• Azərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçiribAzərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçirib
  • İzmirdə Xocalı abidəsi ucaldılacaqİzmirdə Xocalı abidəsi ucaldılacaq
  • Soydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilibSoydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilib
  • Stokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıbStokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıb
  • Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilibLeyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilib


MAHİR CANMİRZƏ OĞLU HƏMZƏYEV


1958-ci ildə martın 8- də Quba rayonunda anadan olmuşdur.

1983-cu ildə isə S.M.Kirov adına Azərbaycan Dovlət Universitetinin filologiya fakultəsinin qiyabi şobəsini bitirmişdir. 1984-1989-cu illərdə Litva Yazıcılar İttifaqı və Azərbaycan Dovlət Universitetinin zəmanətilə Vilnus Universitetinin Litva filologiyası şobəsində litvaşunaslıq ixtisası uzrə aspiranturada təhsil almışdır.

1985-ci ildə Vilnus Kitabsevərlər Cəmiyyətinin məsul katibi secilmiş və 1994-cu ildən bu gunədək həmin cəmiyyətin sədridir.

1988-ci ildə Litva Azərbaycanlıları Cəmiyyətinin yaradıcılarından olmuş və həmin ildən indiyədək bu təşkilatın sədridir.

1992-1995-ci illərdə Azərbaycan Respublikasının Litvada səlahiyyətli numayəndəsi olub.

1991-ci ildən 2002-ci ilə kimi dəfələrlə Litva hokumətinin yanında Milli Azlıqlar və Muhacirət Departamentinin Milli İcmalar Şurasına uzv secilib. Dunya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının uzvudur.

2006-cı ilin yanvar ayında Riqada təsis olunmuş Baltik Azərbaycanlıları Konqresinin yaradıcılarından biri və həmsədridir.

2006-2007-ci illərdə Vilnusdə Litva-Azərbaycan Assosiasiyasını, "Vilnus dairəsi azərbaycanlıları" və "Vilnus azərbaycanlıları" ictimai-mədəni təşkilatlarını yaratmışdır.

2007-ci il mart ayının 10-da Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti secilmişdir.

2008-ci ilin oktyabr ayının 12-də Litva Respublikası Liberallarının Sayudis Partiyasının xətti ilə Litva Respublikası Parlament seckilərində iştirak etmişdir.

2009-cu ildə Litva Respublikası Hokuməti yanında Milli Azlıqlar və Emiqrasiya Departamentinin xətti ilə kecirilmiş seckilərdə uc il muddətinə Litva Milli İcmalar Şurasının sədri secilmişdir. Litva Respublikasının Baş naziri Andryus Kubilyusun 2009-cu il 17 noyabr tarixli 511 nomrəli Sərəncamı ilə Litva Respublikası Baş nazirinin yanında Litva Milli Azlıqlarının Məsələləri uzrə Koordinasiya Komissiyasına uzv secilmişdir.

2010-cu il avqustun 4-dən Seymin İqtisadiyyat Komitəsi Sədrinin muşaviridir.

2002-2011-ci illərdə Litva Respublikası Seyminin Sədri, Litva Respublikası Baş naziri, Litva Respublikası Mədəniyyət naziri və həmcinin Litvanın digər dovlət və hokumət qurumlarının rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərmanlara və yazılı təşəkkurlərə layiq gorulmuşdur. Litva Respublikasının Baş naziri Andryus Kubilyusun 2009-cu il 18 dekabr tarixli Qərarı ilə xususi təşəkkur elan edilmiş və Litva adının 1000 illiyinə həsr olunmuş “Fəxri ulduz” hokumət nişanı ilə təltif olunmuşdur.

19 noyabr 2004-cu ildə Litva Respublikası Hokuməti yanında Milli Azlıqlar və Emiqrasiya Departamentinin "Xidmətlərə gorə" gumuş medalı ilə mukafatlandırılmışdır.

2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dunya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə “Tərəqqi” medalı ilə, həmcinin Litva Respublikasının Prezidenti Valdas Adamkusun 2006-cı il 7 iyun tarixli 648 nomrəli Fərmanı ilə “Litva qarşısında xidmətlərinə gorə” Dovlət medalı ilə təltif olunmuş, 2011-ci il iyulun 4-də isə jurnalistika sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə gorə Azərbaycan Respublikasının “Əməkdar jurnalisti” fəxri adına layiq gorulmuşdur. 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved