• Dünya çempionu ilə diaspor təşkilatında görüş keçirilibDünya çempionu ilə diaspor təşkilatında görüş keçirilib
  • Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Azərbaycan Odlar Yurdu" adlı tədbir keçirilib
  •  Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
  • Oktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündürOktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündür
  • "The Jerusalem Post" qəzetində "Ermənistan Cənubi Qafqazda yox olmaq həddinə çatmış dövlətdir" adlı məqalə dərc olunub


CAHANGİR MÜTƏLLİB OĞLU NOVRUZOV


1954-cu il iyulun 31-də Bakı şəhərində anadan olmuşdur.

1971-ci ildə orta məktəbi bitirmiş, sonra Mirzəağa Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olmuş və SSRİ Xalq artisti Mehdi Məmmədovun rəhbərlik etdiyi sinifdə təhsil alaraq 1976-cı ildə həmin institutu bitirmişdir.

Diplom işini Musiqili Komediya Teatrının səhnəsində G.Xudayevin “Sevgilimin Anası” operettasını hazırlayaraq mudafiə etmişdir. Eyni ildə təyinat alaraq həmin teatrda calışmağa başlamışdır.

1979-cü ildə Sabit Rəhman adına Şəki Dovlət Dram Teatrına quruluşcu rejissor vəzifəsinə təyin edilmişdir. 1981-ci ildə isə SSRİ Mədəniyyət Nazirliyinin Mədəniyyət Adamlarını Təkmilləşdirmə İnstitutunun rəhbər işcilər fakültəsinə qəbul olunmuş və eyni zamanda da Moskvanın Malaya Bronnaya Teatrında RSFSR-in Xalq artisti professor A.Efrosun rəhbərliyi altında staj keçməyə başlamışdır. İki il ərzində bir çox əsərlərin quruluşlarında A.Efrosa assistentlik etmişdir.

1983-cu ildə Moskvadakı təhsilini bitirərək Şəki teatrına dönmuş və 1985-ci ildə teatrın baş rejissoru vəzifəsinə təyin olun muşdur.

1987-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi Mirzə Fətəli Axundovun 175 illik yubileyinə həsr olunmuş teatr festivalında hazırladığı “Musyo Jordan və Dərviş Məstəli Şah” əsəriylə birincilik mukafatını qazanmışdır.

1989-cu ildə isə Musiqili Komediya teatrına baş rejissor vəzifəsinə təyin olunmuşdur.

1990-cı ildə Gənc Tamaşacılar Teatrının rus bolməsinə baş rejissor olaraq təyin olunmuşdur.

1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi I Monotamaşalar festivalında Şekspirin “Hamlet” əsərinin motivləri əsasında hazırlanmış “Olum və ya olum” tamaşası ilə birincilik mukafatı qazanmış, 1995-ci ildə isə Türkiyə Cümhuriyyətinə universitetdə dərs demək ucun dəvət olunmuşdu.

Hal-hazırda Turkiyənin Adana şəhərində Cuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır.

2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə mədəniyyətvə incəsənət sahəsindəki nailiy yətlərinə gorə “Əməkdar incəsənət xadimi ” fəxri adına layiq görülmüşdür.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved