• Paris Azərbaycan Evi: Paris Azərbaycan Evi: "ÜAK-la bağlı qərar yanlış və qərəzlidir"
  • Rusiyadakı Azərbaycan diaspor fəalı regionlararası konfransda çıxış edibRusiyadakı Azərbaycan diaspor fəalı regionlararası konfransda çıxış edib
  • Türkiyədəki Azərbaycan diasporu: Türkiyədəki Azərbaycan diasporu: "ÜAK-ın bağlanması qəbulolunmazdır"
  • İsveçrədə yaşayan azərbaycanlılar Rusiyanın dövlət qurumlarına müraciət edibİsveçrədə yaşayan azərbaycanlılar Rusiyanın dövlət qurumlarına müraciət edib
  • Kanada Azərbaycan Tədqiqatları İnstitutu Rusiyanın Xarici İşlər Nazirliyinə məktub ünvanlayıbKanada Azərbaycan Tədqiqatları İnstitutu Rusiyanın Xarici İşlər Nazirliyinə məktub ünvanlayıb


CAHANGİR KAZIMBƏYLİ


    Dərin hərbi biliyə malik olan polkovnik Cahangir Kazımbəyli 1888-ci ildə Gəncədə anadan olmuşdur. İlk təhsilini doğulduğu şəhərdə alan C.Kazımbəyli ali təhsil almaq üçün Sankt-Peterburq şəhərinə getmiş və burada Hərbi Hava Akademiyasına daxil olmuşdur.Beş il orada oxuduqdan sonra ali təhsilli mütəxəssis kimi orduda xidmət etməyə başlamışdır. Birinci dünya müharibəsi başlayan kimi könüllü olaraq cəbhəyə getmişdir.Bu müharibədə hərbin bir sıra sirlərini öyrəndikdən, müəyyən təcrübə topladıqdan sonra cəbhədən tərxis olunub doğma vətəni Azərbaycana – Gəncəyə qayıtmışdır.Burada bir müddət Gəncə alayında briqada komandiri vəzifəsində çalışmışdır.

    Cahangir Kazımbəyli rəşadətli hərbiçi kimi Gəncə qiyamına rəhbərlik etmişdir. Cahangir bəy 1920-ci ilin mayında, bolşeviklərin hakimiyyəti ələ aldığını eşidən günü Gəncədə biryandan XI Orduya, digər yandan Yelendorf (indiki Göygöl) tərəfdən gələn daşnak və bolşevik qüvvələrinə amansız zərbələr vurmuşdur.May ayının 24-dən 25-nə keçən gecə artıq şəhərdəki bolşevik ordusunu tərk-silah etmiş,burada hakimiyyəti ələ almışdır. Bir qədər sonra qiyamın yatırılacağını hiss edən Cahangir Kazımbəyli bədbinliyə qapılmamış, əksinə nikbinliklə demişdir: “Qoy biz məğlub olaq,lakin qoy düşmən də öz qələbəsinə yüzlərlə,minlərlə meyitlərin üzərindən addımlayıb keçsin.Qoy 28 may günü tariximizə təkcə müstəqilliyimizin elan olunduğu bir gün kimi yox,həm də vətən mehrabında böyük qurbanlar günü kimi həkk olunsun. Qoy 28 may günü düşmən amansız müqavimətlə qarşılaşsın. 28 may gününün ləyaqətli müqaviməti bizim mənəvi qələbəmizi sübut etsin”.

    Düşmənlər bir həftə gecə-gündüz hücum etdikdən, qədim Gəncəni dönə-dönə artilleriya və pulemyot atəşinə tutduqdan və minlərlə itki verdikdən sonra artıq müqavimətin mənasız olduğunu görən Cahangir bəy və silahdaşları 5 iyun gecəsi döyüş mövqelərini tərk etmişlər.

    Bundan sonra Cahangir bəy canından artıq sevdiyi doğma vətənindən mühacirət etmək məcburiyyətində qalmışdır. Bir müddət Türkiyədə yaşamışdır. Burada hərbi işlərdə çalışmış, hərbi məktəbdə dərs demişdir. Sonra isə öz yaxınları və dostlarıilə birlikdə Polşaya köçmüşdür.

    Vətənpərvər polkovnik Cahangir Kazımbəyli 1955-ci ildə vəfat etmişdir.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved