• Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülübSoydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülüb
  • Moskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilibMoskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
  • Ulu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunubUlu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunub
  • Misirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıbMisirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıb
  • Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edibAzərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib


ERİX FAYQL


1931-ci il sentyabrın 24-də Vyanada anadan olmuşdur.

E.Fayql Türk tarixini, mədəniyyətini tədqiq edən tanınmış alimdir. 60-dan çox sənədli filmin və 20-dən çox kitabın muəllifidir. E.Fayql Türk xalqlarının tarixini, mədəniyyətini özündə əks etdirən “Doğu Turkistan” və ya “Min bir hakimiyyət”, Osmanlı İmperiyasının yarandığı andan süqutuna kimi bir dövrü əhatə edən “Türklərin gəldikləri yerlər və türklərin getdikləri yerlər”, ermənilərin tarix boyu türklərin başına açdığı müsibətlərdən danışan “Erməni terrorizmi”ni əks etdirən bir sıra sənədli filmlərin müəlliflərindən biridir.

Onun fundamental əsərlərindən biri hesab olunan “Bir Terrorun Əfsanəsi” 5 dildə – alman, ingilis, fransız, türk və rus dillərində nəşr edilmişdir.

E.Fayql mütəmadi olaraq Avropa ölkələrində  (Türkiyə, Almaniya, Avstriya) erməni probleminə həsr edilmiş elmi praktiki konfranslarda, seminarlarda iştirak etmişdir. 2005-ci ildə “Qondarma Erməni soyqırımının 90 illiyi” münasibətilə Avstriyada “Tərs Təpki” adlı kitab dərc etdirmişdir.

2000-ci ildə ümummilli lider Heydər Əliyev Avstriya Respublikasına rəsmi səfəri zamanı professor E.Fayqla görüşmüşdür. 2001-ci ildə E.Fayql Dünya azərbaycanlılarının I qurultayında iştirak etmişdir.

2005-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Bakıya səfər etmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşmüşdür. Bu səfər zamanı ona Azərbaycan İqtisadiyyat Universitetinin fəxri doktoru adı verilmişdir.

2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

2007-ci ildə vəfat etmişdir.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved