• Xocalı soyqırımından bəhs edən Xocalı soyqırımından bəhs edən "Ağrı" romanı İsraildə ingilis dilində çapdan çıxıb
  • Finlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcəkFinlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcək
  • Azərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilibAzərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilib
  • Həmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri olduHəmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri oldu
  • Yunanıstanda yeni diaspor təşkilatının təqdimatı olubYunanıstanda yeni diaspor təşkilatının təqdimatı olub


CƏMALƏDDİN ƏFQANİ


     Şərq və Qərb mədəniyyətlərini dərindən mənimsəmiş və özünün fəlsəfi sistemini müəyyənləşdirmiş görkəmli şəxsiyyət Cəmaləddin Əfqani 1838-ci ilin noyabr ayında Həmədan yaxınlığındakı Əsədabad kəndində doğulmuşdur. Ərəb, fars və türk dillərini mükəmməl öyrənmiş və hər üç dildə əsər yazmışdır.O, fransız və rus dillərini də bilmişdir.

 
    C.Əfqaninin atası nüfuzlu din xadimi olmuşdur. atasının sayəsində o, Kabildə mükəmməl dini təhsil aldıqdan sonra Əfqanıstanın suverenliyi uğrunda çalışan və bir müddət buna nail olan Əmir Dost Məhəmmədin yanında xidmət etmişdir. Hətta Baş nazir vəzifəsində də olmuşdur. Ömrünün çox hissəsini səyahətlərdə keçirən Cəmaləddin Əfqani bir müddət Hindistanda və Misirdə yaşamış, Misir Universitetində professor işləmiş, məşhur Ərəbi peşə üsyanlarının rəhbərlərindən biri olmuşdur. Sonra o, Hindistana köçüb Heydərabadda məskunlaşmış, ingilislərin təkidi ilə oradan da uzaqlaşdırılmışdır.Bir müddət Tehranda yaşamış və çox keçmədən Londona gedib ömrünün bir hissəsini orada keçirmişdir.
 
    Mənbələr göstərir ki, Əfqani Amerikadada olmuş, sonra Parisə qayıtmış, bir müddət publisistika və qəzetçiliklə məşğul olmuşdur.Hətta “slavyanofil”lərin rəhbəri Katkovla görüşüb Hindistanın azadlığı uğrunda birgə mübarizə  aparmağı ona təklif etmişdir. Bütün bunlar onu Qərb müstəmləkəçilərinə qorxulu və təhlükəli düşmən kimi tanıtmışdır.
 
    1878-ci ildə Türkiyədə elm və tədris ocaqlarında oluduğu antiimperialist xarakterrli mühazirələrinə görə ölkədən qovulmasına  baxmayaraq Sultan Əbdülhəmid onu1892-ci ildə yenidən Türkiyəyə dəvət etmişdir.O, ikinci dəfə İstanbula gəlmiş və ömrünün axırını, yəni 1897-ci ilə qədər burada  yaşamışdır. 1944-cü ildə məzarı Kabilə köçürülmüşdür.
 
    C.Əfqaninin siyasi və fəlsəfi baxışlarına görə, hər millətin taleyini o millətin öz öhdəsinə buraxmaq lazımdır. Şeyx Cəmaləddin hesab edirdi ki, milli birlik və həmrəyliyə nail olmaq üçün dil və din birləşdirici amillərindən istifadə edilməlidir. C.Əfqani dilin ictimai funksiyasını, milli tərəqqidə oynadığı rolu, milləti millət edən əsas və başlıca komponent olduğunu konkret faktlarla sübut etmiş və dil birliyini “milli vəhdət” adlandırmışdır.Bu iki amilin fərqli cəhətlərini göstərən Şeyx yazçışdır: “Dil birliyi, yəni milli birlik dini birlikdən daha möhkəm və sabitdir. Çünki o, öz müddət ərzində mövcud olmağı və başqa dil ilə əvəz olunmağı qəbul etmir. Din birliyi isə belə deyil. Tarix göstərir ki, bir dildə danışan bir millət min il ərzində öz dilinə ciddi xələl gətirmədən iki, üçdəfə dinini dəyişib başqa dinlə əvəz edə bilir.Odur ki, dil birliyindən hasil olan əlaqə və ittifaqın təsiri dini əlaqələrin təsirindən daha  artıqdır”. C.Əfqani islam birliyi ideyasını ortaya atan və ona elmi, siyasi məna verən mütəfəkkir olmuşdur. O, birinci növbədə islamın döyüşkənliyini bərpa etməyə çalışmışdır.
 
    Yani türk şairinin banisi Məhəmməd Əmin Yurdaqul Əfqani haqqında yazmışdır: “Məni Şeyx Cəmaləddin yoğurmuşdur, əgər ruhların sonsuzluğu və ölməzliyi varsa, deyərdim ki,Cəmaləddin vücudunun ətlərini və kəmiklərini torpağa buraxmışsa, ruhunu da mənə ərməğan etmişdir. Onun ruhu məndə yaşayır”.
 

 

VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved