• Stokholm İcra Hakimiyyətində Azərbaycana dair təqdimat keçirilibStokholm İcra Hakimiyyətində Azərbaycana dair təqdimat keçirilib
  • Novruz bayramı Türkiyənin Kocaeli vilayətində qeyd edilibNovruz bayramı Türkiyənin Kocaeli vilayətində qeyd edilib
  • Parisdə yaşayan azərbaycanlılar Novruz bayramını qeyd ediblərParisdə yaşayan azərbaycanlılar Novruz bayramını qeyd ediblər
  • V Qlobal Bakı Forumu başa çatıbV Qlobal Bakı Forumu başa çatıb
  • Qlobal Bakı Forumu panel müzakirələrlə davam edibQlobal Bakı Forumu panel müzakirələrlə davam edib


İOSİF SEMYONOVİÇ ŞAQAL


1949-cu il martın 25- də Bakı şəhərində anadan olmuşdur.

1956-1967-ci illərdəBakıda 1 nomrəli orta məktəbdə təhsil almışdır. 1975-1979-cu illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil almışdır.

1968-1971-ci illərdə Bakı pionerlər parkının yuxarı sinif şagirdləri şöbəsində təlimatcı kimi calışmışdır.

1973-1975-ci illərdə Y.Qaqarin adına Pionerlər və məktəblilər sarayında komsomol şöbəsinin mudiri, 1975-1982-ci illərdə “Azərbaycan gəncləri” qəzetinin xususi müxbiri olmuşdur.

1982-1990-cı illərdə Azərbaycan SSR Radioteleviziyası “Dostluq” Baş Redaksiyası baş redaktorunun müavini olmuşdur.

1990-1991-ci illərdə İsrailin “Həftənin xəbərləri” gundəlik qəzetində jurnalist və məsul katib kimi çalışmışdır.

1991-1994-cu illərdə İsrailin “Bizim ölkə” gündəlik qəzetinin baş redaktoru olmuşdur. 1994-1997-ci illərdə İsrailin “24 saat” gündəlik qəzetinin baş redaktoru vəzifəsində, 1997-1999-cu illər ərzində isə Latviyanın “Respublika” gündəlik qəzetində baş redaktor vəzifəsində çalışmışdır.

1999-2000-ci illərdə İsrailin “Panorama” və “24 saat” gündəlik qəzetlərində baş redaktor olmuşdur.  2000-2001-ci illərdə İsrailin Baş naziri Exud Barakın seckiqabağı qərarqolu, siyasi texnoloq olmuşdur. 2002-2006-cı illərdə “İsrail plyus” rusdilli kanalında “Əks-hesab” gündəlik siyasi proqramın baş redaktor və aparıcısı olmuşdur. 2006-2009-cı illərdə “Bizim evimiz İsrail” Partiyasında Knessetin deputatı, İsrail- Azərbaycan parlamentlərarası dostluq qrupunun başcısı və deputatı olmuşdur.

2007-2011-ci illərdə Beynəlxalq “İsrail-Azərbaycan” Assosiasiyasının prezidenti olmuşdur. 1993-cu ildə “KQB smokinqdə” romanı, 1996-cı ildə ““Meriyot” otelindən olan qadın” romanı, 1998-ci ildə isə “1 nömrəli əsgər - Exud Barak” roman-bioqrafiya vədigər əsərlərin muəllifidir.

1986-cı ildə televiziya filmlərinin Ümum -ittifaq festivalında yaxşı ssenari mükafatı, həmcinin 1987-ci ildə televiziya filmlərinin Umumittifaq festivalında “Dəniz səviyyəsində 3700” adlı filmin ssenarisinə görə “Qran Pri” mükafatı, 2004-cu ildə isə İsrail rusdilli ədəbiyyatının inkişafındakı tohfələrinə görə “İlin adamı” mükafatı laureatıdır. Hazırda İsrailin Belarusdakı səfiridir.

 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunmuşdur.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved