• Azərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilibAzərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilib
  •  Prezidentlərin övladları Azərbaycana gələcək Prezidentlərin övladları Azərbaycana gələcək
  • Türkiyənin diplomatik jurnalı Zəhradan yazıbTürkiyənin diplomatik jurnalı Zəhradan yazıb
  • Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir  Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir
  • Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib


FİRUDİN SƏTTAR OĞLU SƏFƏROV


1933-cu il avqustun 1- də Bakı şəhərində anadan olmuşdur.

1968-ci ildə N.A.Rim - ski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının musiqili teatr rejissorluğu fakültəsini bitirmişdir.

 2002-ci ildən Daşkənd Dövlət Konservatoriyasının professorudur.

Azərbaycan Dövlət Konservatoriyasında zərb alətləri üzrə təhsil almış, 1953-cu ildən 1964-cu ilədək dahi dirijor maestro Niyazinin rəhbərlik etdiyi Uzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrində çalışmışdır.

1968-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında quruluşcu rejissor kimi fəaliyyətə başlayan istedadlı sənətçi az bir zaman ərzində yüksək yaradıcılıq imkanlarına, dərin səhnə duyumuna malik olduğunu gostərə bilmişdir. O, bir cox opera tamaşalarına quruluş vermiş, teatr aləmində bacarıqlı rejissor kimi nufuz qazanmışdır. Respublikamızda kecirilən 40-a yaxın dovlət səviyyəli tədbirin hazırlanması Firudin Səfərova həvalə olunmuşdur.

Sovetlər İttifaqı zamanında maraqlı işləri ilə ölkədə tanınan rejissor 1977-ci ildə A.Nəvai adına Daşkənd Akademik Böyük Opera və Balet Teatrına dəvət edilmişdir. F.Səfərov bu günə qədər teatrın baş rejissoru vəzifəsində uğurla çalışmışdır. Bu illər ərzində o, 60-a yaxın opera tamaşalarına, o cümlədən P.İ.Caykovskinin “Qaratoxmaq qadın”, “İolanta”, Q.Donisettinin “Sevgi şərbəti”, C.Verdinin “Traviata”, “Riqoletto”, “Trubadur”, C.Rossininin “Sevilya bərbəri”, S.Prokofyevin “Odlu mələk” və başqa tamaşalar maraqlı səhnə həlli vermişdir. 

Özbəkistanda kecirilən kutləvi bayramların bədii rəhbəri və quruluşcu rejissoru olmuş, yaradıcı adamlar sırasında Azərbaycanı ləyaqətlə təmsil etmişdir.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Koroğlu”, müasir türk bəstəkarı Nevit Kodallının “Van Qoq" və görkəmli Azərbaycan bəstəkarı Vasif Adıgozəlovun “Natəvan” operalarına quruluş vermişdir.

Sənətçinin peşəkar kadrların yetişdirilməsində də xidmətləri böyükdür. O, uzun illərdir ki, Daşkənd Dövlət Konservatoriyasının opera hazırlığı fakültəsində bu istiqamətdə səmərəli iş aparır. Bir cox gənc vokalcılar ilk yaradıcılıq addımlarını məhz ustad rejissorun köməyi ilə atmış, boyuk səhnədə öz istedadlarını nümayiş etdirə bilmişdir.

1981-ci ildə A.Petrovun “Birinci Pyotr” operasının quruluşuna görə Özbəkistanın Dövlət mükafatına layiq görülmüşdür.

O, 1986-cı ildə Özbəkistan Respublikasının, 1992-ci ildə isə Azərbaycan Respublikasının “Xalq artisti” fəxri adlarına layiq görülmüşdür.

2006-ci il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved