• Soydaşımız Çexiya çempionu olubSoydaşımız Çexiya çempionu olub
  • Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti veribÜmumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti verib
  • Misir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıbMisir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıb
  • Soydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edibSoydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edib
  • Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilibBirləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib


TALE KƏMALƏDDİN OĞLU HEYDƏROV


   1985-ci il fevralın 9- da Bakı şəhərində anadan olmuşdur.

  2006-cı ildə London Universitetinin London İqtisadiyyat və Siyasi Elmlər məktəbini (LSE) bitirərək, bakalavr dərəcəsi almışdır.

  2007-ci ildə London Universitetinin Birkbeck kollecinin Beynəlxalq təhlukəsizlik fakultəsini bitirərək magistr elmi dərəcəsi almışdır.

  2004-cu ildə London Azərbaycan Cəmiyyətini yaratmışdır. Cəmiyyət yaradıldığı vaxtdan etibarən gəncləri oz ətrafında birləşdirərək maraqlı tədbirlər (konfranslar, simpoziumlar, sərgilər və s.) kecirmiş, nəşr-informasiya fəaliyyəti sahəsində muhum layihələr reallaşdırmağa başlamışdır. Həmin dovrdə “Khojaly Tragedy an İnternational View”, “İnternational Visions: Armenia- Azerbaijan Conflict Over Karabakh” və başqa nəşrlər işıq uzu gormuşdur. Cəmiyyətin ən boyuk uğurlarından biri də “Azerbaijan: 100 Questions answered” adlı məlumat - sorğu kitabının nəşri olmuşdur.

  2006-cı ildən Tale Heydərovun redaktorluğu ilə nəşrə başlayan “Visions of Azerbaijan” jurnalı Azərbaycanın tarixinə, mədəniyyətinə, ədəbiyyatına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ munaqişəsinə dair mutəxəssislərin məqalələri ilə cıxış edir. Jurnal dunyanın Azərbaycanşunaslıq mərkəzlərinin və məşhur kitabxanalarının fondlarına daxil olmuşdur. Butun bunlar London Azərbaycan Cəmiyyətinin fəaliyyət coğrafiyasını daha da genişləndirməyə və Avropa miqyasında fəaliyyətə başlamağa stimul yaratmış və T.Heydərov 2008-ci ildə Londonda Avropa Azərbaycan Cəmiyyətini (The European Azerbaijan Society - TEAS) təsis etmişdir. TEAS-ın Boyuk Britaniya, Almaniya, Fransa, Belcika kimi Avropa dovlətlərində və Azərbaycanda numayəndəlikləri yaradılmışdır. TEAS Avropada Azərbaycanın maraqlarını təmsil edən beyin və fəaliyyət mərkəzi kimi tanınır. Təşkilat tərəfindən hər ay Azərbaycan haqqında “Yeniliklər bulleteni”, “Biznes bulleten”, “Biznes hesabat” və “TEAS jurnalı” adlı nəşrlər cap edilərək Avropanın ictimai, siyasi və biznes dairələrində yayılır. Tale Heydərovun  redaktorluğu ilə Rusiya arxiv materialları əsasında cap edilən, Bakı, Sankt-Peterburq və Londonda muvafiq olaraq Azərbaycan, rus və ingilis dillərində nəşr olunan “Qafqazda “erməni məsələsi” adlı 3 cildlik, M.S.Ordubadinin “Qanlı illər.

 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-musəlman davasının tarixi” adlı əsərinin Sankt-Peterburq və London nəşrləri və başqa fundamental nəşrlər Avropanın akademik dairələrində

musbət əks-səda yaratmışdır. T. Heydərovun ideyası və təşkilatcılığı ilə beynəlxalq film şirkətləri ilə birgə Azərbaycanı dunyada tanıtmaq məqsədilə sənədli filmlər cəkilmişdir. Bu filmlər arasında Qarabağın musiqi irsindən bəhs edən “Qədim musiqinin yeni səsləri”, Azərbaycanın 20 illik mustəqillik tarixi haqqında 3 hissəli “Azərbaycan xaricilərin baxışlarında” və “İbonno” adlı filmləri gostərmək olar.

  2012-ci ilin fevralında fransız fotoqrafı Frederik Lenqenin Xocalı soyqırımına dair

  1992-ci ildə cəkdiyi və indiyədək numayiş etdirilməyən fotoların sərgisinin təşkili və s. tədbirlər də xususi qeyd edilə bilər. T.Heydərov Dunya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının uzvudur.

  2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

 

VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved