• Dünya çempionu ilə diaspor təşkilatında görüş keçirilibDünya çempionu ilə diaspor təşkilatında görüş keçirilib
  • Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Azərbaycan Odlar Yurdu" adlı tədbir keçirilib
  •  Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
  • Oktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündürOktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündür
  • "The Jerusalem Post" qəzetində "Ermənistan Cənubi Qafqazda yox olmaq həddinə çatmış dövlətdir" adlı məqalə dərc olunub


ELDAR İSMAYIL OĞLU VƏLİYEV


1951-ci il yanvarın 24-də Bakı şəhərində anadan olmuşdur.

1973-cu ildə Azərbaycan Dövlət Universitetini nəzəriyyə fizikası ixtisası üzrə bitirmişdir. Həmin ildən bu günədək Ukrayna Milli Akademiyasının Radiofizika və Elektronika İnstitutunda çalışır.

1973-1975-ci illərdə aspirant olmuş, 1975-1980-ci illərdə “kiçik elmi əməkdaş” elmi rütbəsini almışdır. 1977-ci ildə fizika-riyaziyyat elmləri namizədi dərəcəsini, 1985-ci ildə “böyük elmi əməkdaş” elmi rütbəsini,1988-ci ildə isə fizika- riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.

1989-cü  ildən aparıcı elmi əməkdaşdır. Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun tətbiqi elektrodinamikanın müasir üsulları laboratoriyasının rəhbəridir.

 Xarkov şəhəri Xətai adına Azərbaycan Mədəniyyət Mərkəzinin təsiscisi olmuş və 1991- 1992-ci illərdə mərkəzə rəhbərlik etmişdir. 1992-ci ildən tətbiqi elektrodinamika üzrə beynəlxalq monoqrafiya silsilələrinin nəşr komitəsinin üzvüdür.

1997-ci ildə ABŞ-ın Bioqrafiq İnstitutu tərəfindən “İlin adamı” seçilmişdir. 1999-cu ildən Xarkov şəhəri Tətbiqi Radioelektronika Elmləri Akademiyasının akademikidir.

1990-2002-ci illərdə Türkiyədə Adana Cukurova Universiteti, Yaponiyada Cuo Universiteti, Osaka Elektro-Kommunikasiya Universiteti, Pensilvaniya Universiteti kimi nüfuzlu ali təhsil müəssisələrində professor vəzifəsində çalışmışdır:

 “Elektromaqnit nəzəriyyəsində riyazi üsulları” Beynəlxalq konfransının təşkilatçısı və dəyişilməz sədridir. Fizika-riyaziyyat elmləri üzrə 5 elmlər namizədi hazırlamışdır.

 2000-ci ildən “Dostluq” Azərbaycan-Ukrayna Dostluğu Cəmiyyətinin İdarə Heyətinin üzvü, həmçinin “Elektromaqnit dalğaları və elektron sistemləri” jurnalının redaksiya şurasının üzvüdür.

2003-cu ildən Xarkov vilayətinin Ukrayna Sahibkarlar və Sənayecilər İttifaqının xarici iqtisadi əlaqələr üzrə vitse-prezidentidir.

2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elm sahəsindəki nailiyyətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved