• Dünya çempionu ilə diaspor təşkilatında görüş keçirilibDünya çempionu ilə diaspor təşkilatında görüş keçirilib
  • Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Azərbaycan Odlar Yurdu" adlı tədbir keçirilib
  •  Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
  • Oktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündürOktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündür
  • "The Jerusalem Post" qəzetində "Ermənistan Cənubi Qafqazda yox olmaq həddinə çatmış dövlətdir" adlı məqalə dərc olunub


İBRAHİM ƏHRARİ


1938-ci ildə Cənubi Azərbaycanın Urmiya şəhərində anadan olmuşdur. 1956-cı ildə Təbrizdə rəssamlıq məktəbinə daxil olur. Lakin o dövrdə İranda yaranmış siyasi vəziyyət və İbrahimin valideynlərinin təkidi ilə o rəssamlıq sənətindən uzaqlaşır.

1966-cı ildə İbrahim Əhrari Almaniyaya mühacirət etmiş və burada Berlin İncəsənət Ali Məktəbinin rəssamlıq, qrafika-dizayn fakultəsini bitirmişdir. 1975-ci ildən Almaniya Rəssamlar Təşkilatının işcisidir.

1973-1975-ci illərdə Tehran Universiteti incəsənət fakültəsinin və Tətbiqi İncəsənət Ali Məktəbinin dosenti olmuşdur. 1975-ci ildə Tehran Hote İnstitutunda Almaniya-İran Mədəniyyət Əlaqələri çərçivəsində şərgilərin təşkilatçısı olmuşdur. 1975-ci ildə Berlin Azad Universitetində İncəsənət Tarixi üzrə

təhsil almışdır. 1976-2003-cu illərdə Berlin Təsviri İncəsənət üzrə Sənətkarlar Cəmiyyətinin

çap atelyesində ofort atelyesinin rəhbəri olaraq çalışmışdır.

 1988-ci ildə Almaniyada Azərbaycan mədəniyyətinə həsr olunmuş silsilə tədbirlər keçirmişdir. 2008-ci ildə Azərbaycan Dövlət Təsviri İncəsənət Akademiyasinın fəxri doktoru adına layiq görülmüşdür.

Rəssam, həmçinin Azərbaycan Alman Mədəniyyətinin İnkişafı Cəmiyyətinin, Alman- Azərbaycan Mədəniyyəti Dostları Cəmiyyətinin sədri, Berlin-Bakı Qalereyasının (MMM) qaleristi kimi də fəaliyyət göstərir. 2007-ci ildən etibarən Berlin-Bakı Qalereyasının (MMM) icraçı direktoru olaraq Azərbaycan və alman sənətkarlarının Berlində və Bakıda sərgilərinin təşkili işləri ilə məşğul olur.

 İran, Əfqanıstan, Azərbaycan, Hindistan, Almaniya, Moskva, Fransa, Hollandiya, İspaniya, Belçika, Polşa, İngiltərə, Şimali İrlandiya, Braziliya, Argentina və Meksikada çoxsaylı sərgiləri keçirilmişdir. İbrahim Əhrari

“Mən hər zaman varam”, “Xocalı ağırlığı” (rəsm, kətan üzərində yağlı boya və akril), “Mərd və Namərdin nağılı” (illustrasiya), “Əmin-amanlıq sorağında” (oyma, sulu murəkkəb), Dr.h.c. İbrahim Əhrari (litoqrafiya) və s. əsərlərin müəllifidir.

 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə mədəniyyət və incəsənət sahəsindəki nailiyyətlərinə görə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved