• Azərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilibAzərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilib
  •  Prezidentlərin övladları Azərbaycana gələcək Prezidentlərin övladları Azərbaycana gələcək
  • Türkiyənin diplomatik jurnalı Zəhradan yazıbTürkiyənin diplomatik jurnalı Zəhradan yazıb
  • Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir  Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir
  • Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib


ARAZ İSGƏNDƏROĞLU AĞALAROV


 1955-ci il noyabrın 8- də Bakı şəhərində anadan olmuşdur.

1977-ci ildə Bakı Politexnik Universitetini, 1977-1983-cu illər isə Elmi-Tədqiqat İnstitutunu bitirmişdir. 1983-1987-ci illərdə SSRİ Həmkarlar İttifaqlarının Ümumittifaq Mərkəzi Şurası yanında Ali Məktəbin dinləyicisi olmuşdur.

1986-cı ildə Moskvada əmək iqtisadiyyatı ixtisası üzrə aspiranturada oxumuşdur. İqtisad elmləri dokrorudur.

1990-cı ildə ilk dəfə Rusiyada ABŞ-dan olan tərəfdaşları ilə “Comtech” adlanan kompüter texnologiyaları sərgisini təşkil etmişduir. 1995-ci ildə sərgi Comdex (Las-Veqas) və Cebit (Hannover) sərgilərindən sonra statusuna görə dünyada üçüncü yeri tutmuşdur.

1991-ci ildə “Krokus Moskva” şəbəkəsinin birinci mağazasını acmışdır. Daha sonar tikinti biznesi ilə məşğul olmağa başlamış və 1992-ci ildə Moskvanın mərkəzində indi də ən elitar, bahalı ev olan “Ağalarov evi”nin tikintisini başa çatdırmışdır.

1994-cu ildə inkişaf etmiş holdinqin maliyyə axınlarına xidmət ucun cib Krokusbankı yaratmışdır.

“Krokus İnterneşl” - “Krokus Moskva”, “Skonti”, “Tvoy dom” pərakəndə şəbəkələrinə və “Krokus Siti” ticarət kompleksinə malikdir.

1997-ci ildə Moskva dairəvi avtomobil 345 yolu (MKAD) ilə Kaşirsk şosesinin kəsişdiyi yerdə tikdirdiyi ilk hipermarketdə eyni vaxtda 400 min adda mal satılır.

2002-ci ildən indiyədək “İstehsalcılar və İdxalcılar İttifaqı” qeyri-kommersiya təşkilatının prezidentidir. Moskva Beynəlxalq Biznes Assosiasiyasının vitse-prezidenti, Muslum Maqomayev adına Mədəni-Musiqi İrsi Fondunun təsiscisidir.

Araz Ağalarov 50-dən çox elmi işin, ‘Rossiya na puti k rınku” monoqrafiyasının müəllifi, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti Federal Şurasının uzvudur. 2012-ci ildə “Forbes” jurnalının Rusiyanın “Daşınmaz əmlak kralları”na dair hazırladığı reytinqdə ikinci yeri tutmuşdur.

 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved