• Xocalı soyqırımından bəhs edən Xocalı soyqırımından bəhs edən "Ağrı" romanı İsraildə ingilis dilində çapdan çıxıb
  • Finlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcəkFinlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcək
  • Azərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilibAzərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilib
  • Həmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri olduHəmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri oldu
  • Yunanıstanda yeni diaspor təşkilatının təqdimatı olubYunanıstanda yeni diaspor təşkilatının təqdimatı olub


ƏLİBƏY HÜSEYNZADƏ


 

    Azərbaycan ictimaiyyətində yazıçı, jurnalist, müəllim, ictimai xadim, tərcüməçi kimi tanınan Əlibəy Hüseyn oğlu Hüseynzadə 24 fevral 1864-cü ildə Salyan rayonunda anadan olmuşdur. O, Qafqaz Şeyxülislamı olan babası Axund Əhmədin himayəsi altında böyümüşdür.
    Əlibəy Hüseynzadə babasının məsləhəti ilə Tiflis gimnaziyasına daxil olmuş və buranı 1885-ci ildə bitirmişdir. Sonra isə o,Sankt-Peterburq universitetinin Fizika-riyaziyyat fakültəsində təhsilini davam etdirmişdir.Elə bu şəhərdə də inqilabi tələbə hərəkatına qoşulmuş, tələbələrin keçirdikləri tədbirlərdə fəal iştirak etmişdir. Bir neçə ildən sonra o Türkiyəyə getmiş, İstanbulda ali hərbi tibb məktəbinə daxil olmuş, bu təhsil ocağını 1895-ci ildə bitirmişdir. Təhsilini başa vurduqdan sonra 1900-cü ildə elə həmin məktəbdə professor köməkçisi kimi əmək fəaliyyətinə başlamışdır. Həmin məktəbdə tibbə dair bir sıra əsərlər yazmışdır.
    Əlibəy Hüseynzadə “İttihad və tərəqqi” firqəsinin əsasını qoyanlardan və onun ən fəal xadimlərindən biri olmuşdur. Ə.Hüseynzadə 1904-cü ildə Bakıya gəlmiş, ictimai-siyasi işlə yanaşı jurnalistlik fəaliyyətinə də başlamışdır. O burada “Həyat” qəzetinin redaktorlarından biri, “Kaspi” qəzetinin müvəqqəti redaktoru, “Füyuzat” jurnalının isə redaktoru olmuşdur. Ə.Hüseynzadə dövrün ictimai-siyasi hadisələri, Azərbaycan tarixi, mədəniyyəti, xalqımızın dili, dini, adət-ənənələrivə s. məsələlərindən bəhs edən külli miqdarda məqalələr çap etdirmiş, istedadlı jurnalist və publisist kimi də çoxlu ədəbi bədii yazıları, tərcümələri o dövrün mətbuat orqanlarında işıq üzü görmüşdür. Ə.Hüseynzadə Bakıda pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Yenilikçi müəllim kimi 1908-ciildə Bakıda “Səadət” Xeyriyyə Cəmiyyətinin məktəbində müdir işləmişdir.
    1908-ci ildə Gənc türklər inqilabından sonra Ə.Hüseynzadənin normal fəaliyyət göstərməsi üçün Bakıda süni əngəllər törədilməyə başlanmışdır. Bu cür süni maneələrlə mübarizədən bezən Ə. Hüseynzadə 1910-cu ildə Türkiyəyə qayıtmalı olmuşdur. O, İstanbul universitetində işə başlamış, az sonra professor adına layiq görülmüşdür. Növbəti dəfə o Bakıya 1926-cı ildə burada keçirilən birinci Ümumittifaq türkoloji qurultayda iştirak etmək üçün gəlmişdir.
    Siyasi məsələlərdə Əlibəy Hüseynzadə milli amili və islahatçılığı ön plana çəkmiş, fəlsəfədə, ədəbi-tənqid və estetika məsələlərindədə milli ideologiyanın irəli sürülməsinin tərəfdarı olmuşdur. Bütün fəaliyyəti boyu o, “türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarını əsas hesab etmiş, Azərbaycan dilinin və ədəbiyyatının tərəqqisi üçün yollar axtarmış, çox qiymətli fikir və təkliflər irəli sürmüşdür. “Molla Nəsrəddin”jurnalının nəşrini mühüm ədəbi-ictimai hadisə hesab etmiş, Sabirin şairlərinə, M.F.Axundovun, N.Vəzirovun, Ə. Haqverdiyevin, eləcə də digər şair və yazıçıların ədəbi fəaliyyətlərinə yüksək qiymət vermişdir. Ömər Xəyyamdan, V.Şekspirdən, Y.V.Hötedən,Q.R.Derjavindən və başqalarından qiymətli tərcümələr etmişdir.
    Əlibəy Hüseynzadə həm də rəssam kimi tanınıb şöhrət qazanmışdır. O, boyakarlığın müxtəlif janrlarında işləmiş, mənzərə, məişət sahələrinə dair əsərlər və çoxlu portretlər çəkmişdir. Onun “Bibiheybət” məscidinin tablosu, “Şeyxülislam” portreti, “Azərbaycanailəsi” və sairə kimi rəsm əsərləri həyatiliyi və bədiiliyi ilə diqqəti cəlb edir.
    Böyük şəxsiyyət kimi xatirələrdə, yaddaşlarda yaşayan Əlibəy Hüseynzadə 1940-cı ildə İstanbul şəhərində vəfat etmişdir.
 

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved