• Azərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilibAzərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilib
  •  Prezidentlərin övladları Azərbaycana gələcək Prezidentlərin övladları Azərbaycana gələcək
  • Türkiyənin diplomatik jurnalı Zəhradan yazıbTürkiyənin diplomatik jurnalı Zəhradan yazıb
  • Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir  Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir
  • Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib


HÜSEYNBALA YƏHYA OĞLU HÜSEYNOV


1942-ci il yanvarın 20-də Dərbənd şəhərində anadan olmuşdur.

Dərbənd şəhəri 1 saylı orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda və Ali Partiya Məktəbində ali təhsil almışdır.

1969-1972-ci illərdə Dərbənd şəhər Komsomol Komitəsinin I katibi, 1972-1977- ci illərdə SSRİ Kommunist Partiyası Dərbənd şəhər Komitəsinin katibi, 1977-1983-cu illərdə Dərbənd şəhər Xalq Deputatları Şurasının sədri, 1991-2010-cu illərdə Dərbənd şəhər Mədəniyyət İdarəsinin müdiri vəzifələrindəişləmişdir.

Hazırda Dərbənd rayonu İcra Hakimiyyətində çalışır. 2011-ci ildən “Dərbənd yenilikləri” qəzetinin baş redaktorunun müavinidir. Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar mədəniyyət işcisidir. Dağıstan Respublikası Prezidenti yanında Ağsaqqallar Şurasının üzvüdür.

Diyarşunas alim olan H.Huseynov Dərbəndtarixi, bu şəhərdə yaşayan azərbaycanlıların soykoku, mədəniyyəti, ədəbiyyatı haqqında “Min əfsanənin şəhəri” – Mahackala, “Qədim Dərbəndin əfsanələri”, “Dərbənd və müsəlman ənənələri”, “Böyük Vətən müharibəsi illərində Dərbənd”, “Dərbənd şəhərinin müxtəsər ensiklopediyası”, “Dərbəndşünaslıq”(dərslik), “Dərbənd və “Kitabi-Dədə Qorqud”, “Dərbənd şəhərinin ensiklopediyası” kitablarının müəllifidir:

 “Rəşadətli əməyə gorə” SSRİ medalı, “Əmək veteranı” SSRİ medalı, 2011-ci il iyulun 4-də isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi”medalı ilə təltif olunmuşdur.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved