• Azərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilibAzərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilib
  •  Prezidentlərin övladları Azərbaycana gələcək Prezidentlərin övladları Azərbaycana gələcək
  • Bakı şəhərində Qlobal Gənc Liderlər Forumu keçiriləcəkBakı şəhərində Qlobal Gənc Liderlər Forumu keçiriləcək
  • Türkiyənin diplomatik jurnalı Zəhradan yazıbTürkiyənin diplomatik jurnalı Zəhradan yazıb
  • Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir  Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir


İQBAL VAHİD OĞLU HACIYEV


1983-cu ildə yanvarın 4-də Bakı şəhərində anadan olmuşdur.1989-1999-cu illər Bakı şəhəri, 72 saylı orta məktəbdə təhsil almışdır.

1999-2000-ci illər Rumıniyanın Konstansa şəhərində yerləşən Konstansa Ovidius Dövlət Universitetində rumın dilinin öyrədilməsi hazırlıq kursunun tələbəsi, 2000- 2004-cu illərdə isə Buxarest Dövlət Universitetinin siyasi elmlər fakültəsinin ingilis dili bölməsinin tələbəsi olmuşdur.

2004-2008-ci illər Konstansa Ovidius Dövlət Universitetinin rumın dili bölməsinin doktorantı olmuşdur. 2008-ci il sentyabrın 29-da Rumıniyada tarix elmləri doktoru dərəcəsini almış, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 2010-cu il 23 fevral qərarı ilə tarix üzrə fəlsəfə doktoru dərəcəsinə layiq görülmüşdür.

2001-ci il dekabrın 11-dən Rumıniyada təsis olunmuş Rumıniya-Azərbaycan Gənc -lər və Mədəniyyət Assosiasiyasının sədridir.

2002-ci il avqustun 15-də Azərbaycanda təsis olunmuş Azərbaycan Gənclər Assosiasiyasının Rumıniya üzrə koordinatoru, 2003-cü  ildən isə Rumıniyada çıxan “Geopolitika” jurnalının əməkdaşıdır.

2004-cü ildən Alkoqol və Narkomaniyaya qarşı mübarizə Beynəlxalq Şurasının üzvü (İCAA – İnternational Council on Alcohol and Addictions), 2006-cı ilin martından isə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.

2007-ci ilin martından Avropa Azərbaycanlıları Konqresinin Rumıniya uzrə vitseprezidenti, 2007-ci dekabrından isə H.Əliyev Fondunun Rumıniya Numayəndəliyinin direktorudur.

 2006-cı ildə boyuk “İpək Yolu”nun dirçəlməsi və Azərbaycan”, həmcinin 2010-cu  ildə isə “Azərbaycan Respublikasının Mərkəzi Asiya olkələri ilə əlaqələri 1991-2003- cu illər” kitabları nəşr olunmuşdur.

2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved