İnformasiya
Mərkəzinin səhifəsi
 
 
    Dünya Azərbaycanlılarının İnformasiya Mərkəzi adı ilə fəaliyyət göstərir. Böyük məlumat bazasına malikdir. “Xəbər lenti”, “Musahibələr”, “Video xəbərlər” bölümləri aktivdir. Onlarla əhəmiyyətli, profilə uyğun saytlara kecidlər qoyulub.
 
 
Dünya Azərbaycanlıları Konqresinin
rəsmi internet səhifəsi
 
 
   “Ana səhifə”də “Siyasət”, “İqtisadiyyat”, “Mədəniyyət”, “Diaspora”, “Təşkilati xəbərlər”, “Güney Azərbaycan” kateqoriyalarını əhatə edən xəbərlər bolumu, DAK-ın kecirdiyi tədbirlər, müraciətlər, bəyanatlar, bir sözlə təşkilatla bağlı bütün məlumatları “İnformasiya” bölümündə əldə etmək olar. Sayt müasir texnologiyalarla dəstəklənib. Sosial şəbəkələrə çıxış linkləri var. Saytda son məlumatlar, ən çox oxunanlar bolumləri, tarixi faktlar linki və digər təşkilatların internet səhifələrinə kecid linkləri aktivdir. Sağ
kalonda videoxəbərlər, müraciətlər, aksiyalar haqda video materiallar və digər rəsmi strukturların elektorn səhifələrinə kecid linkləri qoyulub. Zənginliyinə və informasiya yukunun
çoxluğuna gorə seçilən saytlardandır.
 
 
 “Ekspress Turan” qəzeti
 
    “Xəzər” İctimai Birliyi tərəfindən 2004- cü ildən Qazaxıstanda nəşr edilir. Qazaxıstanda yaşayan azərbaycanlıların həyatı, diaspor təşkilatlarının işində iştirakı, cəmiyətə inteqrasiyası, ictimai-siyasi fəallığı ilə bağlı məlumatlar qəzetin əsas diqqət göstərdiyi mövzulardandır.
  
 
“Elmira” Azərbaycan-İspan Qardaşlıq Cəmiyyətinin
internet səhifəsi
 
 
    Yazılar üç dildə, ispan, Azərbaycan və rus dillərində verilir. Daha çox təşkilatın fəaliyyət istiqamətləri işıqlandırılır. Səhifədə yayımlanan fotosessiya diqqəti cəlb edir. Səhifənin sağ kalonunda arxiv bölümü fəaliyyətdədir ki, burada 2008-ci ilin mart ayından bugünə kimi təşkilatın fəaliyyəti, Azərbaycan
diasporu haqda ətraflı məlumatlar əldə etmək mumkundur. “Elmira” Azərbaycan-İspan Qardaşlıq Cəmiyyətinin bu saytı yaratmaqda məqsədi Azərbaycanı İspaniyada tanıtmaq, ispan və Azərbaycan xalqları arasında əlaqələri mohkəmləndirmək, eyni zamanda, bu şəhərdəki soydaşlarımızın İspaniya ilə daha yaxından tanışlığını təmin etməkdir.
 
 
Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin
internet səhifəsi
 
 
    Sayt 4 dildə yayımlanır. Diaspor təşkilatının həyata kecirdiyi butun layihələri işıqlandırır.Bundan başqa, Estoniyada yaşayan soydaşlarımızın həyatı və fəaliyyəti, uğur qazanmış soydaşlarımız haqda maraqlı yazılarla çıxış edir.
 
 
“EU Xəbər” qəzeti
 
 
     Belçika Krallığında fəaliyyət gostərən “Azərbaycan Evi”nin mətbu orqanı olan  “EU Xəbər” qəzeti sadə dizaynlıdır. Azərbaycan Evinin həyata keçirdiyi butun aksiyaları əks etdirir. Bununla yanaşı, Azərbaycan diasporunun fəaliyyəti, Azərbaycan mədəniyyəti, musiqisi, mətbəxi haqda təbliğati məqalələr qəzetin səhifələrində əks olunur. 2004-cü ildən nəşr olunur.
 
 
Finlandiya Azərbaycanlıları Assosiasiyasının
rəsmi internet səhifəsi
 
 
   18 mart 2008-ci ildə Helsinki şəhərində təsis edilmiş Finlandiya Azərbaycanlıları Assosiasiyasının rəsmi internet səhifəsidir. Azərbaycan mədəniyyətini, Qarabağ həqiqətlərini, bir sözlə tariximizi fin xalqına tanıtmaq, eyni zamanda, fin xalqının mədəniyyətinin, tarixinin öyrənilməsi də qarşıya qoyulan vəzifələrdəndir. Diqqət cəlb edən dizaynı və sadə iş mexanizmi var. Saytın baş səhifəsində linklər, linklərdən aşağıda isə Bakı və Azərbaycanın gəzməli, görməli yerləri əks olunan fotoları Flash formatda təqdim edilir. Səhifədə Azərbaycanla, Finlandiya- Azərbaycan dostluq əlaqələrinin genişləndirilməsi məqsədilə keçirilən tədbirlərlə bağlı məlumatlar və fotosessiyalar verilir.
 
 
Fransadakı “Azərbaycan Evi”nin
internet səhifəsi
 
 
    2006-cı ildən fəaliyyət gostərir. 4 dildə yayımlanır. Sadə, lakin olduqca gözoxşayan, rahat dizaynı var. Azərbaycan haqda ensiklopedik məlumat bazası da hesab etmək olar.
 
 
 
“Günaz TV” televiziyası
 
 
     Çikaqo şəhərində fəaliyyət göstərən “Günaz TV” 2 dildə - fars və Azərbaycan dilində yayımlanır. Xaricdən Azərbaycan dilində yayımlanan ən böyük internet portallardandır. Texniki baxımdan tam təchiz olunub. Canlı TV yayımı fəaliyyət göstərir. TV və on-line xəbər arxivi var. Canlı müsahibələr və xəbərlər sayta operativ yerləşdirilir. Kitablar, Forum linkləri aktivdir.
 
 
“Güneyin Səsi” jurnalı
 
“Guneyin Səsi” jurnalı - aylıq elmi, ictimai, sosioloji, əbədi dərgi, DAK-ın mətbu orqanıdır. Baş redaktoru Ənvər Borusoydur. Güney mövzusuna üstünlük verilir.
 

“Gürcüstan azərbaycanlıları” qəzeti
 
   “Gürcüstan Mənim Vətənimdir” Cəmiyyəti tərəfindən 2008-ci ildən nəşr olunur. Qəzetdə Gürcüstan azərbaycanlılarının problemlərinə geniş yer verilir. Bundan başqa, qəzet kollektivinin əsas məqsədlərindən biri Gürcüstanda yaşayan azərbaycanlıların hüquqi maarifləndirilməsi işinə töhfə verməkdir. Bu məqsədlə qəzetdə mütəmadi olaraq yeni qəbul olunmuş qanunların Azərbaycan dilində mətnləri dərc olunur və hüquqşunasların şərhləri verilir.
 
 
Gürcüstan Azərbaycanlıları Konqresinin
internet səhifəsi
 
www.gak.ge
 
    Gürcüstan Azərbaycanlıları Konqresinin internet saytı sadə və gözəgəlimli dizaynlıdır. İnformasiya bolluğu diqqəti cəlb edir. “Qəzet”, “Video”, “Fotoqalereya” bölümləri var. Borchali.net protalına kecid verilir.
 
 
İsveç Azərbaycanlıları Konqresinin
rəsmi internet səhifəsi
 
 
    İki dildə: Azərbaycan və isveç dillərində fəaliyyət göstərir. Sayt sadə dizaynlıdır. Başlıqda “Azərbaycan haqqında” və “Qarabağ konflikti” linkləri diqqət cəlb edir. Bundan başqa, Konqres, təşkilatın İdarə heyəti və Nizamnaməsi haqda informasiya əldə etmək mümkündür. Bakı mənzərələrinin uğurlu rəng çalarları ilə bəzədilərək “flash” formatda təqdim edilməsi səhifəni gözəgəlimli edir.
 

"Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik " Cəmiyyəti

www.vvoda.nl
 
Vahid, Bölünməz və Demokratik Azərbaycan uğrunda Birlik Cəmiyyəti 2005-ci ilin aprelindən fəaliyyət göstərir. Rəsmi olaraq qeydiyyatdan keçmişdir. Cəmiyyətin məqsədi Azərbaycanı Hollandiya cəmiyyətinə tanıtmaq, işğal olunmuş torpaqlarımızla bağlı gerçəkliyi bu ölkənin insanlarına çatdırmaqdır. Bu yolla həm Azərbaycanın haqq səsini Holland ictimaiyyətinə çatdırır, həm də millətimizin milli-mədəni adət-ənənələrini, musiqimizi və s. orada təbliğ edir. Bu Cəmiyyətin gördüyü faydalı işlərdən biri də Azərbaycanla bağlı sənədlərin Hollandiya kitabxanalarına verilməsi, buradakı kitabxanalarda“Azərbaycan guşə”lərinin yaradılmasıdır. Vahid, Bölünməz və Demokratik Azərbaycan uğrunda Birlik Cəmiyyətinin sədri İradə Uluxanlıdır.
 

Kanada Azərbaycan Təşkilatlar Assambleyasının
rəsmi internet səhifəsi
 
www.canadaazerbaijan.org
 
    Saytda Kanadadakı Azərbaycan diasporunun fəaliyyəti, kecirdiyi tədbirlər haqqında məlumatlar verilib.  ingilis və Azərbaycan dillərində yayımlanır. Sadə dizayna malik olsa da, zəngin informasiya bazası var.
 

Küveyt Azərbaycan Mədəniyyət və Dostluq “Vətən Sevər” Cəmiyyətinin
internet səhifəsi
 
www.vetensever-kuwait.com
 
    Yığcam, informasiyalarla zəngin səhifədir. Azərbaycan tarixi, mədəniyyəti, mətbəxi, musiqisi haqqında xüsusi bölümələr var. Manşet dordlu flash-xəbərlərlə yenilənir. Audio və videoməlumat bölümləri aktivdir. Audio bölümdə əsrarəngiz Azərbaycan musiqilərinə online formada qulaq asmaq mümkündürsə, videobölümdə Azərbaycanla bağlı videoçarxları izləmək olar. Sayt ingilis dilində yayımlanır.
 
 
Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının
internet səhifəsi
 
 
    İnformasiya bazası genişdir. “Türkel”, “Vətən” qəzetlərinin linkləri və ötən saylarının elektron format yerləşdirilib. Diasporun fəaliyyəti ilə bağlı operativ məlumatlara üstünlük verilir. Qazaxıstanda fəaliyyət göstərən butun Azərbaycan diaspor təşkilatları haqda məlumatları yayımlayır. Bu saytı Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının ən böyük informasiya portalı hesab etmək olar.
 
 
 
Qazradio
 
 
    Qazaxıstan Dovlət Radiosunda yayımlanan Azərbaycan dilli proqramı. Soydaşlarımızın Qazaxıstana miqrasiya tarixi, ictimai-siyasi həyatda iştirakı, haqqında məlumatlara, Azərbaycan diaporunu keçirdiyi
tədbirlərlə bağlı xəbərlərə geniş yer verir.
 
 
Polşa Qafqaz Evinin rəsmi
internet səhifəsi
 
 
    Polşada 2007-ci ildən fəaliyyət gostərən Qafqaz Evinin rəsmi internet səhifəsidir. Sayt yuksək dizaynla, sadə formada hazırlanıb. 6 dildə yayımlanır. Məqsədi Qafqaz regionuna məxsus tarix, ənənə, mədəniyyət,  iqtisadiyyat haqqında biliklərin və aktuallıq kəsb edən ictimai-siyasi məlumatların yayılması, regionda inkişaf-təbliğ programlarının dəstəklənməsidir.
    Cəmiyyətin fəaliyyəti Polşa və Qafqaz xalqları arasında birgə elmi, elmi-texniki, mədəni, təhsil, ictimai və siyasi əməkdaşlığın yaradılmasına yönəlib.
 
“Region Press” qəzeti
 
    2008-ci ildən Gürcüstanda Marneuli Azərbaycanlılarının Mədəniyyət Mərkəzi tərəfindən nəşr olunur. Jurnalda Mədəniyyət Mərkəzinin fəaliyyəti, keçirdiyi tədbirlər, eləcə də Azərbaycan-Gürcüstan əlaqələri ilə bağlı məlumatlara geniş yer verilir. Jurnal Azərbaycan mədəni irsinin təbliğinə də xüsusi əhəmiyyət verir. Gürcüstanda yaşayan azərbaycanlı gənclərin təhsil səviyyəsinin yaxşılaşdırılması və cəmiyyətə inteqrasiyası sahəsində mövcud problemlər jurnalın diqqət yetirdiyi əsas movzulardandır.
 

Rusiyadakı azərbaycanlılarının vahid
informasiya portalı
 
 
Analitik yazıları, tematik icmallar, tariximiz haqda dərin ensiklopediya, milli mədəniyyət, mətbəx, musiqimiz haqda böyük informasiya bazasına malik portaldır. Portalın əsas oxucuları Rusiyada yaşayan azərbaycanlılardı. Lakin Rusiya mətbuatı bir cox hallarda da azeri.ru-ya istinad edir. Hec bir siyasi partiyaya və ya fərdə tabe deyildir. 2002-ci ildən fəaliyyətdədir. Sayt gozoxşayan dizaynla hazırlanıb. “Diaspor”, “Azərbaycan” bölümlərində kifayət qədər məlumat əldə etmək olur.
 
 
Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ACSNC)
internet səhifəsi
 
 
     Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti 1992-ci ildə təsis edilib. ACSNC Kaliforniya ictimaiyyətinə Azərbaycan mədəni irsinin qorunması, zənginləşdirilməsini təbliğ edir. Səhifə sadə dizaynı ilə secilir. Məlumatlılıq və hədəfə yönəlmiş informasiya yuku baxımından diqqət cəlb edir. Saytdan təşkilatın facebook səhifəsi ilə online bağlantı yaradılması üçün kecid qoyulub. Saytda təşkilatın reallaşdırdığı tədbirlər, Azərbaycan gecələri, seminarlar haqda geniş məlumat verilir. Sayt ingilis dilindədir.
 
 
Turkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının
internet səhifəsi
 
 
   Tipik Türkiyə internet səhifə modeli əsasında qurulub. Moderndir, cevik və informasiya ilə bol saytdır. Səhifənin manşetində menyu bölümü və 10 flash formatlı xəbər yer alıb. Fotoqalereya və videobölümləri ilə zənginləşdirilmiş səhifənin aşağısında Federasiyaya daxil olan dərnəklərin linkləri qoyulub.
 
 
“Türkel” qəzeti
 
   “Türkel” İctimai təşkilatının mətbu orqanıdır. Qırğızıstan Ədliyyə Nazirliyində qeydiyyatdan
keçib. Qəzetdə, siyasət, beynəlxalq münasibətlər, türk respublikaları arasında əməkdaşlıq və dostluq münasibətləri və digər mövzularda analitik yazılar verilir. Qəzetin baş redaktoru Hökümə Xəlilovadır.
 
 
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB)
rəsmi internet səhifəsi
 
 
    İnformasiya ilə zəngin internet resursudur. Ukraynadakı tanınmış azərbaycanlılar, müsahibə, Ukraynada təhsil, məzunlar, xeyirli kecidlər, Dağlıq Qarabağ kateqoriyaları var. Təşkilatın öz xəbərləri 3 xətdə flash formatda paylaşılır. Sağ sütunda isə tələbələrə kömək məqsədilə əhəmiyyətli və aidiyyəti orqanların linkləri verilib. Xəbər lenti və fotoqalereya da diqqəti cəlb edir. Xaricdə fəaliyyət gostərən Gənclər təşkilatlarının uğurlu layihəsi kimi dəyərləndirmək olar.
 
 
Ümumrusiya Azərbaycanlıları Konqresinin
rəsmi internet səhifəsi
 
 
    Gözoxşayan dizayn, texnoloji yeniliklərdən mükəmməl yararlanma və dolğun informasiyalı bir saytdır. Saytın manşetində Bakı və Moskvanın ən tanınmış yerlərini əks etdirən fotoları yerləşdirilib. Uğurlu rəng seçimi, yığcamlılıq və çeviklik saytın yarlığıdır. Diqqətçəkən məqam Azərbaycan və Rusiya xəbərlərinin ayrı-ayrı bölmələrdə verilməsidir. Saytın sağ kolonunda isə bir cox əlaqəli dövlət qurumlarının, təşkilatların, KİV-in saytlarına keçidlər verilib. Sosial şəbəkələrdə paylaşmaq uçun linklər, Azərbaycanla bağlı fotosessiya, elan və anonslar sayta əlavə çalar verir.
 
“Vətən” jurnalı
 
   Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının mətbu orqanı 3 dildə yazılarla oxucularının görüşünə gəlir. Diasporun fəaliyyətini, Qazaxıstan-Azərbaycan mədəni əlaqələrinin genişlənməsində atılan addımları işıqlandırır. İndiyə qədər 100-ə yaxın sayı nəşr edilib. “Xəbərlər”, “Siyasət”, “Diplomatiya”, “Xaricdə
yaşayan tanınmış azərbaycanlılar”, “Tarix”, “Mədəniyyət”, “Azərbaycan – 1000 sual-cavab” rubrikaları var.
 
Ziya” qəzeti
 
   Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyinin mətbu orqanı 2006-cı ildən nəşr edilir. Qəzetdə Gürcüstanda yaşayan azərbaycanlı ziyalılar haqqında maraqlı məlumatlara, habelə soydaşlarımızın təhsil sahəsində qarşılaşdığı problemlərlə əlaqədar materiallara kifayət qədər geniş yer ayrılır.
 
 
 
   "Azərbaycan incəsənətinin az tanınan dunyasını kəşf edin” şüarı ilə yayımlanan bu sayt da “Azerbaijan International magazine” jurnalının digər layihəsidir. Azərbaycan təsviri sənətini, rəssamlıq nümunələrini, heykəltəraşlıq əsərlərini təbliğ edən mohtəşəm portallardan biridir. “Azerbaijan Art Jigsaw Puzzles” vasitəsilə müasir Azərbaycan rəssamlıq məktəbinin nümünələrini dünyaya yayır. 4 minə yaxın sənət əsəri və 170 sənətkarımız haqda ətraflı məlumat var.
 
 
 
   Ərəb, türk, kürd, türkmən, Somali, assuriya, fars dillərində radio yayımları var. 2001-ci ildən fəaliyyət gpstərir. Bizim radio adlanan türkcə yayımlanan bu radio hər istirahət günü, 11-00-dan 12-00-a dək yayımlanır.
 
 
MEDİATEKA
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved