• Soydaşımız Çexiya çempionu olubSoydaşımız Çexiya çempionu olub
  • Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti veribÜmumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti verib
  • Misir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıbMisir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıb
  • Soydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edibSoydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edib
  • Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilibBirləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib


SAHİL MƏMMƏDYAR OĞLU QASIMOV


 1961-ci il aprelin 7-də Hacıqabul rayonunda anadan olmuşdur.

  1978-ci ildə orta məktəbi bitirdikdən sonra Volqoqrad şəhərindən Dovlət İnstitutunun tarix-filologiya fakultəsinə daxil olmuş və 1982-ci ildə bu fakultəni bitirmişdir. Omsk şəhərindəki Ali Polis Akademiyasının

Cinayət İşləri uzrə fakultəsini bitirərək 2-ci ali təhsilini almış və Ali Huquq ixtisasına yiyələnmişdir. Marksizm Leninizm Univer sitetini Altay Vilayətinin Barnaul şəhərində qiyabi olaraq bitirmiş, Barnaul şəhərini Yeleznodorojnıy Rayon Komsomol Təşkilatının Buro uzvu və Altay Vilayəti Mərkəzi Komsomol Təşkilatının uzvu olmuşdur.

    90-cı illərin əvvəllərindən etibarən Hollandiyada əvvəlcə AzHol Kommersiya şirkətinin təsiscilərindən biri olmuş, sonralar isə Niderlandın Amsterdam şəhərində “Caspian International” Beynəlxalq Turizm şirkətini qeydiyyatdan kecirərək bu şirkətin prezidenti olmuşdur.

  2000-ci ilin əvvəllərində Amsterdam şəhərində Azərbaycan Niderland Cəmiyyətinin təməlini qoyaraq Niderlandda ilk Azərbaycan təşkilatını qeydiyyatdan kecirmişdir.

  2003-cu ildən etibarən əvvəlcə "Azerbaijan - Netherlands News", sonralar isə "Azerbaijan Benelux News" qəzetinin təsiscisi və baş məsləhətcisi olmuşdur.

  2006-cı ilin noyabr ayında Beniluks olkələrindəki 15 Azərbaycan təşkilatlarını bir araya gətirərək Beniluks Azərbaycanlıları Konqresini təsis etmiş və 2008-ci ilə qədər bu quruma sədrlik etmişdir. 2011-ci ildə yenidən

Konqresin sədri secilmişdir. Avropa Azərbaycanlıları Konqresinin I vitse-prezidenti, Dunya Azərbaycanlıları

Əlaqələndirmə Şurasının uzvudur. 2010-cu ildən etibarən Brusseldə Avropa Parlamentində, Luksemburqda Avropa Komissiyasında və Strasburgda Avropa Şurasında Lobbist kimi akkreditə olunmuşdur. Hal-hazırda “Caspian İnternational Company” nin prezidentidir. “Qobustan” Beynəlxalq Mukafatına layiq gorulmuşdur.

  2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved