• Azərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilibAzərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilib
  •  Prezidentlərin övladları Azərbaycana gələcək Prezidentlərin övladları Azərbaycana gələcək
  • Türkiyənin diplomatik jurnalı Zəhradan yazıbTürkiyənin diplomatik jurnalı Zəhradan yazıb
  • Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir  Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir
  • Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib


ƏHMƏD BƏY AĞAYEV (AĞAOĞLU)


      Böyük ictimai-siyasi xadim, görkəmli jurnalist və publisist, məşhur yazıçı və alim kimi tanınan Əhməd bəy Mirzə Həsən oğlu Ağayev (Ağaoğlu) 1869-cu ildə Şuşa şəhərində anadan olmuşdur. Ə.Ağaoğlu  ibtidai və orta təhsilini doğma şəhəri Şuşada, sonra isə Tiflisdə olmışdır. O, xüsusi müəllimlərdən fars və fransız dillərini öyrənmiş, əsərlərini ana dilində və bu dillərdə yazmışdır.

 
    1894-cü ildə Parisdə hüquq məktəbini və məşhur Sarbonna Universitetini bitirmiş, tələbəlikdən Şərq ölkələrinin tarixi, ədəbiyyatı, fəlsəfəsi və dinlərini öyrənmişdir. 23 yaşında  Londonda Beynəlxalq Şərqşünaslıq konqresində dini mövzuda etdiyi məruzə alimlər tərəfindən yüksək qiymətləndirilmiş və bu məruzə bir neçə xarici dildə çap olunmuşdur.Jurnalistika  sahəsində fəaliyyətə də Paris mətbuatında başlayan Ə.Ağaoğlu XIX əsrin 90-cı illərində xaricdən “Qafqaz” qəzetinə məqalələr göndərmiş və sonralar onun ən fəal müəlliflərindən biri olmuşdur.Doğma yurdu Şuşada “Firəng Əhməd” ləqəbi alan gənc şərqşünas 1896-1898-ci illərdə şəhər məktəbində fransız dilindən dərs demiş, kitabını açmışdır. 1900-cu ildə “Kaspi” qəzetinin dəvəti ilə Bakıya gəlmiş,məktəbdə dərs verməklə bərabər, bu qəzetdə Şərqə dair sanballı, maraqlı oxunan məqalələr çap etdirmişdir.
 
    Onun M.Şaxtaxtinskinin Tiflisdə çıxardığı “Şərqi-Rus” qəzetində, Kəlküttə və Qahirədə çıxan mətbuat orqanlarında “Müsəlman aləmi”nə dair məqalələri çap olunmuşdur.Ə.Ağaoğlunun jurnalistlik fəaliyyətinin ən yetkin dövrü isə 1905-ci ildən Əli bəy Hüseynzadə ilə birlikdə nəşr və redaktə etdiyi “Həyat” qəzetində başlamışdır. Həmin ilin axırında nəşrə başladığı “İrşad” qəzeti Ə.Ağaoğlunun çoxillik publisist fəaliyyətinin ən dolğun, səmərəli nümunəsidir. 
 
    1907-ci ildə “Proqres” qəzetində nəşr etdirdiyi məqalələrində də eyni fikri təbliğ etmişdir.Lakin istər “İrşad”, istərsə də “Proqress” qəzetlərinin nəşrində böyük maneələr ortaya çıxırdı: senzura təqibləri, maddi çətinliklər,abunəçi azlığı, mürtəce mətbuatın düşmənçiliyi və s. təsirindən Ağaoğlu “İrşad”ı dayandırmağa məcbur olmuş, “Proqres”i isə hökumət “zərərli fəaliyyətinə görə” qadağan etmişdir. Əslində bunun əsas səbəbləri milli ideologiyanın təbliği, Qafqaz Mətbuat Komitəsində çarizm tərəfindən dəstəklənən erməni-daşnak senzorların düşmən əməlləri, Ə.Ağağlunun fəaliyyəti barədə böhtançı yazılar və bir də “Peterburqski vedomosti”,“Kaspi” qəzetlərində ifşaçı məqalələr çap etdirən bu mübariz publisisti susdurmaq idi.Qafqaz canişin dəftərxanasında  erməni və müsəlman nümayəndələrin iştirakı ilə keçirilən konfransdakı alovlu nitqində çar hakimləri və erməni-daşnak fitnəkarlarını ifşa edən Ağaoğlu digər Azərbaycan xadimləri ilə birlikdə qət edirlər ki, silahlı düşmənə boş əllə yox, silahlı cavab verilməlidir. Beləliklə, Bakı, Gəncə və başqa şəhərlərdə “Difai” adlı döyüşçü dəstələrinin yaradılmasında Ə.Ağaoğlunun böyük xidməti olmuşdur.
 
    1908-ci ildə Ə.Ağaoğlu ailəsi ilə birgə İstanbula köçmüşdür. O, Vətənin düşmənlərinə qarşı mübarizəsini mühacirətdə davam etdirmiş, Türkiyədə “İttihad və tərəqqi” Partiyasına  daxil olmuşdur. 
 
    Müxtəlif vaxtlarda “Süleymaniyyə” kitabxanasının müdiri, “Türk yurdu” jurnalının redaktoru olmuş, İstanbul universitetində rus dilində dərs demişdir. Birinci dünya müharibəsi dövründə Qafqaza daxil olmuş Türkiyə ordusunda siyasi müşavir olmuşdur.Türkiyənin məğlubiyyətindən sonra ingilislər tərəfindən “İttihad və təriqət” Partiyasının rəhbərləri ilə birlikdə Malta  adalarına sürgün edilmişdi. 1921-ci ildə sürgündən qayıtdıqdan sonra kamalçılıra  yaxınlaşmış, inkara Cümhuriyyət Baş Mətbuat bürosuna müdir təyin olunmuşdur. İctimai-siyasi fəaliyyətinə görə o, ikinci və üçüncü Böyük Millət Məclisinə deputat seçilmişdir. Peşəkar jurnalist kimi “Hakimiyyəti-milliyə” qəzetinin baş redaktorluğu ona həvalə olunmuşdur.
 
    Türkiyə Respublikası elan edildikdən sonra Ə.Ağaoğlu Atatürkün daxili və xarici siyasət xəttinin tərəfdarı kimi tanınmışdır. 30-cu illərdə təqaüdə çıxan Ə.Ağaoğlunun adı məşhur türk yazıçısı və alimlərindən Həmdullah Sübhü, Cəlal Sahir, Cavid Yalçın,Nazim Hikmət və digərləri ilə yanaşı çəkilmiş,əsərləri oxucular tərəfindən böyükcoşqu ilə qarşılanmışdır. O, “Sərbəst insanlar ölkəsində”, “Mən nəyəm”, “Könülsüz olmaz” kimi bədii-fəlsəfi traktatlar, bir çox elmi-kütləvi oçerkləri ilə yadda qalmışdır.
 
    Əhməd bəy Ağayev 1939-cu ildə İstanbul şəhərində vəfat etmişdir.
 

 

VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved