• Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir  Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir
  • Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib
  • Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib
  • Azərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edibAzərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edib
  •  Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib


BABA KUHİ BAKUVİ


    Sufi nəzəriyyəsinin görkəmli nümayəndələrindən sayılan, müəyyən illərdə bu təriqətə rəhbərlik edən alim və şair kimi tanınan Baba Kuhi bəzi mənbələrə görə 933-cü ildə Bakıda doğulmuşdur. Belə hesab olunur ki, o, məşhur mütəfəkkir, ilahiyyatçı və şirvanşah Mənuçöhrün vəziri Pir Hüseyn Şirvaninin doğmaca qardaşıdır. Baba Kuhi yüz ildən artıq yaşamış və 1074-cü ildə Şiraz şəhərində vəfat etmişdir. Baba Kuhinin bütöv adının yazılışında da müəlliflərin fikirləri fərqlənir. Ancaq ümumi qənaətə görə, onun bütöv adı belə göstərilir: Əbu Abdullah Məhəmməd ibn Abdullah ibn Übeydullah ibn Bakuyə. Bəzən bu ada Şirazi, yaxud Nişapuri nisbəsi də artırılır. Bu, onunla bağlıdır ki, Kuhi uzun müddət Şirazda və Nişapurda yaşamışdır.

    Baba Kuhi ilk təhsilini ilahiyyatçı atasından almışdır. Hələ gənc yaşlarından müstəqil həyat tərzinə və səyahətlərə üstünlük verən Baba Kuhi qardaşı ilə mübahisədən sonra əvvəlcə Pirsaat düzündə, sonra isə müqəddəs Babadağ (bir çox tədqiqatçılar belə hesab edirlər ki, bu dağın adı baba Kuhinin şərəfinə verilmişdir) yaxınlığında məskunlaşmışdır. Sonralar o, Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən İrəvana və başqa ölkələrə səfərlər etmiş, alimlərlə görüşmüş, müqəddəs yerlərə ziyarətə getmişdir.

   Bəzi məlumatlara görə o, 988-90-cı illərdə bir müddət Şirvanda da qalır. Ruhani-alim kimi nüfuzu artan Baba Kuhi mühəddis – hədislər tərtibçisi olmaq arzusunda olmuşdur. Lakin yeni hədislər toplamaq üçün çox gəzmək,başqa ölkələrdə yaşayan mühəddislərlə görüşüb-danışmaq lazım gəlirdi. Abdullah Ənsarıonun sözlərinə əsaslanaraq yazır ki, “Bakuvi otuz min hekayət və üç min hədis yığmışdı”.

    Bakuvi Şirazda Əbu Abdullah ibn Xəfifinyanında təhsilini artırmağa da bir neçə il sərf etmişdir. Görünür, məhz onun təsiri altında Bakuvi sufi olur. Tədqiqatçılar göstərirlər ki,981-82-ci illlərdə Xəfıf dünyasını dəyişdikdən sonra Bakuvi yenidən səyahətlərə çıxmışdır.O, məşhur elm mərkəzlərinə, o cümlədən Bağdada səfər etmişdir. Sonra XXI əsrlərdə sufi təliminin başlıca yayılma nöqtəsi sayılan Nişapura gəlib çıxmışdır.

   Mənbələrdə Bakuvinin Xorasan alimi Əbu Əbdər-Rəhman Sullami və Əbül Qasim Qüşeyri ilə dostluğu, Əbu Abbas Nəhavəndiilə elmi mübahisələri (həmin mübahisələrdə Nəhavəndi Bakuvinin üstünlüyünü etiraf etmişdir),həmçinin o dövrdə böyük populyarlıq qazanmış sufi şeyxi Əbu Səid ibn Əbul-Xeyrlə birbaşa təmaslarda olması barədədə məlumatlar verilmişdir.

    Sullami öldükdən sonra sufi təriqətinə başçılıq Bakuviyə keçir ki, bu da onun yüksək nüfuzundan xəbər verir. Lakin hələ də müəmmalı qalan səbəblər üzündən bircə il sonra o,Nişapurdan Şiraza köçmüşdür. Şiraz yaxınlığındakı dağlarda, Cəfərabad kəndində Karst mağaralarından birində məskən salan Bakuvi ömrünün son illərini burada ibadətlə məşğul olmaqla keçirmişdir. Mənbələrə görə, Baba Kuhinin əsas əsərləri də burada yaranmışdır.Tərki-dünya alimin şöhrəti bütün Şərqə yayılmış,dünyanın müxtəlif yerlərindən bu müqəddəs insanın yanına ziyarətə və məsləhətə gəlmişlər. Tanınmış coğrafiyaşünas N.K.Kərəmovun yazdığına görə, şair-alimin dəfn olunduğu yer onun şərəfinə Baba Kuhi adlandırılır.Şərqin Nizami Gəncəvi, Sədi, Hafiz Əbdürrəhman Cami, Nəsimi, Seyid Əzim Şirvanikimi dahi sənətkarları ona şeirlər həsr etmiş,öz əsərlərində Baba Kuhini xatırlamışlar.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved