• Diaspor rəhbəri Misir parlamentində görüş keçiribDiaspor rəhbəri Misir parlamentində görüş keçirib
  • Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülübSoydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülüb
  • Moskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilibMoskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
  • Ulu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunubUlu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunub
  • Misirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıbMisirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıb


İLQAR HÜMBƏT OĞLU HACIYEV


1967-ci il avqustun 1- də Bərdə rayonunda anadan olmuşdur.

 Tikinti sahəsi üzrə orta ixtisas təhsili almışdır.1993-1998-ci illərdə Moskva Dövlət Hüquq Akademiyasında oxumuş, sonra Rusiya XİN Diplomatik Akademiyasının beynəlxalq əlaqələr fakültəsinin dinləyicisi olmuşdur. Hüquq elmləri namizədidir.

Əmək fəaliyyətinə təmir-tikinti idarəsində rəngsaz kimi başlamışdır. 1987-1997-ci illərdə Təmir-tikinti trestində çalışmışdır.

1991-1997-ci ildə “Safa”, “Akvin”, “Reksan” kicik müəssisələrinin direktoru vəzifəsində işləmişdir.

1997-ci il aprelin 20-dən 1998-ci il aprelin 15-dək Hüquq məsləhətxanasında vəkil köməkçisi, 1998-ci aprelin 16-da isə Moskva Hüquq Mərkəzində vəkillər kollegiyasının üzvü olmuşdur.

1999-cu fevralın 24-dən Huquq məsləhətxanasında müdirdir. 2000-ci ildə Azərbaycanlıların Ümumrusiya Konqresinin Moskva regional şobəsinin rəhbəridir. 2000-2003-cü illərdə Rusiya Duması deputatının

koməkcisi olub. 2007-ci ildə Moskvada Hüquq-mühafizə ilə əməkdaşlıq üzrə komissiyanın sədr müavini, 2008-ci ildə “United Rusiya” Partiyasının üzvü olmuşdur.

2003-cü ildə Rusiya Vəkillər Gildiyası tərəfindən “Rusiyanın fəxri vəkili” adına layiq görülmüşdür. “Vətən tərəfdarı”, “Vicdanlı və yüksək ixtisaslı əmək üçün” medalları ilə təltif olunmuşdur.

2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved