•  Fuad Muradovun Türkiyə Respublikasına rəsmi səfəri davam edir Fuad Muradovun Türkiyə Respublikasına rəsmi səfəri davam edir
  • Türkiyə Böyük Millət Məclisin sədri Fuad Muradovu qəbul edibTürkiyə Böyük Millət Məclisin sədri Fuad Muradovu qəbul edib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Respulikasında rəsmi səfərdədirDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Respulikasında rəsmi səfərdədir
  • Diaspor rəhbəri Misir televiziyasına müsahibə veribDiaspor rəhbəri Misir televiziyasına müsahibə verib
  • ABŞ-dakı diaspor təşkilatları bəyanat yayıbABŞ-dakı diaspor təşkilatları bəyanat yayıb


ƏŞRƏF NƏZİR OĞLU HEYBƏTOV


1951-ci ildə Bakıda anadan olmuşdur.

1979-cu ildə Dövlətİncəsənət İnstitutunu bitirmişdir.

Azərbaycanın Əməkdar rəssamı, RDA beynəlxalq təşkilatının, YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Almaniyada “Bakı” Mədəniyyət Cəmiyyətinin sədridir.

 Rusiya Federasiyası Rəssamlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Əməkdar rəssamıdır.

1991-ci ildən YUNESKO Rəssamlar Federasiyasının

üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq “Sülh səfiri”, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, “Dünya xalqları incəsənəti” Beynəlxalq Assosiasiyasının mükafatı laureatıdır. Bundan başqa, Rusiya Federasiyası Rəssamlar İttifaqının və Rusiya Şərqşünaslıq Cəmiyyətinin üzvüdür.

“Azərbaycan-Almaniya” Dostluq Cəmiyyəti İdarə Heyətində təmsil olunur. Çingiz Aytmatov adına Beynəlxalq Fondun Avropa ölkələri üzrə Kuratoru, Almaniya Rəssamlar Birliyi, Beynəlxalq PDA (“Platforma, Dialoq, Avrasiya”) təşkilatının, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür.

Onun işlərinin əsas mövzusu Azərbaycan və bu diyarın xalqıdır. Əslən icərişəhərli olan Əşrəf Heybətov öz əsərlərinin çoxunda Bakının bu qədim hissəsindəki doğma dar küçələri təsvir etmişdir. Lakin son vaxtlar

ümumtürk miqyaslı mövzular onu daha cox maraqlandırır. Rəssam emosional hisslərini belə ifadə etmişdir: “Bakı Azərbaycanın ü rəyi, Şuşa isə onun ruhudur”.

Hal-hazırda Almaniyanın Koblents şəhərində yaşayır.

2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved