• Azərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilibAzərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilib
  •  Prezidentlərin övladları Azərbaycana gələcək Prezidentlərin övladları Azərbaycana gələcək
  • Türkiyənin diplomatik jurnalı Zəhradan yazıbTürkiyənin diplomatik jurnalı Zəhradan yazıb
  • Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir  Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir
  • Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib


BAŞAR ALİ KEMAL OĞLU KÖMÜR


1952-ci il yanvarın 1- də Turkiyənin Xattay vilayətinin Ərzin şəhərində anadan olmuşdur.

1960-1969-cu illərdə orta təhsilini Ərzin şəhərində almışdır. 1973-cü ildə Akşəhərdə Pedaqoji Məktəbi bitirmişdir.

1974-1978-ci illərdə Ankara şəhərində Ataturk Eğitim (Təhsil) İnsitutunda təhsilini davam etmişdir. O illərdə Ankarada Türk Baras Enerji Sindikatına rəhbərlik etmişdir.

1993-cü ildən Mayns şəhərində təsis olunmuş Mayns Azərbaycan Cəmiyyətinin sədridir.

2001-ci ildə Dunya azərbaycanlılarının I qurultayının numayəndəsi olmuşdur. 2004-cü  ildə yaranmış Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü seçilmişdir.

2005-ci ilin may ayında Türkiyənin İsgəndərun şəhərində fəaliyyətə başlamış Türkiyə Azərbaycan Federasiyasının Təşəbbüs qrupunun üzvüdür.

2005-ci ildə Türkiyənin Xattay vilayəti- nin şəhər bələdiyyələri ilə Azərbaycan şəhərləri arası Dostluq və Əməkdaşlıq müqavilələrinin bağlanmasının təşəbbüskarı olmuş və həmin vilayətin şəhər bələdiyyələrinin sədrlərinin Azərbaycana səfərlərini təşkil etmişdir. Səfər çərcivəsində, bir qrup bələdiyyə sədrləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşmüşlər.

2010-2012-ci illər ərzində Avropa Azərbaycanlıları Konqresinin sədri olmuşdur. NATO statusu altında olan Amerika ordusunun Sosial-Fəaliyyət Mərkəzində məsləhətci olaraq çalışır və Avropanın Dövlətə Çalışan Sindikatlarının İdarə Heyətinin üzvüdür.

 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə “Tərəqqi” medalı, 2011-ci il iyulun 4-də isə xalqlar arasında dostluğun möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilmişdir.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved