• Stokholm İcra Hakimiyyətində Azərbaycana dair təqdimat keçirilibStokholm İcra Hakimiyyətində Azərbaycana dair təqdimat keçirilib
  • Novruz bayramı Türkiyənin Kocaeli vilayətində qeyd edilibNovruz bayramı Türkiyənin Kocaeli vilayətində qeyd edilib
  • Parisdə yaşayan azərbaycanlılar Novruz bayramını qeyd ediblərParisdə yaşayan azərbaycanlılar Novruz bayramını qeyd ediblər
  • V Qlobal Bakı Forumu başa çatıbV Qlobal Bakı Forumu başa çatıb
  • Qlobal Bakı Forumu panel müzakirələrlə davam edibQlobal Bakı Forumu panel müzakirələrlə davam edib


ÇİNGİZ HACI OĞLU SADIXOV


Cingiz Sadıxov 1929- cu il aprelin 5-də Bakıda anadan olmuşdur.

İlk təhsilini 1939-1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda almışdır. 1939-1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının piano fakultəsində (X), 1951-1953-cu illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil almışdır.

1953-1971-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 1971-1981-ci illərdə 16 saylı Bakı musiqi məktəbinin direktoru, 1981-1990-cı illərdə  “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, 1973-1976-cı illərdə Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və muəllimi, 1983-1986-cı illərdə mədəniyyət və turizm nazirinin məsləhətçisi, 1991-1994-cü illərdə Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərmişdir.

Məşhur Azərbaycan muğənniləri Rəşid Behbudov, Bülbül, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalarla işləmiş, onları royalda müşayiət etmişdir.

1994-cu ildən ABŞ-da San-Fransisko şəhərində yaşayır. Amerikanın 40-a yaxın şəhərində konsertləri təşkil olunmuşdur.

Azərbaycanın tanınmış musiqicisini 80 illik yubileyi münasibətilə ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelozi Çingiz Sadıxova təbrik məktubu göndərmişdir.

1959-cu ildə Azərbaycanın “Əməkdar artisti”, 1987-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülmüşdür.

2009-cu ildə oktyabrın 28-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved