• Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib
  • Azərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edibAzərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edib
  •  Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib
  • Azərbaycanın mülki şəxslərinin Ermənistan ordusu tərəfindən öldürülməsi ilə bağlı Vyanada etiraz aksiyası keçirilibAzərbaycanın mülki şəxslərinin Ermənistan ordusu tərəfindən öldürülməsi ilə bağlı Vyanada etiraz aksiyası keçirilib
  • Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


ƏBDÜRRƏŞİD ƏL-BAKUVİ


    Tanınmış səyyah, coğrafiyaşünas, iqlimşünas Əbdülrəşid ibn-Saleh ibn-Nuri əl-Bakuvi XIV əsrin ikinci yarısında – XV əsrin əvvəllərində yaşamışdır. Əbdürrəşidin atası Bakıda doğulmuş və dövrünün yüksək təhsil görmüş adamlarından biri olmuşdur. Bakuvi özü yazmışdır ki, “Bakı – mənim atam, alim İmam Saleh ibn Nurinin vətənidir. O, ləyaqət meyarı idi. 1403/04-cü ildə 77 yaşında dünyadan köçdü”.

    Bakuvi 1335-1360-cı illər arasında Bakıda doğulmuş və təqribən 1425-1430-cu illərdə Qahirədə vəfat etmişdir.

    Əbdürrəşid əl-Bakuviyə böyük şöhrət gətirən“Kitab Təlxis əl-asap və əcaib əl məlikəl qəhhar” (“Abidələrin xülasəsi və qüdrətli hökmdarların möcüzələri”) əsəri o zaman Şərqdə məlum olan ölkə və millətlər haqqında məlumat verir.

    Tədqiqatçıların əksəriyyəti belə hesab edir ki, kitab XV əsrin birinci yarısında yazılmış,əlyazma nüsxəsi isə 1614-cü ildə köçürülmüşdür.Bu kitabın və onun fars dilinə tərcüməsinin başqa nüsxələri də vardır ki, dünyanın müxtəlif kitabxanalarında saxlanılır.Kitab hələ 1789-cu ildə De Ginem tərəfindən fransız dilinə tərcümə olunmuşdur.Sonra əsər bir çox digər Avropa dillərinə çevrilmişdir. Bu kitab rus dilinə akademik Z.Bünyadov tərəfindən tərcümə olunaraq Moskvada nəşr edilmişdir.

     Qeyd edilən kitabda Əbdürrəşid Bakuvi yaxşı tanıdığı Azərbaycan və xüsusilə də Bakı haqqında daha çox orijinal məlumatlar vermişdir. O, Azərbaycanı dördüncü və beşinci iqlim qurşaqları zonasına aid edir: “Azərbaycan Kuhistan, Arran və Ərməniyyənin arasında geniş məskunlaşmış bir vilayətdir.Orada çoxlu şəhər, kənd və çaylarvardır”. Araz çayı barədə o yazır: “Bu çay bir çox ölkələrdən keçərək, Naquçevan(Naxçıvan) yaxınlığındakı Diya əl-mülk körpüsünə çatır. Bu körpü daşdan tikilib və dünyadakı möcüzələrdən biridir”.

     Əlbəttə ki, o, Bakı (Bakuya) haqqında daha ətraflı məlumat verir. “Bu bir şəhərdirki, əl-Xəzər dənizinin sahillərində daşdan tikilib.Onun divarları dəniz suyu ilə yuyulur.İndiyəcən su çoxlu qala qüllələrini aparmış və məscidə yaxınlaşmışdı... Evlərin çoxusu qayalar üzərində tikilib. Havası gözəldir, qayalıqdan axıb gələn içməli su isə çox xoşdur.Burada buğda az yetişir və əsasən taxılı şəhərə Şirvan və Muğandan gətirirlər.

    Burada əncir, nar və üzüm bol olur. Bağlar şəhərdən uzaqdır və şəhərlilərin çoxu yayda bağa köçür, bir müddətdən sonra isə şəhərə qayıdırlar. Hər il bu təkrar olunur”.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved