• Diaspor rəhbəri Misir parlamentində görüş keçiribDiaspor rəhbəri Misir parlamentində görüş keçirib
  • Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülübSoydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülüb
  • Moskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilibMoskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
  • Ulu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunubUlu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunub
  • Misirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıbMisirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıb


QULAMRZA SƏBRİ TƏBRİZİ


1932-ci il martın 21- də Təbrizdə müəllim ailəsindəanadan olmuşdur.

1953-1958-ci illərdə Təbriz Universitetinin ingilis və fars dili fakültəsini bitirmişdir. Bir müddət İranda yerləşən Amerika hərbi idarəsində tərçüməci işləmişdir.

1959-cu ildə İngiltərəyə mühacirət etmişdir. 1961-ci ildə o, London Universitetində magistr dərəcəsi almışdır.

1963-cü ildə Edinburq Universitetində “Vilyam Bleykin dialektik fikri, sosial görüşləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və həmin universitetdə müəllim kimi fəaliyyət göstərməyə başlamışdır. 1973-cü ildə Q.Səbri Təbrizinin “Vilyam Bleykin cənnəti və cəhənnəmi” adlı kitabı Londonda və Nyu-Yorkda çap edilmişdir. 1989-cu ildə “İran: Bir uşağın xatirəsi, bir kişinin təcrübəsi” adlı kitabı London və Nyu-Yorkda nəşr edilmişdir.

1961-1963 və 1987-1997-ci illərdə “BBC”, “İTV” və “Sky” televiziya kanallarında çalışmışdır. Bu müddətdə Azərbaycan həqiqətlərinin, 1990-cı il 20 Yanvar hadisəsinin

dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolu olmuşdur.

Üç dəfə Edinburq Universitetinin Ali Şurasına seçilmiş və Professorlar Assosiasiyasının vitse-prezidenti olmuşdur.

N.Gəncəvi, İ.Nəsimi, Xəqani Şirvani, F.Nəimi, O.Xəyyam və M.İqbal haqda elmi məqalələri İngiltərə mətbuatında çap edilmişdir.

Q.Səbri-Təbrizi “Mənim iki dünyam”, “Həsrət”, “Fikir dalğaları”, “Həyat fəlsəfəsi”, “Sönməz ocaq”, “Ümid çırağı”, “Seçmə seirləri”, “Qürbət harayı”, “Xudafərin”, “Arzular, fikirlər, düşüncələr” kitablarının müəllifidir.

2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved